Banklar borclarını gizlədir - Milyonlar girovdadır
Iqtisadiyyat
Oxunub: 854
21 may 2017 | 09:49
Banklar borclarını gizlədir - Milyonlar girovdadır

















“Bank Standartın 30 milyon manatlıq əmlakı Mərkəzi Bankda girovdadır”

Əkrəm Həsənov: “Belə əsas gətirirlər ki, bu, bank sirridir. Halbuki bu, dövlətin puludur”

"Qafqaz İnkişaf Bankı"nın Mərkəzi Banka borcu açıqlandı. Mayın 16-da Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin Kreditorlar Komitəsinin iclası keçirilib. İclasda Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, "Qafqaz İnkişaf Bankı"nın öhdəlikləri üzrə birinci tranş artıq tamamlanmaq üzrədir. Bundan sonra bankın 22 milyon manatlıq öhdəliyi qalacaq:

“Yaxın vaxtlarda biz ikinci tranşı da ödəyəcəyik. Bankın fiziki şəxslərə olan öhdəliyini demək olar ki, yekunlaşdırmışıq. Az sayda fiziki şəxslər üzrə öhdəlik qalıb. Ümumilikdə fiziki və hüquqi şəxslərlə birlikdə 31 kreditor qalıb. Fiziki şəxslərin tələbləri tam yekunlaşandan sonra hüquqi şəxslərin tələblərinin yerinə yetirilməsinə başlanacaq. Fikrimcə, kreditorların əksəriyyətinin tələbi ödənildiyindən Kreditorlar Komitəsinin yaradılmasına ehtiyac yoxdur. Hüquqi şəxslərlə Əmanətlərin Sığortalanması Fondu bir araya gəlib öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq”.

Fond rəhbəri qeyd edib ki, "Qafqaz İnkişaf Bankı"nın 85 milyon manatlıq öhdəliyi qalır. Bunun da böyük hissəsi Mərkəzi Banka məxsusdur. Mərkəzi Bankın bu bankda 41,3 milyon manatlıq təminatlı krediti var: “İkinci böyük öhdəlik "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur. Fikrimcə, biz bu ilin sonuna "Qafqaz İnkişaf Bankı"nın ləğvetmə prosesini başa çatdıracağıq”.

Qeyd edək ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Məlumata əsasən 11 bank üzrə 732 milyon 438 min manatdan artıq kompensasiya ödənilib.

Maraqlıdır, lisenziyası ləğv olunan bankların Mərkəzi Banka nə qədər borcu var?

Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə təəssüflə deyib ki, Mərkəzi Bank ləğv olunan banklara konkret nə qədər vəsait verdiyini açıqlamır: “Belə əsas gətirirlər ki, bu, bank sirridir. Halbuki bu, dövlətin puludur. Ümumiyyətlə, bu proses çox qeyri-şəffaf gedir. Mərkəzi Bank banklara krediti özünün müəyyən etdiyi qaydada, yəni, kimə necə istəyir, elə verir. Təbii ki, bu zaman da girov götürür. Ən azı formal tərəfdən krediti girovsuz verə bilməz. Banklar bağlananda Mərkəzi Bankın vəziyyəti digər kreditorlara nisbətən daha yaxşı olur. Ona görə ki, onun girovu var. Hansısa bir şirkətin bağlanan bankda pulu qalıbsa, faktiki onu itirir. Çünki girovu yoxdur”.

Əkrəm Həsənov Bank Standartın kreditorları komitəsinin sədri kimi bankın Mərkəzi Banka olan borcunu açıqlayıb: “Kreditorlar komitəsinin iclasında Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov belə bir məlumat verdi ki, Bank Standartın təxminən 30 milyon manat Mərkəzi Banka borcu var. Bank Standartın 30 milyon manatlıq əmlakı Mərkəzi Bankda girovdadır. Buna görə də, son nəticədə Bank Standartın bütün əmlakı girov kimi Mərkəzi Banka çatacaq. Burada belə fikirə gəlmək olur ki, bankların müflis olmasında elə Mərkəzi Bankın günahı var. Yəni, bank nəzarəti orqanı kimi öz vəzifələrini qeyri-qənaətbəxş icra edib. İndi Mərkəzi Bank nə haqla deyəcək ki, “hamı dursun kənarda, əvvəlcə mən öz pulumu götürüm?”

Bunu ədalətsiz hesab edirəm. Bank Standartda 120 milyon manat vətəndaşların pulları qalıb. Onlara deyirlər ki, sizin pulunuz batıb, amma bu bankın müflis olmasının əsas günahkarlarından biri Mərkəzi Bank deyir ki, gəlib bankın əmlakını götürəcək. Hesab edirəm ki, bağlanan bütün banklarda vəziyyət eynidir”.

Mərkəzi Bank ləğv olunan banklara konkret nə qədər vəsait verdiyini açıqlamır. Bunu bank sirri kimi qoruyur. Söhbət ləğv olunmuş banklardan gedirsə, burda bank sözü yoxdur...

Ekspert bununla bağlı Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadova müraciət göndərdiyini də deyib: “Onlar bütün məlumatları bizə verməlidirlər. Müraciətimi nəzərə almaları üçün fikrimi əsaslandırmışam ki, bank sirri bank olanda olur. Bank da bank lisenziyasına malik olan hüquqi şəxsdir. Artıq bu bankların bank lisenziyası alınıb. Beləcə ortada bank sirri deyə bir şey yoxdur. Onlar bizə məlumatları verməlidir. Müraciətimə hələ ki, cavab verilməyib”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrənmək istəsək də, cəhdimiz boşa çıxdı. (cebhe.info)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ