İranlılar yenidən Azərbaycanda mənzil almağa başlayıb
Iqtisadiyyat
Oxunub: 562
13 yan 2018 | 10:46
İranlılar yenidən Azərbaycanda mənzil almağa başlayıb
















Ekspert: “Belə faktlar devalvasiyalara qədər də vardı”

İran vətəndaşlarının, xüsusilə də Güney Azərbaycandan olan soydaşlarımızın Azərbaycanın mənzil bazarına marağı artıb. Bununla bağlı redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, son aylarda güneyli soydaşlarımız tərəfindən Bakı, Sumqayıt, hətta Gəncə şəhərlərində mənzil alınması prosesi sürətlənib. Getdikcə daha çox sayda iranlının bu prosesə qatıldığı qeyd olunur.

Qeyd edək ki, Güney Azərbaycandan olan soydaşlarımızın Bakının mənzil bazarına axışması prosesi 2006-2007-ci illərdə də baş vermişdi. Həmin vaxt bu axın mənzil bazarında böyük canlanmaya səbəb olmuşdu. Proses haradasa 2009-cu ilədək davam etdi, daha sonra xeyli səngidi. İndi isə yenidən genylilərin Azərbaycanın mənzil bazarına axınının başladığı deyilir. Məlumata görə, son illərdə İranda sosial-iqtisadi vəziyyətin ağırlaşması, inflyasiyanın sürətlənməsi fonunda dövlət tərəfindən verilən bir sıra güzəştlərin ləğv olunması, nəhayət, baş verən son iğtişaşlar vətəndaşlarda gələcəklə bağlı inamsızlığın yaranmasına səbəb olub. İnsanlar əllərində olan pulları Azərbaycanın sabit gəlir gətirən mənzil bazarına yatırmağa çalışırlar. Bakı şəhərində aparılan söküntü, həyata keçirilən böyük tikinti layihələri nəticəsində kirayə bazarında qiymətlərin xeyli yüksəlməsinə gətirib çıxarıb. Xüsusilə metrostansiyalara yaxın olan ərazilərdə kirayə qiymətlərində 20-30 faizədək artım müşahidə olunmaqdadır.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının dediyinə görə, xarici ölkə vətəndaşlarının Azərbaycanda mənzil almasına hüquqi məhdudiyyət yoxdur: “Xarici vətəndaşlar Azərbaycanda yalnız torpaq əldə edə bilməzlər, mənzillə bağlı hər hansı qadağa yoxdur. Bu baxımdan, istər İran vətəndaşlarının, istər Gürcüstan vətəndaşlarının Azərbaycanda mənzil alması mümkündür”.

Ramil Osmanlı ile ilgili görsel sonucu

İcraçı direktor bildirir ki, böhran başlanıb, devalvasiyalar olanadək İran vətəndaşlarının Azərbaycanda çoxsaylı mənzil alması faktları olub: “Devalvasiyalardan sonra belə hallar minimuma düşdü. İndi yayılan məlumatın mənbəyi mənə məlum olmadığı üçün dəqiq nəsə deyə bilmirəm. Onu qeyd edə bilərəm ki, Rusiyada baş verən sosial-iqtisadi hadisələr Azərbaycanın daşınmaz əmlak bazarına dərhal təsir göstərir. Lakin İran, Gürcüstan kimi qonşu ölkələrdən Azərbaycandan pul axınları elə də güclü olmadığı üçün bazara ciddi təsirləri olmur”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...