Azərbaycanda fantastik qiymətə avtomobil nömrəsi: 37 MİN MANATA - VİDEO
Iqtisadiyyat
Oxunub: 651
17 avq 2017 | 21:35
Azərbaycanda fantastik qiymətə avtomobil nömrəsi: 37 MİN MANATA - VİDEO












Avtomobilə aid dövlət nömrə nişanının elan saytlarında satılması ilə bağlı dəfələrlə xəbər vermişik. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmiləri də bildiriblər ki, əslində belə hallar qanunsuzdur. Yəni kimsə saytda nömrə sata bilməz. Bu dəfə isə fərqli bir mənzərə ortaya çıxıb. Sadə nömrələrlə yanaşı hətta saytlarda ''AA'' seriyalı nömrələr də satılır. Özü də fantastik qiymətə.

Qoşa rəqəmli nömrələrdən sonra indi də elan saytlarında ''AA'' seriyalı nömrə satılır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son vaxtlar dövlət idarələrinə və yalnız hüquqi şəxslərə məxsus bu cür nömrələrin satışı saytlarda kütləvi hal alıb. İnternet satış portallarından birində "10-AA-571" və "10-AS-571" dövlət nömrə nişanlarının 37 min manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
Amma təkcə saytda bu nömrələr yox, "90-AA-353", "99-AA-559", "99-AA-933" və "10-AA-942" nömrə nişanları da var. Qiymətləri də ən ucuzu 14 min 500 manat, ən bahalısı isə 59 min manatadır.
Həmin elanı yerləşdirən şəxslərlə əlaqə saxlayarkən bir daha şahidi olduq ki, həqiqətən də nömrələr satılır və qiyməti də elə yazıldığı kimidir.
Ekspertlər isə bildirirlər ki, qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Əgər bunu edən şəxs varsa o ciddi qanun pozuntusuna yol verir. Yol hərəkəti haqqında qanunun ''27-ci və 29-cu'' maddəsində də göstərilir ki, avtomobil üzərindəki nömrə ilə satıla bilər. Nömrəni ayrıca satmaq isüzərindəki nömrə ilə qanunla qadağandır.
Ekspert Azər Allahverənovun sözlərinə görə, ''AA'' seriyası ilə nömrə almaq üçün hüquqi şəxs yalnız Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Həmin şəxsin hüquqi şəxs olduğu təsdiqini tapdıqdan sonra ona ''AA'' seriyası ilə nömrə verilə bilər. Bu cür elan saytlarından qeydiyyat nişanı almaq yalnız bu halda mümkündür ki, satıcı nömrəni avtomobillə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsində alqı-satıqı müqaviləsi ilə satsın. Onu alan alan da yalnız hüquqi şəxs olamlıdır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, avtomobilin dövlət qeydiyyat nişanını satmaq mümkünsüzdür. Bununla bağlı Daxili İşlər Nazirliy də dəfələrlə vətəndaşlara xəbərdarlıq edib ki, bu cür fırıldaqçılara inanmayın.
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub