Yaşlı şəxslər ipoteka krediti ala bilərmi?
Iqtisadiyyat
Oxunub: 623
8 avq 2017 | 10:36
Yaşlı şəxslər ipoteka krediti ala bilərmi?














Əkrəm Həsənov: “Vətəndaşların bir qisminin yaş həddi, əmək haqqı uyğun olanda belə ipoteka kreditini ala bilmir”

Son bir neçə ildə ölkəmizdə kreditlə ev verilməsinin geniş yayılmasına baxmayaraq, hələ də çoxlu sayda insanlar bu imkandan yararlana bilmir. Kifayət qədər ailələr, vətəndaşlar kirayələrdə yaşamağa davam edirlər. Ekspertlər qeyd edir ki, bunun da əsas səbəblərindən biri vətəndaşların kredit şərtlərindən xəbərsiz olmasıdır. Şərtlərdən biri isə yaş həddi və əmək haqqı ilə bağlıdır.

İlk öncə qeyd edək ki, ipoteka ilə ev verilməsində şəxsin aylıq maaşının məbləği mühüm əhəmiyyət kəsb edir. Əgər kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70 faizdən çox olduqda, ipoteka kreditinin verilməsindən imtina olunur.

Yaş həddinə gəldikdə isə, əvvəllər ölkədə kişilər üçün pensiya yaş həddi 64, qadınlar üçün isə 59 hesab olunurdu. Bununla da əgər 40 yaşlı qadın 20 illik kredit götürmək istəyəndə, 20 illik dövr də qadının 60 yaşında tamamlandığı nəzərə alınaraq ona kredit verilməsindən imtina olunurdu. Lakin bu ilin qərarına əsasən kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay, qadınlar üçün isə 2021-ci ilə qədər hər il 6 ay artırılaraq pensiya yaş həddi 65 -ə çatdırılacaq. Bununla da kreditlərin verilməsində yaş həddi ilə bağlı məsələ suallar doğurur.

Qeyd edək ki, Avstraliyada, Kanadada ipoteka ilə evlər kreditlə 30 ilədək verilir, yaş həddi 70-ə qədər, Fransada, Portuqaliyada da 30 ilə qədər kreditlər mövcuddur və bu ölkələrdə yaş həddi 80-ə qədər hesablanır.

Ümumiyyətlə ölkəmizdə yaş həddi ilə bağlı ipoteka və digər kreditlərin verilməsi necə tənzimlənir?

Mövzu ilə əlaqədar bank üzrə hüquqşünas ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb:

“İpoteka şərtlərinə əsasən kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır. Ümumiyyətlə, bu məsələdə bir neçə variant olur. Məsələn, evlərin alınması ilə bağlı banklar İpoteka Fondunun xətti ilə kredit verir. Burada bankların özlərinin deyil, fonddan aldıqları pulları vətəndaşlara verirlər. Burda da iki məsələ var, biri var kommersiya şərtləri ilə 8 faizlə, digəri isə sosial ipoteka ilə 4 faizlə verilən kreditlər. Biri də var ki, banklar İpoteka Fondunun xətti ilə deyil, öz pullarını vətəndaşlara kredit verir. Bu halda faiz çox olur. Bildiyim qədər belə olduqda faiz dərəcəsi 20-dən yuxarı olur. Çünki bank artıq burada öz pulunu verir və bu da başadüşüləndir. Yəni bilirik ki, bu gün Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdir. Bankların özləri 15 faizlə kredit alırsa təbii ki, vətəndaşa da 15 faizdən çox verməlidir. Bu gün amma əsasən onu qeyd lazımdır ki, ipoteka kreditlərinin həcmi düşüb. Birincisi, ona görə İpoteka Fondu banklara o qədər çox pul ayırmır. Buna görə də vətəndaşların bir qisminin yaş həddi, əmək haqqı uyğun olanda belə ipoteka kreditini ala bilmir. Çünki burada çox ciddi rəqabət olur və banklar istədikləri şəxsə kreditlər verir. Hətta olur ki, İpoteka Fondunun özü banklara göstəriş verir, kimlərə kreditlər verilsin, kimlərə yox. Yəni bu prosesdə qeyri-şəffaflıq çoxdur.

Ümumiyyətlə, pul az olduğundan qeyri-şəffaflıq da özünü pis şəkildə göstərir. Burada isə şəffaflıq çox vacibdir. Əslində İpoteka Fondunun xətti ilə verilən kreditlər internet resuslarında dərc olunmalıdır ki, hamı görsün ki, bu fondun xətti ilə kimlər kredit götürür. Olur ki, İF-nun xətti ilə bir ailədə bir neçə şəxs kredit götürür. Və yaxud olur ki, evi olan şəxs də bu xətt ilə kredit götürür. Yəni bütün bu proseslər qeyri-şəffafdır.

Əmək haqqına gəldikdə isə, vətəndaşın əmək haqqı elə olmalıdır ki, aylıq ipoteka haqqının ödədikdən sonra onun 3 qat yaşayış minimumu özünə qalmış olsun. Yəni bu gün yaşayış minimumu 165 manatdırsa, onun 3 qat həddi gərək vətəndaşda qalsın. Üstəlik əgər şəxs işləmirsə və onun himayəsində uşaqlar varsa, deməli onlara da əmək haqqında pul qalmalıdır. Faktiki olaraq yüksək əmək haqqı olan şəxslər azdır".

Ekspert digər sabit kreditlərin verilməsindən də söz açıb:

“Digər kreditlərə gəldikdə, qanun bu məsələdə heç bir yaş həddi qoymur. Yəni istənilən şəxs bankdan kredit götürə bilər. Sadəcə ola bilər ki, bankların öz daxili qayda-qanunları var. Onlar özləri hansı şəxsə kredit verib-verməyəcəyini müəyyənləşdirir. Və yaxud banklar özləri müəyyən edir ki, yuxarı yaş həddi olan şəxslərə kredit verilsin, amma girovları güclü olsun və yaxud zaminin olması mütləqdir. Prinsip baxımından bu da başa düşünüləndirş. Çünki burada şəxsin əmək qabiliyyətsizliyi və ölüm ehtimalı çox böyükdür”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!