"Exchange"lərə çevrilən banklar - mübadilə ilə pul qazanırlar
Iqtisadiyyat
Oxunub: 682
11 in 2017 | 20:08
"Exchange"lərə çevrilən banklar - mübadilə ilə pul qazanırlar















Azərbaycanda “Atabank” və “CDB Bank”ın birləşməsilə Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan bankların sayı 31-ə enib

Bu barədə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bankların birləşdirilməsi, hətta bağlanması bu il ərzində davam edəcək:

“Məsələ burasındadır ki, bankların birləşdirilməsi prosesi də çox şəffaf getmir, ictimaiyyətə geniş açıqlama verilmir. Bankların birləşdirilməsi təkcə aktivlərin deyil, həm də problemlərin birləşdirilməsidir”.

“Kredit faizləri aşağı salınmalıdır”

Mütəxəssis deyib ki, indiki halda bankların birləşdirilməsi labüddür:
“Əgər güclü bank sektorunun olmasını istəyiriksə, zəif və çürük bankların bağlanması qaçılmazdır. Sağlamlaşdırma prosesinin ilk etapı bağlanma və birləşmədir. İkinci və daha önəmli mərhələ bankların normal fəaliyyətə geri dönməsinin təmin edilməsidir. Məlum olduğu kimi banklar devalvasiyalardan sonra çox pis vəziyyətə düşüb, geri dönüşü olmayan kreditlərin həcmi kifayət qədər artıb, hətta bəzi banklarda yarıbayarıya çatıb. İndiki vəziyyətdə, bankların birləşdirilməsindən daha vacib məsələ, onların yenidən tam sürətdə fəaliyyətə başlaması, istehlak və biznes kreditlərinin bərpası, kredit faizlərinin aşağı salınması və bununla da iqtisadi canlanmaya töhfə vermələridir. İlkin mərhələdə birləşmə və qapadılma normal addım kimi qiymətləndirilə bilər. Amma bu, yetərli deyil.

Ölkədə kredit faizləri aşağı salınmalıdır. Çünki faizlər yüksək oluqca əhalinin ödəmə qabiliyyəti də aşağı düşür və beləcə problemli kreditlərin də həcmi artır.

Banklar faizləri azaldaraq biznes və istehlak kreditləinin verilməsinə başlamalıdırlar. Hələlik bunun tez bir zamandabaş verəcəyini söyləmək çətindir”.

“Vətəndaş və banklar üz-üzə qalıb”

N.Cəfərlinin sözlərinə görə, nə Mərkəzi Bank, nə də hökumət bank sistemindəki problemlərlə bağlı addımlar atmaq niyyətində deyil:

“Baklarla müştərilər üzbəüz qalıb. On minlərlə iş məhkəmələrdədir. Bu isə çıxış yolu deyil. Bütün yükün vətəndaşın çiyinlərində qalması banklara xeyir verməyəcək. Vətəndaş o kreditləri ödəmək iqtidarında deyilsə,işin məhkəmələrə yönləndirilməsinin heç bir əhəmiyyəti yoxdur”.

“Bankların gəlir mənbəyi valyuta mübadiləsidir”

Ekspert eyni zamanda qeyd edib ki, bankların sayının neçə olmasnın iqtisadi və hüquqi əhəmiyyəti yoxdur:

“Lüksemburq Naxçıvan Muxtar Respublikası boydadır, amma 500-ə yaxın bank fəaliyyət göstərir. Nəticə etibarilə bankların sayının az və ya çox olması bank sektorundakı proseslərdən və dövriyyədə olan maliyyənin həcmindən asılıdır.


Əsas məsələ ayaqda duran bankların olmasıdır. Son aylarda bankların yeganə qazanc mənbəyi valyuta mübadiləsidir. Obrazlı desək, bankların hər biri böyük “exshange”ə çevilirb. Onlar az da olsa valyuta əməliyyatlarından pul qazanırlar. Digər sahələrdə isə axsamalar var”. (Modern.az)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...