Gömrük Komitəsindən yumurta açıqlaması - “Xaricə 8,5 qəpiyə satırıq”
Iqtisadiyyat
Oxunub: 551
20 dek 2017 | 23:08
Gömrük Komitəsindən yumurta açıqlaması - “Xaricə 8,5 qəpiyə satırıq”













Dövlət Gömrük Komitəsi Azərbaycandan xaricə ixrac olunan yumurtanın sayı və ixrac qiyməti barədə açıqlama verib.

AZXEBER.COM-un məlumatına görə, Komitənin mətbuat xidmətindən "Yeni Müsavat”a daxil olan açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində toyuq yumurtasının 0,1 sentə ixrac edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Belə ki, guya Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərə görə 2017-ci ilin 9 ayı ərzində 202 707 ABŞ dolları dəyərində 162 milyon ədəddən çox yumurta ixrac edilib və bəzi riyazi hesablamalar aparılaraq 10 ədəd yumurtanın 2 qəpikdən də az dəyərləndirildiyi, bununla da ixracı həyata keçirən sahibkarların vergidən yayınmağa çalışdığı iddia edilir”.

Dövlət Gömrük Komitəsi bildirir ki, yayımlanan rəqəmlər və bu rəqəmlərə söykənərək aparılan hesablamalar əsasında toyuq yumurtasının ixrac qiyməti barədə irəli sürülən iddialar həqiqətə uyğun deyil: "Komitə toyuq yumurtasının ixracı ilə bağlı ictimaiyyətə və mətbuata ümumiyyətlə hər hansı rəqəm açıqlamayıb və mənbəyi məlum olmayan bu rəqəmlər hər halda müəllifin təxəyyülünün məhsuludur”.

Toyuq yumurtasının ixracı ilə bağlı rəqəmlərə gəlincə isə Komitənin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 352 min 710 ABŞ dolları dəyərində 7 milyon 052 min 040 ədəd yumurta ixrac edilib ki, bu da yumurtaların bir ədədinin təqribən 8.5 qəpikdən ixrac olunduğu deməkdir. Qurum "arzulayanlara” ixrac edilən yumurtanın qiymətini müəyyənləşdirmək məqsədilə bu rəqəmlər əsasında hesablama aparmağı tövsiyə edir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 1 milyard 609,8 milyon ədəd yumurta istehsal olunub. Daha 46 milyon 132,9 min ədəd isə idxal olunub. İdxal əsasən Türkiyədən icra edilib. Digər tərəfdən, yerli yumurta istehsalçılarını stimullaşdırmaq məqsədilə ötən ilin oktyabrından Azərbaycana yumurta idxalına əlavə rüsum tətbiq olunub. Hər 1000 ədəd toyuq yumurtası üçün 100 dollar təşkil edən bu rüsum sayəsində kənardan idxal minimum səviyyəyə enib.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?