Gələn il ərzaq, tikinti və mənzillərin bahalaşacağı gözlənilir
Iqtisadiyyat
Oxunub: 580
24 noy 2017 | 12:27
Gələn il ərzaq, tikinti və mənzillərin bahalaşacağı gözlənilir













Ekspert: “Qiymətlərin necə dəyişməsi birbaşa manatın məzənnəsi və neftin dünya bazarındakı qiymətindən asılı olacaq”

“Növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb”. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə keçirilən büdcə müzakirələri ilə bağlı iclasdakı çıxışında səsləndirib. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təyin olunması valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib. Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb".

Həqiqətən proqnoz edildiyi kimi, inflyasiya birrəqəmli olacaqsa, deməli, daha az bahalaşma gözlənilir. Lakin istənilən halda, hələ 2018-ci il daxil olmamış, yəni Yeni il öncəsi qiymət artımları qaçılmaz olacaq. Bundan başqa, manatın məzənnəsi ilə bağlı da müxtəlif istiqamətlərdə qiymət artımları ola bilər. Azərbaycan təcrübəsində qiymətlərin ucuzlaşması praktikasına rast gəlmədiyimizdən, ən yaxşı halda növbəti il hazırki qiymətlərin qorunub saxlanılması ola bilər. Lakin bu da ölkə və dünya iqtisadiyyatında gedən proseslərdən asılı olacaq.

Bəs görəsən, iqtisadçı ekspert necə hesab edir: gələn il hansı sahələrdə bahalaşma ola bilər? Daşınmaz əmlak, avtomobil bazarı, tikinti materialları, texnika, məişət avadanlıqları, tekstil və ərzaq, eləcə də xidmət sektorunda qiymət artımları gözlənilirmi?
Gələn il ərzaq, tikinti və mənzillərin bahalaşacağı gözlənilir
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 2018-ci ildə qiymətlərin necə dəyişməsi birbaşa manatın məzənnəsi, eyni zamanda neftin dünya bazarındakı qiymətindən asılı olacaq: “Çünki manatın məzənnəsi birmənalı şəkildə ölkəyə idxal edilən mal və məhsulların xərci baxımından vacibdir. Manatın məzənnəsinin stabil qalması Mərkəzi Banka inflyasiyanı tənzimləmək baxımından müəyyən imkanlar verir. Manatın məzənnəsinin dəyişməsi, xüsusən də devalvasiya qiymətlərin tənzimlənməsi baxımından imkanları xeyli daraldır. Təbii ki, Mərkəzi Bank qiymətlərin tənzimlənməsinə məsul olmasa da, inflyasiyanın proqnozlaşdırılmasına və inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə məsul olan qurumdur. O baxımdan birrəqəmli inflyasiyanın əldə edilib-edilməməsi birbaşa məzənnə siyasətindən asılı olacaq. Bu baxımdan birrəqəmli inflyasiyanın əldə edilməsi üçün 2018-ci il ərzində manatın stabilliyinin qorunub saxlanılması vacibdir”.

İqtisadçı ekspert vurğuladı ki, gələn il daşınmaz əmlak, avtomobil və xüsusən də tikinti materialları bazarında qiymətlərin necə dəyişməsi yenə də manatın məzənnəsindən asılı olacaq: “Çünki daşınmaz əmlak sərmayə baxımından vətəndaşlar üçün vacibdir. Son illərin təcrübəsi göstərir ki, manat devalvasiya edəndə vətəndaşlar daşınmaz əmlakda deyil, xarici valyutada saxlamaqda daha maraqlıdırlar. Azərbaycanda daşınmaz əmlakın qiyməti manatla ifadə olunduğuna görə, bu, valyuta risklərinin sığortalanmasına imkan vermirdi. O baxımdan artıq daşınmaz əmlak bazarındakı qiymətlər birbaşa manatın məzənnəsi ilə bağlı olacaq. Manat stabil qalarsa, 2018-ci ilin ikinci yarısından başlayaraq daşınmaz əmlak bazarında tələbin artması müşahidə oluna bilər. Bu gün xeyli sayda insan var ki, onların əlində kifayət qədər vəsait var. Lakin manatın məzənnəsinin nə qədər müddətə stabil qalacağı ilə bağlı təsəvvür olmadığı üçün onu daşınmaz əmlaka və ya digər istiqamətlərə sərmayə etməyə ehtiyatlanırlar. Bütövlükdə evlərin qiymətində kəskin artımın olacağı proqnozlaşdırılmır. Bununla belə, 2018-ci ilin birinci yarısında əmlak bazarındakı durğunluğun davam edəcəyi gözlənilir. Nəticədə bazardakı durğunluq yalnız manatın məzənnəsinin stabil qalacağı halda gələn ilin ikinci yarısında aradan qalxa bilər”.

V.Bayramov qiymətlərin Mərkəzi Bankın məzənnə siyasətindən asılı olduğunu dilə gətirdi: “Tikinti materiallarının qiyməti həm Rusiyada rublun məzənnəsindən asılı olacaq, həm də təbii ki, milli valyutanın məzənnəsi birbaşa təsir göstərəcək. Bu materialların əhəmiyyətli bir hissəsi Rusiyadan idxal olunduğuna görə Rusiyada milli valyutanın məzənnəsi çox vacib faktorlardan biridir. Tikinti materiallarına alıcılıq qabiliyyətinin artacağı proqnozlaşdırılır. Çünki dövlət büdcəsi hesabına da tikinti işlərinin aparılması nəzərdə tutulub. Bu da növbəti ildə tikinti materiallarına olan tələbi artıra bilər. Tələb artarsa, qiymətlərdə də artım olacağı istisna edilmir.

Bütövlükdə fərqli sektorlardakı qiymətlərə diqqət yetirsək, təbii ki, birmənalı şəkildə birrəqəmli inflyasiyanın əldə edilməsi həm daxili, həm xarici faktorlardan asılı olacaq. Xüsusən də məzənnə siyasəti bu kontekstdə çox vacib olacaq".
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb