Nazirlik: İstehlak bazarında bütün mal-məhsul bahalaşıb, ət necə ucuz olsun...
Iqtisadiyyat
Oxunub: 1 363
7 avq 2017 | 00:44
Nazirlik: İstehlak bazarında bütün mal-məhsul bahalaşıb, ət necə ucuz olsun...













Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub

Eyni zaman da, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. Devalvasiyadan əvvəl 7 manat-7 manat 50 qəpiyə, devalvasiyadan sonra 10 manat 50 qəpiyə təklif edilən dana əti hazırda 12 manata, devalvasiyadan əvvəl 9 manata, devalvasiyadan sonra 11 manata təklif edilən qoyunəti isə hazırda 13 manata qədər bahalaşıb. Fermerlər bunu otun bahalaşması ilə əlaqələndirir. Biçin mövsümü olmasına baxmayaraq, ot bağlamasının qiymətlərində də artım müşahidə edilir. Onlar deyir ki, 2 manat-2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpiyədir. Eyni zamanda, sahələrdə yoncanın yetərincə olmadığını bildirirlər. Bunu əsas gətirən fermer süd istehsalının da sərfəli olmadığını qeyd edir. Belə ki, fermer 1 litr süd üçün bağlaması 4 manat 50 qəpiyə olan otun alınmasının sərfəli olmadığını bildirir. Qeyd edək ki, yerli istehsal azaldığından bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Yerli istehsal azalmaqda,qiymətlər bahalaşmaqda davam edir...

Kənd Təsərrüfatı Nazirliyi isə bütün deyilənlərlə razılaşmır. Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev deyib ki, sadalananlarla bağlı otun ilk biçin vaxtında müəyyən çətinlik olub:

“Mövsümün sonuna qədər ot tədarükü imkanları var”

“Yonca, arpa, buğda biçinindən sonra problem aradan qalxdı. Hazırda kəndlinin otla bağlı problemi yoxdur. Mövsümün sonuna qədər fermerlərin ot tədarük etmək imkanları var”.

Süd istehsalının baha başa gəlməsinə qaldıqda, nazirlik rəsmisi bununkəndlinin saxladığı heyvanlardan asılı olduğunu deyib:

“Bəzi fermerlər azməhsuldar heyvan saxlayırlar. Hazırda bu istiqamətdə məqsədyönlü iş gedir ki, hər bir adamın saxladığı heyvanda artım olsun. Respublika göstəricilərinə görə, hər gün bir inəkdən beş litr süd sağılır. Amma mümkündür ki, gündə hər inəkdən 18-20 litr süd sağaq. 18-20 litr süd istehsalına nail olan fermer həm öz gündəlik tələbatlarını ödəyər, həm də məhsulu satışa çıxarar. Ötən müddət ərzində süd məhsulalrının 1, 6 faizlik illik artımına nail olmuşuq. Ət və süd istehsalının hərəsinin 4 faiz artımı qeydə alınıb. Eyni zamanda süd və süd məhsullarının, damazlıq heyvanların ixracı həyata keçirirlir. Biz dünya ticarət sisteminə inteqrasiya edirik. Ona görə də idxal və ixrac, tələb və təklifdən asılı olaraq dəyişir”.

İstehsal artır, qiymətlər bahalaşır...

Əgər doğurdan da Azərbaycanda ət və süd istehsalı artıb, hətta ixrac əməliyyatlarını icra ediriksə, daxili bazarda qiymətlər niyə ucuzlaşmır?
Q.Abduləliyev qeyd edib ki, qiymətlərin artıb-azalması təkcə məhsulun maya dəyərindən asılı deyil:

“Eyni zamanda istehlak bazarında bütün qiymətlərdən asılıdır. Bir fermer bütün fermerlərin adından danışa bilməz. Digər tərəfdən, müqayisdə etsəz, görərsiniz ki, digər mal-məhsulda nə qədər bahalaşma var”.

“Yanacağın bahalaşması ətin qiymətinə təsir edib”

Nazirlik rəsmisinə konkret olaraq müzakirə mövzusunun ətin qiyməti olduğunu bildirdikdə:

“Rayonlardakı topdansatış bazarlarından Bakıya diri heyvanı, ət və ət məhsullarını daşımaq üçün əlavə xərc tələb olunur. Bu yaxınlarda da yanacağın qiyməti dəyişib. Bu səbəbdən də nəqliyyat xərcləri artıb. Bu da ətin qiymətinə təsir etməlidir ya yox?” cavabını verib.

İnəyi Bərdədən dollarla alırıq?...

O qeyd edib ki, bəzi məhsullar xaricdən dollarla alınır:

“Biz əti və ya südü yerli mal kimi istehsal edib, ondan gələn gəlir hesabına digər idxal mallarını almaq məcburiyyətindəyik. Ona görə də digər xaricdən gələn malların qiyməti dəyişirsə, kəndli də öz istehsal etdiyi məhsulun qiymətini dəyişməyə məcburdur.Bunun günahı təkcə ət istehsalçısında deyil”.

“Məqsəd intensiv heyvandarlığın inkişafıdır”

Q.Abduləliyev otlaqların, örüş sahələrinin pambıqçılıq, baramaçılıq, tütünçülük üçün ayrıldığı fikirlərinə də aydınlıq gətirib:

“Yox, buna alınmaq da deməzdim. Onsuz da bizim qarşımızda duran vəzifələrdən biri intensiv heyvandarlığın inkişaf etdirilməsidir. Normativə görə, otlaq sahəsinin bir hektarında 4 xırdabuynuzlu heyvan saxlanıla bilər. Amma biz müvafiq tədbirləri həyata keçirsək, bundan beş dəfə artıq heyvan saxlaya bilərik. Ona görə reallıq yetişir ki, biz yarımintensiv və intensiv heyvandarlığa keçək. Bunun da hamısı heyvanların məhsuldarlığının artırılması ilə əlaqədardır. Məhsuldarlıq artdıqca problemlər də aradan qalxacaq. Amma bu bir ilə həll olan məsələ deyil. Dinamika son illərdə bizim məhsul istehsalında heyvanın sayı dəyişmədən məhsul istehsalında artım olduğunu deməyə əsas verir. Bu da ayxşı göstəricidir”. (Modern.az)
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM