Əhalinin real gəlirləri 9,8 dəfə artıb - Nazir belə deyir
Iqtisadiyyat
Oxunub: 709
1 may 2017 | 11:00
Əhalinin real gəlirləri 9,8 dəfə artıb - Nazir belə deyir
















1995-ci illə müqayisədə 2015-ci ildə ümumi daxili məhsul istehsalı real ifadədə 6,4 dəfə artıb, onun həcmi 1991-ci ildəki 0,5 milyon manatdan 2015-ci ildə 54 milyard manata, tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 2005-ci ilə nisbətən 13,4 faiz-bənd artaraq 69,3 faizə yüksəlib, özəl sektorun payı 1995-ci ilə nisbətən 51 faiz-bənd artaraq 81,2 faizə çatıb

“APA-Economics” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, nəticədə Dünya Bankı tərəfindən ölkəmiz adambaşına milli gəlirinin həcminə görə 2005-ci ildə aşağı, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil edilib.

“Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün hər il ölkədə minimum əməkhaqqının, pensiya və təqaüdlərin, ehtiyac meyarının, yaşayış minimumunun, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması təmin olunub. Belə ki, əhalinin real gəlirləri 1995-ci ilə nisbətən 9,8 dəfə artaraq 2015-ci ildə 4380, orta aylıq əməkhaqqı 2000-ci ildəki 44,3 manatdan 2015-ci ildə 467, orta pensiyanın məbləği 2001-ci ildəki 14 manatdan 2016-cı ildə 178 manata çatıb, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 4,9 faizə enib”, - deyə S.Şərifov bildirib.

Nazir qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üç dövlət proqramı qeyri-neft sektorunun dayanıqlı inkişafı, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün maliyyə təminatı yaradıb:

“2004-2015-ci illər ərzində ölkədə 1 milyon 480 min yeni, o cümlədən 1 milyon 102 min daimi iş yerləri açılıb ki, onun da 66,4 faizi regionların payına düşüb. Ölkənin strateji valyuta ehtiyatları 1995-ci ildə 250 milyon ABŞ dollarından (cəmi 2 aylıq mal və xidmətlərin idxalı) 2016-cı ilin sonuna 37 milyard ABŞ dollarına qədər artıb. Bunlardan əlavə, xarici və daxili mənbələrdən 1993-2015-ci illər ərzində ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala 184 milyard manat investisiyanın yatırılmasına nail olunub, investisiya qoyuluşunun illik həcmi 1993-cü ildə 6,3 milyon manatdan 2015-ci ildə 20 milyard manata qədər artıb.

Bu hesaba 2004-2015-ci illərdə 2124 məktəb, 351 uşaq bağçası, 300 tibb, 144 mədəniyyət və turizm müəssisəsi, 82 idman və olimpiya idman kompleksləri tikilib, bərpa olunub və yenidən qurulub. Ölkənin şimal, cənub və qərb istiqamətlərində, həmçinin Bakıda, rayonlararası və rayon mərkəzlərini kəndlərlə birləşdirən 8,6 min km. uzunluğunda yollar, 320 yeni körpü, 39 yol ötürücüsü, 38 avtomobil tuneli və 55 yeraltı və yerüstü piyada keçidləri inşa olunub”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...