Elman Rüstəmovdan Əhaliyə şok zərbə - Tam çöküş
Iqtisadiyyat
Oxunub: 25 249
8 may 2017 | 00:53
Elman Rüstəmovdan Əhaliyə şok zərbə  - Tam çöküş














Elman Rüstəmov 600 ailəni işsiz qoyan “AccessBank”ı bağlayır

Azərbaycanda 15-ci bankın bağlanmasına hazırlıq gedir

Bu barədə Ulus.Az-a verilən məlumata görə, iqtisadi vəziyyət “AccessBank”ın lisenziyasının ləğvini zəruri edib.

Çünki bankda kütləvi ixtisarlar baş verib. Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, apreldə bankın 600 əməkdaşı ixtisar edilib.

İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır.

Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.

Devalvasiyadan sonra digər sahələr kimi bank sektorunda da çöküş prosesi başladı. Bəzi banklar bağlandı, bəzilər isə birləşdirildi.

Azərbaycanda bankların sayı əhalinin sayına adekvat deyil, çoxdur. Əslində bankların bağlanması və birləşməsi, sayının azaldılması daha düzgün yanaşmadır.
Çünki kapitalın təmərküzləşmə prosesi getməsə, banklar bu problemdən çıxa bilməyəcəklər.

Ulus.Az-a verilən məlumata görə, yaxın vaxtlarda sözügedən bankın fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Hazırda bankın 14 filialı qalıb.

İlin sonuna kimi bankın lisenziyasının geri alınması və rəsmən müflis olacağı gözlənilir. Bankın xarici təsisçiləri də artıq banka kənarda sərmayə cəlb etmək iqtidarındadır.

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya" adlı icmalında Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv oluna biləcəyini vurğulayıb.

Azərbaycanın bütün banklarında problem var. Sadəcə bəzilərində problem həddindən artıq, digərlərində isə hələ ki, idarə olunacaq səviyyədədir. Bunun əsas səbəbləri problemli kreditlərin həcminin artıq olmasıdır.

Elə banklar var ki, onlarda kredit portfelinin yarısını, hətta yarısından çoxunu problemli kreditlər təşkil edir.

Belə olduğu təqdirdə təbii ki, banklar yenidən kreditləşməyə başlayacaq. Bu da ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir.

2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ