“NAZ-lifan”da istehsal dayandı... - Səbəb
Iqtisadiyyat
Oxunub: 779
19 apr 2017 | 10:26
“NAZ-lifan”da istehsal dayandı... - Səbəb














Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bunun yaxşı hal olmadığını deyib:

“Naxçıvan blokadada yerləşən zonadır. Ona görə də bu zavodun inkişaf etdirilməsi və satışın təşkil edilməsi çox vacibdir. Məhz bu səbəbdəndir ki, cənab prezident bu avtomobillərin istehsalı və inkişafı üçün göstəriş verdi. Məndə olan məlumata görə, bir sıra nazirliklər bu zavodun istehsalı olan avtomobillərdən aldı. Amma görünür bu müvəqqəti xarakter daşıdı və daimi olmadı. İnsanlar yenidən xaricdən avtomobil almağa başladılar. Deyilənə görə avtomobillərin keyfiyyəti pis deyil. Mən şəxsən “Naz-lifan” avtomobilini nə görmüşəm, nə almışam”.

V.Əhmədov zavodda satış olmadığına görə istehsalın dayandığını bildirib:

“Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Mənim fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib.

Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki... Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu, istehsal deyil. Bu inkişaf deyil”.

Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”, "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.

"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.(Modern.az)
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq