Neft Fondunun pulları da batdı: Hökumət Beynəlxalq Bankla bağlı qərar verir
Iqtisadiyyat
Oxunub: 25 424
15 may 2017 | 00:58
Neft Fondunun pulları da batdı: Hökumət Beynəlxalq Bankla bağlı qərar verir












Əkrəm Həsənov: “İstiqamət bankı təmizləmək, problemli kreditlərdən, borclardan xilas etmək və sonrakı mərhələdə isə özəlləşdirməkdir”

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən hadisələr dövlət üçün ciddi problemə çevrilib. Dövlət ilkin mərhələdə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün 10 milyard dollar vəsait ayırdı. Digər tərəfdən isə bu bankın problemli kreditləri “Aqrarkredit”ə verildi. Ümumi olaraq bu müddət ərzində dövlət mərhələli şəkildə Beynəlxaq Banka 15 milyard dollar civarında yardım göstərib.Son olaraq isə dövlət Beynəlxalq Bankın bütün xarici və dövlətə olan borclarının ödənilməsini öz üzərinə götürüb.Borcun dəqiq məbləği açıqlanmasa da ekspertlər təxmini olaraq bunun 5.6 milyarda yaxın olduğunu qeyd edir.

Ancaq maraqlı məqam ondadır ki, Beynəlxalq Bankda yaşanan problemlərdən sonra 15 milyarda yaxın vəsait xərclənsə də bu bankın sağlamlaşdırılması hələ də mümkün olmayıb.Bəs əgər problemlər bu qədər dərin idisə, dövlət bu qorumağa niyə bu qədər maraq göstərdi? Bu banka ayrılan milyardlarla daha sağlam və Avropa standartlarına cavab verən yeni bank qurmaq daha doğru seçim olmazdımı? Xərclənən vəsaitin həddindən artıq çox olması və bunun müqabilində hələ də problemlərin həll olunmaması qaranlıq məqamların olduğundan xəbər verən amildir.

Beynəlxalq Bank ətrafında gedən prosesləri “Cümhuriyət” qəzetinə şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dövlətin əsas məqsədinin Beynəlxalq Bankı özəlləşdirmək olduğunu deyib. Onun sözlərinə görə Beynəlxalq Bankın bağlanmamasına səbəb isə bunun dövlətə sərf etməməsidir:

“Çünki Beynəlxalq Bankın bütün öhdəliklərinə görə dövlət birbaşa məsuliyyət daşıyır. Buna görə də bu bankı bağlamayacaq.Artıq 2 ildən çoxdur ki, Cahangir Hacıyev Beynəlxalq Bankda yoxdur.Bu günə qədər isə çıxıb dəqiq bir söz deyən yoxdur ki, bu bankın problemi nə qədərdir?Problemlər isə günü-gündən artır.Əvvəl Beynəlxalq Bank problemli kreditlərini dövlətə satdı.İndi isə deyirlər ki, Beynəlxalq Bankın xarici və dövlətə olan borclarını dövlət öz üzərinə götürür.Xatırladım ki, Beynəlxalq Bankda Dövlət Neft Fondunun da vəsaiti var. Bu isə o, deməkdir ki, Neft Fondunun da pulu qaytarılmayacaq.Bu borcu dövlət öz üzərinə götürəcək və silinəcək.İstiqamət Beynəlxalq Bankı təmizləmək, problemli kreditlərdən, borclardan xilas etmək və sonrakı mərhələdə bankı özəlləşdirməkdir.Bu məsələdə qaranlıq qalan əsas 2 məsələ var. Bunlardan birincisi odur ki, bu bankı bu günə qoyanların aqibəti necə olacaq?Təkcə Cahangir Hacıyevin həbs olunması ilə bu məsələ bitə bilməz.Çünki o, bu işləri təkbaşına edə bilməzdir.Cahangir Hacıyevə bu işləri görmək üçün ən azı yüzlərlə kömək edən lazımdır.Niyə onlar məsuliyyətə cəlb olunmur?Niyə həmin şəxslərin bir çoxu hələ də Beynəlxalq Bankda yüksək vəzifə tuturlar?Hazırda həmin şəxslər Beynəlxalq Bankda tutduğu vəzifədədir və hətta bəzilərinin vəzifəsi artırılıb.Məgər Cahangir Hacıyev bütün cinayətləri təkbaşına edib?”

Ekspert vurğulayıb ki, bu prosesdə qaranlıq qalan əsas məsələ Beynəlxalq Bankın problemlərinin həcminin açıqlanmamasıdır:

“Borcların dövlət tərəfindən ödənilməsi o, deməkdir ki, bu pullar vətəndaşlardan gedəcək. Yəni, dövlət bizik, büdcə vətəndaşlara məxsusdur.Məsələn, mən vergi ödəyirəm və ödədiyim məbləğ büdcəyə gedir.Deməli Beynəlxalq Bankın borcları vətəndaşların pulları hesabına ödəniləcək.Vətəndaşların haqqıdır ki, Beynəlxalq Bankın ümumi problemlərini bilsin.Beynəlxalq Bankın 10 milyardlıq problemli kreditini “Aqrarkredit”ə ötürdülər. Bu günə qədər heç bir məlumat verilmir ki, bu proses necə gedir, nə iş görürlər? Məsələn, mən böyük şübhə ilə yanaşıram ki, “Aqrarkredit” bu prosesdə düzgün, şəffaf nəsə edir.Çünki “Aqrarkredit” özü köhnədən qalma bir qurumdur. Onun rəhbəri Məmməd Musayevin isə nə biliyi, nə savadı, nə peşəkarlığı, nə də düzgünlüyü var. Əhali arasında da Məmməd Musayevin çox mənfi imici var. Hər kəs onun nə işlərlə məşğul olduğunu gözəl bilir. Deməlidirlər ki, Beynəlxalq Bankın problemi bu qədərdir, bununla bitəcək və “Aqrarkredit”in rəhbəri bununla bağlı hansı işləri görəcək?Ancaq heç bir məlumat verilmir.Bu isə onu deməyə əsas verir ki, “Aqrarkredit”də də nəsə düzgün aparılmır”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ