26-07-2017, 19:52 Oxunub: 390

Dizel və benzinlə işləyən avtomobillər qadağan edilir

Dizel və benzinlə işləyən avtomobillər qadağan edilir














“Ölkə.Az” xəbər verir ki, 2040-cı ildə İngiltərədə benzin və dizel mühərriklə işləyən avtomobillərin satışı başa çatacaq.

İngiltərə mətbuatının xəbərinə əsasən 2040-cı ildən etibarən İngiltərədə dizel və ya benzinlə işləyən nəqliyyat vasitələri satılmayacaq. İqlimin mühafizə edilməsi məqsədi ilə elektrik və benzin ya da dizel mühərriki də olan hibrid mühərrikli avtomobillərin də satışı qadağan ediləcək.

2040-cı ildən sadəcə elektrik mühərrikli nəqliyyat vasitələrinin satışına icazə veriləcək. Ekologiya və ətraf mühit nazirliyi mətbuatda yayılan bu xəbərlərlə bağlı açıqlama verməyib.

Fransa hökuməti də 2040-cı ildən daxili yanma mühərrikli nəqliyyat vasitələrinin satışını qadağan etməyi planlaşdırır.
92 markalı benzin idxal rüsumundan azad edildi - QƏRAR 92 markalı benzin idxal rüsumundan azad edildi - QƏRAR Iqtisadiyyat Bu qərar maşın bazarını çökdürdü - Avtomobillərə maraq azalacaq Bu qərar maşın bazarını çökdürdü - Avtomobillərə maraq azalacaq Iqtisadiyyat DİQQƏT!!! Sürücülər vergidən azad ola bilər - Dəyişiklik DİQQƏT!!! Sürücülər vergidən azad ola bilər - Dəyişiklik Sosial DİQQƏT! Azərbaycanda benzin və dizel də BAHALAŞIR DİQQƏT! Azərbaycanda benzin və dizel də BAHALAŞIR Iqtisadiyyat Hökumətdən son qərar Metro pulsuz olacaq Hökumətdən son qərar Metro pulsuz olacaq Dunya