Sabah-sabah Hökümətdən gözlənilməz qərar - Bax bu gözlənilməzdir
Iqtisadiyyat
Oxunub: 5 583
2 dek 2017 | 09:01
Sabah-sabah Hökümətdən gözlənilməz qərar - Bax bu gözlənilməzdir









Metroda gediş haqları artırılacaq - ilginc gəlişmə

Bu il Nazirlər Kabineti Bakı Metropoliteninin subsidiyalaşdırılmasını dövlət büdcəsində nəzərdə tutulduğu kimi, 50 faiz artırıb. Növbəti 2018-ci ildə subsidiyanın həcmi 45 milyon manat səviyyəsində qalacaq. Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar. HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb. Bəzi ekspertlər də hesab edirlər ki, müxtəlif dövlət qurumlarına ayrılan subsidiyalar sonradan korrupsiya əməllərinə yol açır.

Bəs görəsən, əgər hökumət büdcədəki bu yükü azaltmaq istəsə və metropolitenə ayrılan subsidiyaları azaltsa, bu qurum yaranan zərərin qarşılanması üçün metroda gedişhaqlarının artırılması məsələsini qaldıra bilərmi?

“Yeni Müsavat” bu sualı iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib. İqtisadçı bildirdi ki, metroda gedişhaqqının artırılması ilə bağlı uzun illərdir söhbətlər gəzir və metropolitenin istər köhnə, istərsə də yeni rəhbərliyi dəfələrlə sərnişindaşımada subsidiyalar hesabına indiki qiymətləri bu səviyyədə saxladıqlarını bəyan ediblər: “Burada maraqlı cəhət ondan ibarətdir ki, hesablamanın strukturunu açıqlamayıblar. Bu rəqəmi necə hesablayıblar? Sərnişindaşımada maya dəyərinin nə qədər olmasını hansı parametrlərə görə hesabladıqlarını açıqlamayıblar. Bəyanatın məğzi, sadəcə, ondan ibarət olub ki, maya dəyəri yüksəkdir, xərclər çoxdur. Ancaq xərclərin nədən ibarət olduğunu və bir sərnişin üçün genişhaqqının neçəyə başa gəldiyinin hesablanması ilə bağlı parametrlər cəmiyyətə açıqlanmayıb. Hesablama Palatasının bu rəyi də gələcəkdə metroda gedişhaqqının artırılması üçün zəmin hazırlanmasının növbəti addımıdır. Çox böyük ehtimalla metroda da gedişhaqqının yaxın zamanlarda artırılması ilə bağlı qərar qəbul olunacaq”.

İqtisadçı vurğuladı ki, gediş haqqının indiki qiymətdən ən azı 10 qəpik artacağı ehtimalı var: “Hazırda qiymət 20 qəpikdir, 30 qəpiyə qədər qalxa bilər. Əvvəllər də belə bir rəqəm səsləndirilmişdi. Çünki qurum hesablamalar nəticəsində belə bir qənaətə gəlmişdi ki, bir sərnişinin daşınması üçün metropoliten 50-55 qəpik xərcləyir. Qiymətin birdən-birə o dərəcədə artacağını düşünmürəm. Ancaq ən azından indiki qiymətlərin üzərinə 10 qəpik gəlməklə gedişhaqqının artırılması ehtimalı var. Vətəndaşların nəqliyyat xərcləri artdıqca, digər xərclərə qənaət etməyə məcbur olacaqlar. Xərclərin digər istiqamətlərində dəyişiklik etməyə məcbur olacaqlar. Ən azından 10 qəpik artsa və vətəndaş gediş-gəliş üçün ən azı iki dəfə metrodan istifadə etsə, həftədə təxminən 1.4 manat, ayda isə 6 manata yaxın əlavə vəsait ödəyəcək”.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə “Yeni Müsavat”a açıqlamasında qiymətlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verildiyini qeyd etdi: “Qiymətin nə qədər artırılıb-artırılmaması ilə bağlı mən hər hansı açıqlama verə bilmərəm. Bu çox mürəkkəb məsələdir. Bildiyiniz kimi, metropolitendə bir sərnişinin daşınma xərci onun ödədiyi genişhaqqından bahadır. Bu rəqəm də illər üzrə dəyişir. Məsələn, ötən il üçün bir nəfərin metrodan istifadəsi 54 qəpiyə başa gəlmişdi. Onun 20 qəpiyini sərnişin ödəyir, qalan hissəsi isə subsidiya olaraq nəzərdə tutulur və dövlət tərəfindən ödənilir. Dövlət sosial layihələr həyata keçirərkən, qiymətin artırılmasını məqsədəuyğun hesab etmədiyi bu kimi sahələrə subsidiya verir. İndi hansısa təşkilat belə bir təklif irəli sürür. ”Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətdir və Nazirlər Kabinetinin nəzdindəyik. Hansı qərar verilərsə, o qərarı da icra etməyə hazırıq. Əgər subsidiya ayrılmasa, biz ziyanla necə işləyəcəyik, onu bilmirəm. Çünki bizim başqa gəlir yerimiz yoxdur. Bir sərnişindən topladığımız geniş haqlarıdır, bir də dövlətin ayırdığı subsidiyalardır. O subsidiya ayrılmasa, biz elektrik xərclərini necə ödəyəcəyik, insanların maaşlarını necə verəcəyik? Bu gün gördüyümüz işləri necə həyata keçirəcəyik? Metropolitenə hər il təxminən 38 milyon manat civarında subsidiya ayrılır. Bu da zərərin qarşılanması və dövlət hesabına görülən işlərin həyata keçirilməsi üçündür".
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb