Heydər Əsədov kənd təsərrüfatının dizini necə yerə gətirir... - NAŞILIĞIN TƏNTƏNƏSİ
Iqtisadiyyat
Oxunub: 579
3 mar 2018 | 13:05
Heydər Əsədov kənd təsərrüfatının dizini necə yerə gətirir... - NAŞILIĞIN TƏNTƏNƏSİ















Mütəmadi olaraq kütləvi informasiya vasitələrində ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısına baxmayaraq mili aqrar siyasətin başında duran Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından effektli nəticələrin əldə olunmaması haqqında fikirlər səsləndirilir. Ayrı-ayrı ekspertlər tərəfindən bu məsələyə müxtəlif aspektlərdən yanaşılır, təəssüf ki, bu yanaşmaların əksər hissəsini nəticələrə şablon münasibət təşkil edir. Aqrar sektorda effektli nəticələrin əldə olunmamasının səbəbləri çox tərəfli yanaşma tələb edən məsələdir, lakin texniki imkanların məhdudluğundan bu yazımda mən aqrar siyasətin duzgün formalaşdırılmasında və reallaşdırılmasında vacib element olan peşəkar yanaşmadan söhbət açmaq istəyirəm.

Peşəkar yanaşma ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilmək, motivasiyanı düzgün qura bilmək bacarığıdır. Ona görə də arar siyasətin başında duran insanın peşəkarlığı inkişaf üçün zəruri şərtdir, siyasətin effektivliyi rəhbərin peşəkarlığından keçir! Peşəkar yanaşma var olan bilginin bacarıqla istifadə edilməsi və üstün nəticə əldə edilməsidir!

Çox təəssüf ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Heydər Əsədov və onun şəxsi ambisiyaları əsasında formalaşdırdığı komandanın əksər üzvləri kənd təsərrüfatı sahəsində nə nəzəri bilgiyə, nə də praktiki vərdişə sahib olmayan insanlardır. Bu yaxınlarda təsadüfən YouTube kanalında cənab Heydər Əsədov tərəfindən yerlərdə vətəndaşların qəbulu ilə bağlı video materaialarla tanış olarkən dəhşətə gəldim ki, o, adi yanaşmada hiss ediləcək qədər aqrar sektorun spesifikasından uzaq, müqəddəs peşə sahiblərinə qarşı münasibətdə olduqca qeyri-səmimi bir insandır! Fikir verin, nazir Quba rayonunda uzun illər boyu həyatlarını torpağa bağlayan insanları qəbul edir, fermerlər ona meyvə ağaclarının xəstəlik və ziyanvericilərinə qarşı istifadə olunan pestisidlərin keyfiyyətsiz olması barədə müraciət edirlər, nazir isə cavabında bildirir ki, siz torpağı düzgün suvarmırsınız, ona görədə su torpağın üstündə olan ülvi gübrəni yuyub aparır. Üzvi gübrəni ülvi gübrə adlandırmağın fərqində olmayan bir insanın ölkənin aqrar sektoruna rəhbərliyindən hansı effektiv nəticələr əldə oluna bilər?

Digər vətəndaş nazirdən kənd təsərrüfatı məhsullarının ixracı zamanı gömrük-buraxılış məntəqələrində mövcud olan bürokratik əngəlliklərin aradan qaldırılmasını xahiş edir, cənab Heydər Əsədov cavab olaraq bildirir ki, mən bu məsələ ilə bağlı Kəmaləddin Heydərovla danışaram. Nazirin cavabına məntiqi yanaşanda belə qənaətə gəlmək olur ki, ya bu adamın ümumiyyətlə ölkənin ictimai-siyasi həyatından xəbəri yoxdur, Gömrük Komitəsi sədrinin Aydın Əliyev olduğunu bilmir, ya da cəmiyyətə mesaj ötürür ki, baxamayaraq Aydın Əliyev simvolik olaraq Gömrük Komitəsinin sədriridir, əslində idxal-ixrac əməliyyatları bütünlüklə Kəmaləddin Heydərovun monopoliyasındadır.

İdxal olunan pestisidlərin bahalığından gileylənən fermerlərə nazir cavab olaraq bildirir ki, indi internet əsridir, həmin dərmanların brijalarda topdan satış qiymətlərini götürün, üzərinə nəqliyyat xərclərini və digər xərcləri gəlin və bir də idxalçı şirkətin 5% gəlirini əlavə edin, əgər bundan baha satılarsa mənə məlumat verin, ciddi tədbir görəcəm. İlk baxışdan fermerlərə toxtaxlıq üçün gəlişi gözəl sözlərdir! Rusiya Federasiyasının Krasnodar vilayətində istehsal olunan yüksək markalı Amofos gübrəsinin bir tonunun topdan satış qiyməti 24 000 rubl, yəni Azərbaycan manatı ilə ekvalent dəyərdə ( 1 rubl 0,0295 man. Mərkəzi Bankın məlumatı) 708 manatdır. Bir ton gübrənin dəyərinin üzərinə daşınma və s. xərclər üçün 50 manat əlavə etsək ümumi

məbləğ 758 manat təşkil edər, nəzərə alsaq ki, fermerlərə satılan mineral gübrələrin satış qiymətinin 70%-nin ( 531 manat) dövlət büdcəsindən ödənilir, əslində fermerlərə amofos gübrəsinin bir tonu 227 manata satılmalı olduğu halda, 73 manat bahasına, yəni 300 manata satılır. Yaxud, “Aqrolizinq” ASC tərəfindən Türkiyə Respublikasında istehsal olunan HBM-N24 markalı taxılsəpən aqreqat 2016-cı ildə 6100 manata, 2017-ci ildə isə 9600 manata satılıb. Faktı “Aqrolizinq” ASC-nin 2018 və 2017-ci illər üçün verdiyi alış-satış sənədləri və 2017-ci il “Aqrolizinq” ASC-nin internet səhifəsindəki qiymət də təsdiq edir. Nəzərə alsaq ki, təkcə 2017-ci ildə 1500 ədəd taxılsəpən aqreqat alınıb və hər birinin qiymətində 3500 manat fərq var, məlum olur ki, nazir Heydər Əsədovun qardaşı ancaq bir növ aqreqatın idxalından 5 milyon manat qazanıb. Eyni zamanda cənab H. Əsədov formal olaraq keçirdiyi tenderdə üstünlüyü qardaşının firmasına verməklə, “Koorupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanunun da tələblərini kobud şəkildə pozub.

Digər video materialda nazir Heydər Əsədovun İmişli rayonunda vətəndaşların qəbulundan söhbət açılır. Bəri başdan qeyd etmək istəyirəm ki, İnsanlığın baş əydiyi, ehtiramla yanaşdığı müqəddəs əkinçilik peşə sahiblərinə qarşı Heydər Əsədovun sərgilədiyi ironiyalı atmacalar, istehzalı cavablar məndə dərin ikrah hissi yaratdı. Problemlərini dilə gətirən insanlara “ mən pomidor alanam, mən kartof soğan alanam”, yaxud “ mən pambıq əkdirmiəm, pambıq alım, gedin kim əkdirib dərdinizi ona deyin”, yaxud “ mən toxum satanam”, yaxud “ kasıblara kredit verilmir, Siz gedin Səlim Müslümova müraciət edin” kimi ironiyalı cavabları Azərbaycan əkinçisinə qarşı ən böyük sayğısızlıq, ən böyük hörmətsizlikdikdir! Hesab edirəm ki, bu ifadələri yalnız və yalnız aqrar sektorun spesifikasını anlamayan qeyri-peşəkarlar işlədə bilərlər! Çox şükürlər ki, fəaliyyətində hər zaman aqrar sektorda çalışanlara xüsusi diqqət yetirən, qayğı göstərən Hörmətli Prezidentimiz tərəfindən Azərbaycan əkinçisinin pamidoruna da, kartofuna da, soğanınada sahib tapıldı, güzəştli toxum da verildi, ənənəvi sahə olan pambıqçılığın inkişafı üçün önəmli addımlar atıldl və güzəştli kreditlərə ələçatımlıq təmin edildi!

Ömrünün 35 ilini aqrar sahəyə həsr etmiş, Krasnodar Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu bitirmiş, bu illər ərzində dünyanın onlarla uzman alim və mütəxəssisləri ilə təmasda olmuş, Hollandiya, İsrail, Amerika və Türkiyə kənd təsərrüfatına yaxından bələd bir insan kimi tam səmimi olaraq bildirirəm ki, aqrar sektorun enişli illəridə olub, yüksəliş illəri də olub, amma mən milli arar siyasətimizdə son dövrlərdə höküm sürən xaotikliyi və sistemsizliyi görməmişəm! Ölkə Prezidenti dəfələrlə aqrar sektorda torpaq-iqlim şəraiti və əkinçilik ənənələri əsas götürməklə ixtisaslaşma aparılması ilə bağlı konkret tapşırıqlar verib, Kənd Təsərrüfatı Nazirliyi nəinki, bu istiqamətdə müfəssəl bir təkliflər paketini ortaya qoya bilməyib, əksinə pambıq bitkisinin bioloji, fizioloji xüsusiyyətləri, su və digər aqrobioloji xüsusiyyətləri nəzərə alınmadan illərlə təbii ot örtüyünü formalaşdırmış otlaq sahələrində və yem bitkiləri əkilmiş sahələrdə pambıq əkini aparıldı. Nəticədə pambıqçılıq üçün olduqca əlverişli keçən cari ildə hər hektardan 15,1 sentner, başqa sözlə Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu 1913-cü il səviyyəsində məhsuldarlıq əldə olundu, digər tərəfdən heyvandarlığın yem təminatında yaranmış ciddi problemlər ucbatından heyvandarlıq məhsullarının satış qiymətlərində kəskin artımlar baş verdi. Məgər digər problemlər yaratmadan 80 min hektar sahədə pambıq əkib, hər hektardan 25 sentner məhsul götürməklə 200 min ton məhsul götürmək olmazdımı? Doğrudanmı hər hektardan 15 sentner xam pambıq əldə etmək üçün biz Türkiyədən pambıq toxumu alıb hər kq-nı 5 manatdan əkinçiyə sırımalıyıq? Hanı ölkəmizdə vaxtilə əkilən, hər hektardan 30-35 sentner məhsul verən milli sortlarımız!

Ölkə Prezidenti tərəfindən pambıqçılıq siyasətinin bütün konturları çılpaqlığı ilə ortaya qoyulur, digər sahələrlə müqayisədə rəqabət qabiliyyətini artırmaq üçün sistemli tədbirlər həyata keçirilir, özündə iqtisadi, sosial və siyasi məziyyətləri ehtiva edən bu sahənin inkişafından ötəri yüz milyon ABŞ dolları həcmində investisiya yatırılıb, xam pambığın satınalma qiyməti artırılıb, dövlət büdcəsindən subsidiya verilir və s. Bəs nədən bu qədər münbit şərait fonunda hər hektardan 15 sentner məhsuldarlıq? Bunun adı nə? Bunun adı başqa sahələrdə olduğu kimi bu sahəyədə QEYRİ_PEŞƏKAR yanaşmadır! Bəlkə səpin materialı kimi istifadə olunan çiyidin təsərrüfat yararlığını müəyyənləşdirmək üçün də Ölkə Prezidenti xüsusi Sərəncam imzalamalıdır? Məhz toxumluq çiyidin keyfiyyətsizliyi ucbatından ölkədə bir və iki dəfə təkrar səpin aparıldı, bunun da nəticəsində ümumi gəlirdə maya dəyərin xüsusi çəkisi artaraq 900-1000 manata yüksəldi (hər dəfə sahə yenidən malalandı, toxumluq çiyid alındı, təkrar səpin aparıldı və s.), pambıq yığımı dekabr ayının sonuna kimi uzandı və nəticədə xam pambığın keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına yönəlmiş mütərəqqi siyasət sonda pambıq əkən əkinçilərin ölkə üzrə təxminən 10 milyon manatdan çox borclu qalmalarına səbəb oldu. Bəs hara baxırdı bəh-bəhlə yaratdığın və yerlin olan biologiya müəllimini rəis təyin etdiyin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti? Bu qədərmi çətindir toxumluq çiyiddən nümunələr götürüb analiz etmək və analizin nəticələrinə uyğun olaraq sort və səpin keyfiyyətini təsdiq edən sertifikat vermək? Varmı bir əkinçidə belə bir sertifikat ki, əkinçi ona dəymiş ziyana görə istehlakçıya qarşı ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırsın? Məgər bu qurumun işi ancaq və ancaq “toxum satışı” adı altında müxtəlif maxinasiyalarla dövlət büdcəsindən toxumçuluq təsərrüfatlarına vereilən subsidiyalara “şərik” olmaqdan ibarətdir. Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda maraq çərçivəsində 2016-cı ildə bir toxumçuluq təsərrüfatı tərərəfindən bir rayonun əkinçilərinə güya satdığı taxıl toxumlarına gorə dövlət büdcəsindən ödənilən subsidiya cədvəli ilə taxıl əkininə görə verilən yardım cədvəlini müqayisə etdikdə dəhşətli bir mənzərinin şahidi oldum, təkcə bir rayon üzrə əkin sahələrinin artıq göstərilməsi ucbatından həmin toxumçuluq təsərrüfatına 400 min manatdan çox artıq vəsait ödənilib!

2017-ci ildə pambıq əkin sahələrinin əksər hissələrində bir və yaxud iki dəfə vegetasiya suvarması aparıla bildi. Ciddi problemin həllindən ötəri dəfələrlə kənd təsərrüfatı idarəsinə müraciət edənlərə idarənin rəis vəzifəsini müvəqqəti icra edən şəxslər tərəfindən ( maraqlıdır ki, nazir tərəfindən ölkədə 2 ildən çoxdur ki, 80 % kənd təsərrüfatı idarələrinə daimi rəis təyin edilməyib) verilən şablon cavab bu oldu ki, biz özümüz nazirin tapşırığı ilə pambiq əkmişik, özümüzün problemlərini həll edə bilmirik, sizlərə nə kömək edə bilərik. Anlaya bilmirik ki, aqrar ciyasətin başında duran təşkilat hansı əsasla komersiya fəaliyyəti ilə məşğul olur? Hesab edirəm ki, bu “ənənə” cənab Heydər Əsədova qudası Ziya Məmmədovdan miras qalıb, o da ölkənin nəqliyyat sistemini düzgün koordinasiya etmək əvəzinə Nəqliyyat Nazirliyini koomersiya strukturuna çevirmişdi. Minlərlə sadə əkinçi ölkə Prezidentinin pambıqçılıqla bağlı çağrışına qoşularaq pambıq əkdilər, bəs Siz və əkin sahələrini vaxtında və tələbata uyğun əkin suyu ilə təmin etməyə məsul olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə necə, bu sahənin inkişafından ötəri hansı töhfələr verdiniz, yaxud susuzluqdan bar orqanları yerə tökülən zaman əkinçilərin keçirdiyi daxili sarsıntılara rəğmən vicdanlarınız sızıldadımı? Ümumiyyətlə, dünyada mütərəqqi əkinçilik sisteminin tədbiq edildiyi bir dönəmdə pambıq sahəsinin hər hektarından 15 sentner pambıq məhsulu götürülən bir ölkədə Kənd Təsərrüfatı Nazirliyi sisteminin aqrar siyasətin uğurlarından danışmağa hansı mənəvi haqqı var?

Vaxtilə rejim dövlətin başında duran İ. Stalin söyləyirdi ki, kadr cəmiyyətin qızıl fondudur. Aqrar sahədə fundemental təhsil görmüş insanın müasir çağrışlara cavab verən mütəxəssis kimi formalaşması üçün yüksək səviyyədə nəzəri biliyə və praktiki təcrübəyə sahib mütəxəssislərin əhatəsində 10-15 il vaxt lazımdır. Özünüz aqrar sahəyə yad bir insan olduğunuza rəğmən hansı haqla bütün həyatlarını aqrar sahənin nəzəri və praktiki problemlərinə həsr etmiş, Ulu Öndərin rəhbərliyi altında milli aqrar sektorda əldə olunmuş uğurlarda pay sahibləri olmuş alim-mütəxəssisləri şəxsi iddialarınıza qurban verərək küçələrə atdınız və onların əvəzində qeyri-peşəkar insanları Nazirliyə gətirdiniz! Dəyərsizləşdirdiyin o insanların hər biri aqrar sahədə fəaliyyət göstərən sadə əkinçilərdən tutmuş mütəxəssislərə kimi faydalandıqları böyük bir məktəb idi.

Şəxsən Sizin iştirak etdiyiniz tədbirlərdən çəkilmiş videomaterialların “ Şərhlər” bölməsinə baxanda məni dəhşət bürüdü. Həmin bölmələrdə bir insan tapmadım ki, bir insan kimi və bir nazir kimi Sizin haqqınızda müsbət fikir bildirsin. Etiraf - öz qüsur və nöqsanını, özünün günahını inkar etməyib qəbul etmə, təsdiq etmə və boynuna alma kimi yüksək fəlsəfi dəyər, insani keyfiyyətdir. Ulu Füzuli demişkən: Yüz şükr ki, yox sənə xilafım; İnsafım var, var etirafım. Cənab Heydər Əsədov etiraf edin ki, aqrar sektor Sizin həyat tərzinidən, məfkurənizdən və sahib olduğunuz şəxsi məziyyətlərinizdən uzaq bir sahədir. Etiraf edin ki, zahirən özünüzü “sədaqət mücəmməməsi” kimi göstərsənizdə, iç dünyanızda “fironluq taxtından” salınmış qudanız Ziya Məmmədova və dəbdəbəli həyat tərzindən məhrum olunmuş kürəkəniz Anar Məmmədova görə qisasçılıq hissi yaşadırsınız!

Biz müqəddəs peşə sahibləri inanırıq ki, fəaliyyətində həmişə kənd təsərrüfatının inkişafına ciddi önəm verən Möhtərəm Prezidentimiz mili aqrar siyasətimizə peşəkər nəfəsinin gətirilməsi üçün konkret addımlar atacaq.

Vaqif Məmmədov
Alim -aqranom - DİA.AZ

Redaksiyadan: DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq