Banklarla bağlı son qərarın iş adamlarına vurduğu zərbə - Vüqar Bayramovun şərhi
Iqtisadiyyat
Oxunub: 684
27 apr 2017 | 10:53
Banklarla bağlı son qərarın iş adamlarına vurduğu zərbə - Vüqar Bayramovun şərhi
















Son günlər banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər ən çox müzakirə edilən məsələlərdəndir

Bakıpost.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı yaranan problemləri şərh edib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 min, digər vergi ödəyiciləri isə 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər: "Təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var. Əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb”.

Bəs bununla bağlı çətinliklər nədir? Niyə bu qadağalar birmənalı qarşılanmır?
Banklarla bağlı son qərarın iş adamlarına vurduğu zərbə
Vüqar Bayramov hər iki sualın cavabını aşağıdakı kimi izah edib:

1. Aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb. Yəni, 250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Hər iki ayda ən çoxu 30 min manat nağdlaşdıra bilər. Halbuki, bu limitlər dövriyyə ilə əlaqləndirilməli idi. Məsələn, limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi.

2. Limitlər vəsaitin mənbəsinin mülkiyyət növü üzrə fərqləndirilməyib. Nəzərə alsaq ki, bu qadağaların əsasən şəffaflığın gücləndirilməsi məqsədi ilə tətbiq edildiyi bildirilir, o zaman büdcə vəsaitlərinə limit, özəl sektorun pullarına tətbiq edilən qadağalardan fərqli olmalıdır. Özəl sektora hesablaşma növündə daha böyük limitlər çərçivəsində sərbəstlik vermək lazmdı.

3. Qadağalar biznesi prosesə hazırlamadan tətbiq edilir. Əslində, daha yaxşı olardı ki, 2017-ci ildə nağdlaşdırma ilə bağlı limitlər dövlət vəsaitlərindən istifadəyə tətbiq edilsin və bu prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin.

4. Qadağalar vəsaitlərin məqsədi üzrə də fərqləndirilməyib. Məsələn, qeyri-neft məhsulları ixrac üzrə subsidiya alan sahibkar həmin vəsaiti yalnız limitlər daxilində nağdlaşdıra bilir. Halbuki, əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməli idi.

5. Qadağalar kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olanlara da eyni qaydada da tətbiq edilir. Məsələn, bizim mərkəzə müraciət edən sahibkar Rusiya və Ukraynaya kənd təsərrüfatı məhsulları ixrac edir. Məhsulları fermerlərdən və ya kəndlilərdən alır. Təbii ki, ödənişi nağd edir. İxrac etdiyi məhsulların pulunu isə bank vasitəsi ilə alır. Qadağalardan sonra bu sahibkarlar hesablarına köçürülən pulu nağdlaşdırıb yenidən kənd təsərrüfatı məhsulları ala bilmirlər. Nəticədə, bu aqrar məhsulların ixracı ilə məşğul olanların fəaliyyətini tormuzlayır.

6. Nağdsız hesablaşmaların genişlədirilməsi təşviqi deyil, belə inzibati metodlar ilə aparılır. Məsələn, uzun müddətdir ki, CESD nağdsız hesablaşmalara görə bonus sistemin tətbiqini təklif edir. Belə təşviqi metodlar sahibkarlar üçün də təklif edilə bilər. Təəssüf ki, hələlik sadəcə inzibatı metodlardan istifadə edilir.

7. Əksər banklarda hətta limitlər daxilində də vəsaitlərin nağdlaşdırılmasına imkan verilmir. Dövlət büdcəsi vəsaiti üçün aylıq 5 min manatlıq limtilər tətbiq edilir. İctimai təşkilatlar onların hesabına köçürülən pullardan istifadə edə bilmirlər.

8. Limitlər tətbiq edilən zaman ölkə iqtisadiyyatın mövcud strukturu və xüsəsən də bir sıra pərakənd satış sferlarında nağdsız ödəniş ənənəsinin olmaması nəzərə alınmayıb. Halbuki, hər bir ölkənin öz iqtisadi spesikasına uyğun olaraq limitlərin tətbiq edilməsinə ehtiyac var və Azərbaycanda da istənilən limitlər mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla həyata keçirilməlidir”.

Çətinliklərin həllinə gəlincə iqtisadçı qeyd edib ki, limitlərin tətbiqi ilə bağlı daha əsaslandırılmış yanaşmaya ehtiyac var: ""Hamı üçün eyni ölçü prinsipi ilə qadağaların tətbiqi” yanaşması deyil, vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətinin növü, məqsədi, iqtisadiyyatın mövcud strukturu, qeyri-neft ixrav faktoru, qadağaların dövriyyə ilə əlaqələndirilməsi kimi meyarlarıa əsaslanan mexanizmlərin tətbiqinə ehtiyac var. Bu isə o deməkdir ki, limitlərə yenidən baxılıb artırılması şərti ilə dövlət büdcəsi vəsaitlərin istifadəsində qadağaların saxlanılaraq özəl sektor üçün ən azı növbəti 1 il müddətinə bu qaydaların tətbiqinin təxirə salınmasına ehtiyac var”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...