Ev, maşın və torpağın qiyməti
Iqtisadiyyat
Oxunub: 776
27 apr 2017 | 10:16
Ev, maşın və torpağın qiyməti
















Daşınmaz əmlak bazarında hələlik ciddi dəyişiklik yoxdur. Azərbaycanın makroiqtisadi göstəriciləri müsbətə doğru getdikcə, daşınmaz əmlak bazarında da dəyişiklik baş verəcək

Bu sözləri axar.az-a daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı ev, maşın və torpaq bazarındakı son vəziyyət haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda torpaq bazarında qiymət azalması, mənzil bazarında stabillik, maşın bazarında isə qiymət artımı müşahidə olunur:

“Torpaq bazarında qiymətlərin azalması davam edir. Ötən illə müqayisədə tələb və təklifin strukturunda ciddi dəyişiklik yoxdur. Bu o deməkdir ki, tikinti tempi aşağı düşüb, kiçik ölçülü fərdi yaşayış evləri üçün yararlı olan torpaq sahələrinə tələb azalıb. Bu da nəticə etibarilə qiymətlərin azalmasına səbəb olub. Orta göstəricilərə əsasən, bu il torpaq bazarında təxminən 1,5% qiymət azalması müşahidə olunub.

Təyinatına görə torpaq sahələrinin qiyməti dəyişir. Hazırda paytaxtın mərkəz hissəsində 1 sotunun dəyəri yarım milyona təklif olunan torpaq sahəsi mövcudur. Bakı və Abşeronun ən ucqar ərazilərində isə qiymətlər 1 sot üçün 1000 manatdan başlayır”.

Ekspertin sözlərinə görə, ötən ilin sonlarında ipoteka kreditlərinin bərpası mənzil bazarına müsbət təsir edib:

“Ötən ilin sonuna doğru müraciətlərin artması bazarda dinamika yaratdı. Nəticədə qiymətlər sürətlə artmağa başladı. Ümumilikdə isə bazarda vəziyyət stabildi. Yəni qiymətlərin müsbət və mənfi tərəfə dəyişikliyi baş vermir. Güman ki, bu proses may ayının sonlarına kimi davam edəcək. Bundan sonra isə qiymətlərdə mütləq dəyişiklik olacaq. Amma bunun hansı formada baş verəcəyini əvvəlcədən demək düzgün olmazdı. Çünki proqnozlaşdırma potensial alıcının bazardan çıxaraq gözləmə mövqeyinə keçməsinə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, avtomobil bazarında vəziyyət fərqlidir:

“Hazırda istismarda olan avtonəqliyyat vasitələrinin, xüsusilə, ili 2004-cü ildən yuxarı olan avtomobillərin qiymətində artım var. Düşünürəm ki, bu proses bir müddət davam edəcək.

Ümumilikdə isə Azərbaycanda avtomobil idxalı azalıb. Xüsusilə köhnə avtomobillərin idxalı prosesində ciddi problemlər var”.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...