Benzin mafiyası bizi necə qarət edir... - Qiymət yuxarı, keyfiyyət aşağı...
Iqtisadiyyat
Oxunub: 662
8 avq 2017 | 12:14
Benzin mafiyası bizi necə qarət edir... - Qiymət yuxarı, keyfiyyət aşağı...















Ölkədə benzinin keyfiyyətsiz olması və nəticədə avtomobillərin sıradan çıxması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkədə sürücülər “Aİ-92" markalı benzinin keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. Sürücülər bildirirlər ki, son günlərdə avtomobillə bir neçə kilometr məsafə qət etdikdən sonra mühərrikdə titrəmələr yaşanır və avtomobilin sürət götürməsində problem yaranır.

Öncə qeyd edək ki, bu ilin 14 iyul tarixində “Aİ-92" markalı benzinin qiyməti 90 qəpiyə qaldırıldı. Qiymət artımını əsaslandıran rəsmi məlumatda o da qeyd olunurdu ki, bahalaşmanın səbəbi ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılmasıdır.

Sürücülər də bunu əsas gətirərək bildirirlər ki, qiymət bahalaşmasa da heç bir keyfiyyət yaxşılaşmasından söhbət gedə bilməz.

Ekspert Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, əksinə, son illər yanacağın keyfiyyəti ilə bağlı onlara müraciət edən sürücülərin sayı xeyli sayda azalmışdı:

“İctimai rəyi götürsək, əhali illərdir ki, benzinin keyfiyyətindən razı deyil. Ən yeni açılan yanacaqdoldurma məntəqələrindən (YDM) belə əhalinin narazılıqları var. Bəziləri şikayət edirlər ki, benzini vurub bir qədər getdim, avtomobil söndü. Bir qismi deyir ki, mühərrik xarab oldu və ya benzin ödənilən məbləğdən az vuruldu və sairə. Ancaq bu illərdə çox az sayda şikayət alırıq. Demək olar ki, yazılı şikayətlər tamamilə dayanıb. Sürücülər yalnız ara-sıra telefonla zəng edib, şikayətlərini bildirirlər. Ötən illərdə isə yazılı şikayətlər çox idi. Azərbaycanda bütün YDM-lərdə ”menzurka" cihazları var. Ancaq bunu sürücülərə göstərmirlər. YDM-lərdə ciddi problemlərdən biri çənlərin vaxtında təmizlənməməsidir ki, nəticədə avtomobilin injektorlarına zərər dəyir. Bu işdə qeyri-şəffaflıq olduğu üçün bu kimi qayda pozuntularına rast gəlmək olur. Nə qədər ki, benzinlərin müstəqil ekspertizası yoxdur, bu problemlər davam edəcək".

İqtisadçı-ekspert Rəşad Həsənov qəzetimizə mövzu ilə əlaqədar bildirib ki, əslində burada başqa amillər də var: “Tarif Şurası yanacağın qiymətinin artırılmasını arqumentləşdirərkən, səbəblərdən biri kimi benzinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsini göstərib. Yanacağın qiyməti artırsa bu, müəyyən qədər keyfiyyətə də öz müsbət təsirini göstərməlidir. Lakin düşünmürəm ki, qısa müddət ərzində keyfiyyətlə bağlı hansısa müsbət dəyişiklik baş verəcək. Ümumiyyətlə götürəndə əksər hallarda Azərbaycanda istehsal edilən yanacağın keyfiyyəti ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxır. Bu da ondan qaynaqlanır bir sıra hallarda yerli nəzarət qurumları öz fəaliyyətini effektiv təşkil etmirlər. Yaxud da hansısa formada bu məhsulların keyfiyyətinə davamlı nəzarəti təmin etmirlər. Nəticədə müəyyən müddətdən sonra istehsal prosesində texnoloji avadanlıqların keyfiyyətinin dəyişilməsi və ya məsuliyyətsizlik nəticəsində nöqsanlar ortaya çıxır. Yaxud da istehsaldan sonrakı prosesdə, yəni birbaşa olaraq pərakəndə satış məntəqələrində hansısa formada daha çox mənfəətin əldə olunması məqsədilə digər qatqılardan, daha aşağı oktanlı yanacağın qarışığı təklif edilir. Nəticədə isə vətəndaşlar yanacağın keyfiyyətindən şikayətlənirlər”.

Ekspert bildirib ki, 2015-ci ilin yanvar ayından etibarən Avro-4 standartlarına uyğun olan yanacağın istifadəsi ilə bağlı qərar qəbul edilib ki, bu da əvvəlki dövrlərlə müqayisədə keyfiyyətin yüksəldilməsini şərtləndirib:

“Bundan aşağı oktanlı yanacağı istifadə edən avtomobillərin ölkəyə idxalı da dayanıb. Bir sıra hallarda avtomobillərin özlərinin yanacaq sərfetmə mexanizmlərində də problemlər olur ki, bu da son nəticədə vətəndaşların problemi yanlış istiqamətdə qiymətləndirməsinə, yanacağın keyfiyyətindən şikayətçi olmasına gətirib çıxarır. Yəni bu kimi narazılıqlar ən müxtəlif səbəblərdən ortaya çıxa bilər. Yanacağın qiyməti artandan sonra keyfiyyətin azalması faktı doğru deyil. Benzinin qiyməti bahalaşdıqdan sonra insanlar bu məsələdən psixoloji olaraq narazıdırlar. Çünki yanacağın qiymətinin artırılması müəyyən təbii narazılıqlar yaradır. Bütün bunlar da belə fərqli mövqelərin ortaya çıxmasını şərtləndirə bilər”.

“SOCAR Petroleum” QSC-dən hazırkı şikayətlərlə bağlı rəsmi münasibət ala bilmədik. Lakin QSC-dən may ayında sürücülərin ənənəvi şikayətlərinə geniş münasibət bildirilib. Bildirilib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir: “Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmayıb.

İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir.

Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcək".

Ölkədə fəaliyyət göstərən heç bir yanacaqdoldurma məntəqəsində “menzurka” (nümunəvi ölçü qabları) olmadığı ilə bağlı iddialara gəlincə isə qeyd olunub ki, “SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları mövcuddur: “Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa, yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. "Menzurka"lar hər sifarişə uyğun deyil, 10 litr və 20 litr həcmə malik olur", deyə, şirkətdən bildirilib.

Usta Dəniz Ağabəyli qəzetimizə bildirib ki, doğrudan da dolların manata nisbətdə bahalaşmasından sonra sürücülər avtomobilə zamanında baxış keçirtmirlər:

“Dollar bahalaşdığı üçün detalların, avtomobil yağının da qiyməti artb. Ona görə də sürücülər, məsələn, yanacaq filtrini 5 min kilometrdən bir dəyişmək əvəzinə, 10 min kilometrdən sonra dəyişir. Yağı da eyni 5 min yox, 8 min kilometrdən sonra dəyişirlər. Bütün bunlar da problemlər yaradır. Benzinin tərkibi normaldır. Əsasən problem dizellə işləyən avtomobillərdə olur”.

Bir sıra ekspertlər isə hesab edir ki, benzinin keyfiyyətini aşağı salan həm də YDM rəhbərləridir. Onların yanacağı bazadan aldıqdan sonra YDM-də ona müxtəlif ucuz məhlullar qataraq, həcmini artırırlar. Həmçinin, sürücülər əksər YDM-lərdə yanacağın az vurulduğunu bildirirlər.
Musavat.com
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...