Azərbaycanda suyun qiyməti qalxdı
Iqtisadiyyat
Oxunub: 3 678
1 avq 2017 | 14:27
Azərbaycanda suyun qiyməti qalxdı













Neftçilər üçün tikilən yaşayış binalarında isti suyun qiyməti artırılıb. Bina sakinləri də qiymət artımından narazıdır

Onların sözlərinə görə, isti suyun verilməsi üçün öncə 40 qəpik ödəyirdilərsə, hazırda bu məbləğ 1.92 manatdır. Bu isə qiymətin 5 dəfə artması deməkdir. Abonentlər bildirir ki, hər ay onlara isti suya görə 80-100 manat borcun olması haqda xəbərdarlıq gəlir.

Bina sakinləri “Azəristiliktəchizat” ASC-yə şikayətlərini ünvanlayıb. “Azəristiliktəchizat” ASC-nin abonentlər və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 noyabr, 2016-cı il qərarına əsasən, isti su tariflərinin qiymətləri dövlət tərəfindən təznimlənən malların siyahısından çıxarılıb.

R.Əliyev bildirir ki, yeni tarif yalnız neftçilər üçün inşa edilən binalara şamil edilmir
:
“Mərkəzləşmiş sistem vasitəsilə qazanxanalar vasitəsilə ölkə ərazisində yaşayış binalarının ümumilikdə heç bir faizi isti su ilə təmin edilmədiyindən isti su təchizatı inhisar subyekti deyil. Bu səbəbdən isti su Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən tənzimlənən mallar siyahısından çıxarılıb. Artıq mayın 1-dən etibarən “Azəristilik” ASC tərəfindən 1 kubmetrə görə 1.92 manat tarif müəyyənləşib. 1.92 manatlıq tarifdə isti suyun alınmasında birbaşa istifadə olunan soyuq suyun, təbii qazın və elektrik enerjisinin dəyəri hesablanıb. Bundan öncəki qiymət maya dəyərindən bir neçə dəfə aşağı idi. Təsəvvür edin ki, soyuq suyu 50 qəpiyə alıb, 40 qəpiyə satırdıq. Hazırki tarif müvəqqəti olaraq təyin edilib”.

R.Əliyevin sözlərinə görə, bu tarif müvəqqəti müəyyənləşsə də, hələlik qiymətlərə yenidən baxılması nəzərdə tutulmur: “Yeni qiymət “Azəristiliktəhizat” ASC-nin xidmət zonasına daxil olan, mərkəzləşmiş qazanxanalar vasitəsi ilə isti su ilə təmin olunan yaşayış binalarına şamil edilir. Yəni, neftçilər, məcburi köçkünlər, əlillər, şəhid ailələri, dəmiryolçuları və digər bu tip təbəqə üçün inşa olunan binalara şamil edilir”.

Qeyd edək ki, neftçilər üçün paytaxtın müxtəlif yerlərində binalar tikilib. Bu binalar Badamdar qəsəbəsi, Ayaz İsmayılov küçəsində, 8-ci kilometrdə, Qaraçuxurda və başqa ərazilərdə yerləşir. Maraqlıdır, istiliyin tariflərində necə, qiymət artımı gözlənilirmi? R.Əliyev bildirir ki, bu məsələ Tarif Şurasının nəzarətində olduğu üçün bu haqda heç bir fikir söyləmək mümkün deyil. /Cebhe.info
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb