5-10-2017, 15:37 Oxunub: 664

Azərbaycanda maaş və pensiyalar artırılacaq

Azərbaycanda maaş və pensiyalar artırılacaq















“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”

Bunu azvision.az-a iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.
“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsirini göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.
Büdcədəki 5 dollarlıq artım: Maaşlar artacaqmı? Büdcədəki 5 dollarlıq artım: Maaşlar artacaqmı? Iqtisadiyyat Məmurlar yeni Azərbaycanı talayıb: 125 milyard hara getdi? - Dəhşətli faktlar Məmurlar yeni Azərbaycanı talayıb: 125 milyard hara getdi? - Dəhşətli faktlar Siyaset Sosial xərclər dövlətin borcunu ödəməyə gedir - Araşdırma Sosial xərclər dövlətin borcunu ödəməyə gedir - Araşdırma Siyaset Prezidentdən ipoteka ilə bağlı VACİB TAPŞIRIQ Prezidentdən ipoteka ilə bağlı VACİB TAPŞIRIQ Iqtisadiyyat Gələn il hərbi gücümüz artacaq Gələn il hərbi gücümüz artacaq Gundem