Bankların əmanət fırıldağı: - Bir cibdən alıb başqa cibə qoyurlar
Iqtisadiyyat
Oxunub: 617
27 dek 2017 | 13:11
Bankların əmanət fırıldağı: - Bir cibdən alıb başqa cibə qoyurlar
















Bu il ölkədə fəalliyyət göstərən 12 bank bağlanıb. Banklar bir-bir bağlansa da, qorunmayan əmanətlər qaytarılmamış qalır. Hökumət isə bu banklarda qalmış və sığortalanmış əmanətləri 2019-cu ilə qədər qaytarmağı vəd edir. Amma bu heç də real görünmür. Əhali əmanətlərini ala bilmir və bununla bağlı yüzlərlə insanlar şikayət edir. Ekspertlər hesab edir ki, əmanətlərin qaytarılmaması bank sisteminə inamı daha da zəiflədir. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası dekabrın 22-də “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğvi barədə qərar verib.

Palata bu qərarı bankın məcmu kapitalının müəyyən edilən minimum miqdardan və adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 (üç) faizdən az olmasına əsasən qəbul edildiyini bildirir. Habelə, qərar kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirməməsi ilə izah edilib.

Maraqlıdır, bu günədək bağlanan banklarda sığortalanmayan əmanətlər nə qədər olub və onların taleyi necə olur?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bağlanan banklarda sığortalanmayan əmanətlər haqqında təəssüf ki, məlumat yoxdur:

“Onu da nəzərə alaq ki, sığortalanmayan əmanət dedikdə burada yalnız vətəndaşların vəsaiti deyil, şirkətlərin də xeyli pulları var. Qanunvericliyimiz şirkətləri, sahibkarları məcbur edir ki, pullarını bank hesablarında saxlasınlar və nağdlaşmağa da qoymurlar. Bunlar da məcburən bağlayırlar. Ən iri müflis bankımız “Bank Standart”dır. Orada vətəndaşların sığortalanmayan əmanətləri 157 milyon, şirkətlərin sığortalanmamış vəsaitləri isə 450 milyondur. Yəni qayda da bəllidir. Bank bağlanır, müflis elan edilir və ondan sonra sığortalanmış əmanətlər açıqlanır. Amma “Dəmir Bank”a münasibətdə bunu elan etmirlər. Niyə, bilmirlər? Bu mümkün deyil. Bu ona görə gizlədilir ki, orada müəyyən dəyişikliklər edilir. Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarandan sonra bankı ləğv edir. Ləğvetmə odur ki, bank daşınar və daşınmaz əmlakını satmağa başlayır, eləcə də hər bankın verdiyi kreditləri yığır. Ordan əldə edilən vəsaiti Fond kompensasiya etdiyi əmanətlərin hesabına özünə götürür. Bundan sonra Fond ləğvetmə prosesinə nə qədər xərc çəkibsə, onu da götürür. Məsələn, “Bank Standart”dan hər il 3 milyon pul götürür. Bunlardan sonra nəsə qalırsa, həmin vəsaiti sığortalanmayan əmanətçilər, şirkətlər arasında bölünməlidir. Amma bir qayda olaraq orada artıq vəsait qalmır. Yəni bütün o pulları bunlar göyə sovururlar. Faktiki bu o deməkdir ki, Azərbaycanın bank məsələsində əmanətlərin sığortalanması sistemi Əmanətlərin Sığortalanması Fondu hesabına yox, sığortalanmayan əmanətçilər və digər müştəri olan şirkətlərin hesabına edilir. Bunu hamı görür. Bu baxımdan sığortalanmayan əmanətçilərlə sahibkar və şirkətlər ən təhlükəli vəziyyətdədirlər. Bunlar faktiki pullarını itirirlər. Mövcud vəziyyətdə mənim onlara tövsiyyəm budur ki, onlar təcili şəkildə Əmanətlərin Sığortalanması Fondundan, Maliyyə Bazarları Nəzarət Palatasından orada ilk gündən Kreditorlar Komitəsinin yaranmasını tələb etsinlər. Heç olmasa, ləğvetmə prosesini öz ixtiyarlarına götürə bilsinlər. Yoxsa ki, Əmanətlərin Sığortalanması Fondu kefi nə istəsə, orda da edəcək”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?