Büdcədəki 5 dollarlıq artım: Maaşlar artacaqmı?
Iqtisadiyyat
Oxunub: 675
1 okt 2017 | 18:35
Büdcədəki 5 dollarlıq artım: Maaşlar artacaqmı?












2018-ci ilin dövlət büdcəsinin gəlirləri məlum olub. Neftin baza qiyməti 45 dollardan götürülüb. Azərbaycanın dövlət büdcəsində ən yüksək göstəricisi 2013-cü ildə qeydə alınıb. Gəlir hissəsi 19 159 000,0 min manat, xərclər hissəsi 19 850 000,0 min manat təşkil etmişdi. Lakin sonradan dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi Azərbaycan dövlət büdcəsinin həcminin də aşağı düşməsilə nəticələndi. Ən aşağı göstərici 2016-cı ildə qeydə alındı. Gəlirlər hissəsi 14 566 000,0 min manat, xərclər hissəsi isə 16 264 000,0 min manat təşkil edib.

2016-cı ilin birinci yarısında neftin baza qiyməti 25 dollardan müəyyən edilsə də, sonradan dəyişiklik edilərək “qara qızıl”ın satışı 40 dollardan hesablandı. 2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb. Hazırda dünya bazarında Azərbaycan nefti 59 dollar civarında satılır. Gələn il üçün neftin minimum satış qiymətinin dövlət büdcəsində 45 dollardan hesablanması, 2018-ci ildə dünya bazarında “qara qızıl”ın qiymətinin orta hesabla 50 dollar həddində qalacağını deməyə əsas verir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılır: “2017-ci ilin dövlət büdcəsində neftin 1 bareli 40 dollardan hesablanıb. Bu il isə neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək”.

Deputat hesab edir ki, “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub: “Çünki cənab prezident əsasən sosial sahələrə daha çox üstünlük verir. Yəni pensiya, əməkhaqqı, məktəb, xəstəxana tikintisi və digər sosial yönümlü sahələrə daha çox diqqət ayrılır. Hesab edirəm ki, hərbi sahəyə də büdcənin 13-15 faizi civarında vəsait ayrılacaq. Büdcədən 35 faizə yaxın investisiya əsaslı xərclərə yönləndiriləcək”.

2018-ci ilin büdcəsinə sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub. Bu vəsait qaneedicidirmi?



İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ilin dövlət büdcəsində sosial xərclər artırılıb: “2016-cı ilin sonunda ölkə başçısı tərəfindən bir neçə sərəncam imzalandı. Xüsusilə də dövlət sektorunda fəaliyyət göstərənlərin əməkhaqqılarının artırılması və sair məqsədlərlə ayrılan xərclər nisbətən artırıldı. Bu artımlar son nəticədə büdcə xərclərində özünü göstərdi. Təxminən büdcənin sosial xərcləri 5.6 milyard manat həcmində müəyyənləşdirilmişdi. İl tamam olmayıb, amma ilkin proqnozlara görə büdcənin icrası ilə bağlı sosial xərclərin icrası qrafik üzrə davam edir. Burada hər hansı ciddi problem yoxdur. 2018-ci il üçün sosial xərclərin artımı təbii ki, əvvəlcədən proqnozlaşdırılan idi.

2017-ci ildə 14 faizlik inflyasiya baş verib. Böyük ehtimalla 2018-ci il üçün bu inflyasiyanın nəticələrinin müəyyən qədər aradan qaldırılması məqsədilə indeksasiya prosesi həyata keçiriləcək. Əməkhaqlarında müəyyən artımlar baş verəcək ki, bu da son nəticədə həmin xərclərin ümumi həcmini artıracaq. Əgər 2018-ci il dövlət büdcəsinin həcmi 20 milyarda çatarsa, bu, 2017-ci illə müqayisədə təxminən 11 faiz çoxdur və ümumi büdcə xərclərində sosial xərclərin xüsusi təşkilinin artımında ciddi dəyişikliklərin baş verməməsini şərtləndirəcək. Çünki ümumi büdcənin həcminin artması baş verəcəkdir. Əgər həcm artmasa, yəni göstəricilər 2017-ci il büdcəsinə bənzər həcmdə olsa, bu zaman təbii ki, büdcənin daxilində sosial xərclər artacaqdır”.

Demək olarmı ki, 2018-ci ilin dövlət büdcəsi sosial yönümlü olacaq?

İqtisadçı sosial yönümlü büdcə haqqında danışmağın tez olduğunu deyib: “Əvvəlki illərlə müqayisədə nisbətən müsbət dinamikanı qeyd etmək olar. Amma inkişaf etmiş Avropa ölkələri üzrə sosial xərclərin həcmi büdcənin təxminən 70-80 faizindən yuxarı qonşu Rusiyada federal büdcənin sosial xərcləri 50 faizin üzərindədir. Azərbaycanda isə sosial xərclərin həcmi təxminən 30-35 faiz arasında müəyyənləşir. Bu göstəricilərlə müqayisə aparsaq, Azərbaycanda büdcənin sosial yönümlu olduğunu demək doğru olmaz. Eyni zamanda 2015-ci ildən etibarən büdcənin əsas vəsait qoyuluşları istiqamətində ayırmaların həcmində kəskin azalma müşahidə olunur. Sosial xərclərin həcmində isə artım tendensiyası baş verir. Əgər bu proses növbəti illərdə davam etdirilərsə, müəyyən qədər pozitiv dəyişiklik kimi qiymətləndirilə bilər”.

Daha çox hansı sahələrə vəsait ayrılmasına ehtiyac var?

Rəşad Həsənov vurğulayıb ki, təhsil və səhiyyə sektorunda çalışanların orta aylıq əməkhaqqı ölkə üzrə ən aşağı standartlara uyğundur: “Bu sektorda çalışanların əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağıdır. Bu isə onu deməyə əsas verir ki, hələlik bu standartların yüksəldilməsinə, eyni zamanda əhalinin təhsili və sağlamlığı sahəsində daha keyfiyyətli nəticələrin əldə edilməsi məqsədilə büdcə xərclərinin artırılmasına ehtiyac var. Digər tərəfdən mənzil təminatının gücləndirilməsi ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac hiss olunur. Faktiki olaraq bu gün təklif olunan mənzillərin sayı az, müraciət edənlərin sayı isə həddən artıq çoxdur.

Bu isə onu deməyə əsas verir ki, bu istiqamətdə ayırmaları artırmağa ehtiyac var. Qısamüddətli dövrdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təklif edilən mənzillərin sayını artırmaq lazımdır. Həmçinin burada sosial qruplarla bağlı müəyyən problemlər var. Aztəminatlı ailələrin müdafiəsi ilə bağlı müəyyən məsələlər müzakirə mövzusuna çevrilib. Faktiki olaraq aztəminatlı ailələr bu imkanlardan istifadədə çətinliklə üzləşiblər. Ayırmaların həcminin artırılması, imkanlardan yararlanan sosial qrupların çevrəsinin genişləndirilməsi, bu istiqamətdə təminatın gücləndirilməsinə gətirib çıxara bilər”.

2018-ci ildə dünya bazarında “qara qızıl”ın qiymətinin orta hesabla 50 dollar həddində qalacağını demək olarmı?

Ekspert bu istiqamətdə proqnozlaşdırma aparmağın çox çətin olduğunu qeyd edib: “Neftin qiymətinin artıb-azalması prosesinə müxtəlif faktorlar təsir göstərir. Bir neçə ay bundan əvvəl neftin qiymətinin 35 dollara qədər ucuzlaşması ehtimalı var idi. Maliyyə institutları tərəfindən bu istiqamətdə proqnozlar hazırlanırdı. Amma sonradan situasiya dəyişdi. ABŞ-da fırtınanın baş verməsi, Yaxın Şərqdə, xüsusilə İraqda “Kürdüstan”ın müstəqillik referendumunun keçirilməsi nəticəsində müəyyən risklərin ortaya çıxması, həmçinin OPEC+ ölkələrinin, xüsusilə, Rusiya və Səudiyyə Ərəbistanını hasilatı tənzimləmə sazişinin vaxtının artırılması ilə bağlı ilkin razılığın əldə olunması məsələləri var idi.

Bu amillər özlüyündə qiymətlərə müəyyən təsirlər edir. Əgər növbəti ildə bazarda qiymətlərə yuxarı istiqamətli təsir edən faktorların üstünlüyü müşahidə ediləcəksə, bu zaman neft hətta 60 dollara qədər bahalaşa bilər. Büdcənin daha ehtiyatlı formalaşdırılması üçün yaxşı olardı ki, elə proqnozlaşdırıldığı kimi neftin baza qiyməti 45-50 dollar arasında götürülsün. Bu, həmçinin ölkənin rezervlərinin artırılması, eyni zamanda büdcə xərclərində səmərəsizliyin də qarşısını alan amil ola bilər”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO