Kommersiya bankları faiz dərəcəsini aşağı salacaq - Mərkəzi Bank hazırlıq görür
Iqtisadiyyat
Oxunub: 618
3 iy 2017 | 10:34
Kommersiya bankları faiz dərəcəsini aşağı salacaq - Mərkəzi Bank hazırlıq görür

















Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 13.8% təşkil edir

Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın İdarə Heyəti 22 iyun 2017-ci ildən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

Tanınmış iqtisadçıVüqar Bayramov Modern.az-a deyib ki, uçot dərəcəsinin aşağı həddini endirilməsi, yuxarı həddinin 18 faiz saxlanılması Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılmasına hazırlıqdır:

Mərkəzi Bankın hazırlığı...

"Əgər neftin qiymətində kəskin azalmalar baş verməzsə, böyük ehtimalla Mərkəzi Bank uçot dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edəcək. Gözlənilir ki, uçot dərəcəsi 15-12 faizədək azaldılacaq. Bu da birbaşa fevral ayından manatın stabilləşməsi və inflyasiyanın Mərkəzi Bnak tərəfindən tənzimlənmənməsilə bağlıdır. Amma bu məqamda neftin qiymətini də mütləq şəkildə nəzərdə saxlamaq lazımdır. Bildiyiniz kimi bazarda əsas valyuta satan qurum Dövlət Neft Fondudur. Fondun vəsaitləri neft satışından əldə edilən gəlir hesabına formalaşır. O baxımdan neftin qiymətləri Mərkəzi Bankın növbəti mərhələdə atacağı addımlara təsir göstərəcək”.

Uçot dərəcəsi azaldılacağı təqdirdə nə baş verəcək?

Ekspert bildirir ki, uçot dərəcəsinin azaldılması bəzi hallarda manatın möhkəmlənməsi kimi qeyd edilir:

"Əslində bu, milli valyutada yığımlara ödənilən faizin aşağı düşməsi anlamına gəlir. Yəni uçot dərəcəsi yüksəkdirsə, deməli depozit faizləri də yüksəkdir. Güman olunur ki, uçot dərəcəsinin azaldılması həm də, depozit faizlərinə təsir göstərəcək. Artıq bu, müşahidə olunur. Əgər əvvəllər 18 faizlə milli valyuta depozitə qəbul olunurdusa, indi bu rəqəm 12 faizə qədər azalıb. Amma uçot dərəcəsi 12 faizə enərsə bu, mütləq şəkildə Mərkəzi Bankın depozit faizlərinə təsir göstərəcək. Həm də kommersiya banklarının vətəndaşlardan aldığı depozitlərin faziləri aşağı düşəcək. Güman olunur ki, hətta bu halda milli valyuta üzrə faizlər 9-10 faizə qədər azalsın. Xüsusilə depozit faizlərinin azalması fonunda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası kredit faizlərinin aşağı salınmasına çalışacaq. Bu isə kommersiya banklarına aşağı faizli resurs imkanları verəcək. Bu baxımdan uçot dərəcəsinin azladılması gözləniləndir. Amma yenə də bunu tam olaraq proqnozlaşdımaq mümkkün deyil. Buarada xarici faktor və neftin qiymətləri önəmli rol oynayacaq. Qiymət indiki intervalda qalarsa, Mərkəzi Bank uçot dərəcəsini aşağı salacaq”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO