Bu qərar maşın bazarını çökdürdü - Avtomobillərə maraq azalacaq
Iqtisadiyyat
Oxunub: 940
17 apr 2017 | 12:25
Bu qərar maşın bazarını çökdürdü - Avtomobillərə maraq azalacaq
















Ərşad Hüseynov: “Bu qərarın müsbət tərəfi yoxdur, əlavə xərc deməkdir”

Hesablama Palatası şəxsi istifadədə olan avtomobillərə əmlak vergisinin tətbiq edilməsini təklif edir.Palatanın təklifində göstərilir ki, fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrin əmlak vergisi vergitutma siyahısına daxil edilsin.Hesablama Palatası Azərbaycanda kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azad olma, eyni zamanda müəssisələrin balansında olan maşınların əmlak vergisi ödənişi ilə bağlı dəyişikliklərin edilməsi təklifilə çıxış edir.

Təklifdə həmçinin bildirilir ki, əmlak vergisi kiçik mühərrik həcmli nəqliyyat vasitələrinə tətbiq edilməyəcək.Kiçik mühərrikli avtomobil dedikdə, mühərrikinin həcmi 50 kub/sm-dən 1500 kub/sm-dək olan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə nəqliyyat vasitələrinə moped, motosiklet və kiçik həcmli bəzi avtomobillər aid edilir. Ekspertlər hesab edir ki, əgər bu vergi tətbiq edilərsə, əhali üçün əlavə xərc yaranmasına səbəb olacaq.Bu isə, xüsusilə avtomobil bazarında ciddi təlatüm yaradacaq.Əsas problemlər bahalı, mühərrik gücü yüksək olan avtomobillərdə yaranacaq.Belə ki, əhalinin böyük hissəsi avtomobil almağa maraq göstərməyəcək və nəticədə bazarlarda avtomobil bolluğu yaranacaq.Vergini ödəmək gücündə olmayan hər kəs avtomobilini satışa çıxaracaq.Bu da avtomobillərin ucuzlaşmasına səbəb olacaq.

Digər tərəfdən iqtisadçılar hesab edir ki, bu büdcədə yaranan maliyyə problemlərinin kompensasiya edilməsinə hesablanmış addımdır.Əgər belə bir sistem tətbiq olunarsa, bu büdcəyə kifayət qədər vəsait daxil olmasına səbəb olacaq.İqtisadçılar bu qərarın tətbiq olunmasının effektli olmayacağını da bildirirlər.Belə ki, bütün sahələrə vergi tətbiq etməklə yaranan maliyyə böhranında çıxmaq mümkün deyil.Burada əhalinin gəlirlərinin xərclərinə adekvat olmamasını da nəzərə almaq lazımdır.Ekspertlər vurğulayır ki, bu cür vergilərin tətbiq olunmasındansa, bəzi fəaliyyətsiz büdcə təşkilatlarının ləğv edilməsi daha məqsədəuyğun addım olardı.Bu büdcəyə daha böyük xeyir gətirər, nəinki əhalini əlavə xərclə yükləmək.
“Bahalı avtomobillərə maraq azalacaq”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu qərar birbaşa olaraq dövlət büdcəsinə, avtomobil bazarına, əhalinin sosial vəziyyətinə təsir edən məsələdir: “Ümumi götürsək, bunun heç bir müsbət cəhəti yoxdur. Əgər bu qərar tətbiq olunsa, əhalinin əlavə xərcə düşməsinə səbəb olacaq.Əslində dünyada belə bir təcrübə var. Bir çox ölkələrdə avtomobillərə illik vergi tətbiq olunur.

Məbləğ də avtomobilin mühərrikinin gücünə görə təyin olunur.1 at gücünə təxminən 0.30-0.50 manat arası vergi nəzərdə tutulur.Amma digər tərəfdən də at gücü artdıqda avtomobilin dərəcəsi artır.Yəni, avtomobil nə qədər bahalıdırsa, vergi o qədər çox olur.Dünya ölkələrinin bəzilərində avtomobil vergilərinə müxtəlif güzəştlər də tətbiq olunur.Bəzi avtomobillər, bəzi kateqoriyalı insanlar var ki, onlara ümumiyyətlə, vergi tətbiq olunmur.Amma bütün hallarda bu avtomobil sahibi üçün əlavə xərc deməkdir. Dövlət büdcəsi üçün xırda da olsa, gəlir mənbəyi ola bilər. Təxmini hesablasaq, bununla dövlət büdcəsinə maksimum 50 milyon manat vəsait cəlb etmək olar.Hesab edirəm ki, bu dövlət büdcəsi üçün o, qədər də böyük məbləğ deyil”. Ekspert həmçinin bildirib ki, əgər avtomobillərə vergi tətbiq olunarsa, ilk növbədə bahalı avtomobillərə maraq azalacaq: “Bahalı avtomobil almaq istəyən şəxs düşünəcək ki, mən bunu istismar etsəm il ərzində 300 manat ziyana düşəcəm, bu mənə lazım deyil. Gedib daha ucuz avtomobil alacaq.Yəni, kiçik, mühərrik gücü zəif olan avtomobillərə maraq xeyli azalacaq”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...