“Azərenerji” ötən ili 109 milyon manatlıq zərərlə başa vurub - Hesabat
Iqtisadiyyat
Oxunub: 894
12 may 2017 | 12:42
“Azərenerji” ötən ili 109 milyon manatlıq zərərlə başa vurub - Hesabat

















2016-cı ildə "Azərenerji" ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 0,89% və 38,266 mln. manat çoxdur

Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit "Deloitte" tərəfindən aparılıb.

Aktivlərin 3 mlrd. 710,457 mln. manatı uzunmüddətli, 587,400 mln. manatı isə qısamüddətli aktivlərdir. Uzunmüddətli aktivlərin strukturunda 3 mlrd. 355,081 mln. manatı (-1,04%) əmlak, tikili və avadanlıq, 8,734 mln. manatı (-87,09%) əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar, 335,486 mln. manatı (+6,23%) təxirə salınmış vergi aktivləri, 11,156 mln. manatı (+26,88 dəfə) təxirə salınmış vergi aktivlərinin payına düşür.

Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 54,323 mln. manat (+5,02%), əvəzləşdirilən ƏDV-nin payı 325,027 mln. manat (+0,6%), ssudalar və debitor borcların payı 120,683 mln. manat (+51,75%), ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərin payı 7,617 mln. manat (-71,74%), nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin payı 79,750 mln. manatdır (+20,32 dəfə).

Dövlət şirkətinin öhdəlikləri 18,4% və ya 644,026 mln. manat azalaraq 2 mlrd. 856,331 mln. manata çatıb ki, bunun da 833,055 mln. manatı qısamüddətli, 2 mlrd. 023,276 mln. manatı isə uzunmüddətlidir.

"Azərenerji" ASC-nin tssudalar və borc vəsaitləri üzrə borcları 1 mlrd. 800,543 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 1 mlrd. 659,513 mln. manat təşkil edib. Bununla yanaşı, şirkətin dövlət subsidiyaları üzrə öhdəlikləri 114,515 mln. manat (2015-ci ilin sonuna 234,677 mln. manat) təşkil edib. "Azərenerji”nin ticarət və digər kreditor borcları 79 min manat və ya 4,52% artaraq 1 mln. 825 min manat olub.

Ötən il ərzində dövlət şirkətinin enerji satışı, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 76 mln. 399 min manat və ya 10,41% artaraq 810 mln. 161 manata yüksəlib.

Şirkət ötən il nizamnamə kapitalını dəyişdirməyərək 1 mlrd. 760,495 mln. manat səviyyəsində saxlayıb, cəmi kapital isə 89,87% və ya 682,292 mln. manat artaraq 1 mlrd. 441,526 mln. manat təşkil edib.

2016-cı ildə 2 mln. 789 min manat mənfəət vergisi ödəyən ASC hesabat dövrünü 108,928 mln. manatlıq zərərlə başa vurub.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO