Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili
Iqtisadiyyat
Oxunub: 14 396
12 in 2017 | 00:12
Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili














Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il qərarına əsasən "Kapital Bank” ASC-nin "Masallı” şöbəsinin açılmasına icazə verilmiş və "Xalq Bank” ASC-nin 1 saylı "Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilib.

MBNP-dan verilən məlumata görə, Direktorlar Şurasının iclasında "Kapital Bankın”ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən "ASAN Xidmət” Mərkəzində "Masallı” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

"Kapital Bank” ASC-nin "Masallı” şöbəsi "ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcək.

İclasda həmçinin, "Xalq Bank” ASC-nin 14 aprel 2017-cı il tarixli müraciəti əsasında 1 saylı "Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilib.

Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib.

Artıq bu qərar “Xalq Bank”ın da lisenziyasının ləğv ediləcəyinə hazırlıq getdiyini deməyə əsas yaradır.

Artıq Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Atabank” və "CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb. Yəni, daha iki bank bağlanıb. Bununla belə “Xalq Bank” da bağlana bilər.

İlk maliyyə böhranından sonra Azərbaycan banklarının problemləri yarandı. Onların dayanıqlığında, likvidikliyi sahəsində, eyni zamanda son 20 ildə həyata keçirilən kredit siyasətinin diversifikasiya edilməməsi kimi nöqsanlar üzə çıxdı.

Bütün bunlar göstərdi ki, Azərbaycanda bank sektoru proseslərə qarşı çox həssasdır və dayanıqlı deyil.

Sözügedən maliyyə təşkilatlarının əksəriyyəti bir nəfərə və ya məmurlara bağlıdır ki, bu da əlavə bir problemdir. Deməli, həmin məmur ətrafında hər hansı bir problem yaranırsa, bankın taleyi sual altına düşür.

Əgər banklar birləşib, güclüləri ortaya çıxacaqsa, onda xarici kapital axınını da təmin etmək asanlaşar.
Ulus.Az
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal