“Hər arı ailəsinə 10 manat veriləcək” — Prezident sərəncamının DETALLARI
Iqtisadiyyat
Oxunub: 576
7 mar 2018 | 10:05
“Hər arı ailəsinə 10 manat veriləcək” — Prezident sərəncamının DETALLARI














“Subsidiyaların verilmәsi arıçılığın inkişafı ilә bağlı 5 illik Dövlәt Proqramının bir bәndidir vә proqram artıq qәbul edilmәk әrәfәsindәdir".
Bu barәdә “Ölkә.Az”a özәl açıqlamasında Azәrbaycan Arıçılar Assosiasiyasının sәdri Bәdrәddin Hәsrәtov Prezident İlham ?liyevin ötәn gün "Arıçılığın inkişafının stimullaşdırılması haqqında" imzaladığı sərəncama münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2017-ci il sentyabrın 8-dә kәnd tәsәrrüfatı naziri Heydәr ?sәdovla görüşәrkәn Türkiyәdә belә bir tәcrübәnin olduğunu bildirәrәk hәr arı ailәsi üçün illik subsidiya ayrılmasını tәklif ediblər. Nazir isə təklifin müzakirә edilәcәyini bildirib:

“Yeni sərəncamla hər arıçıya arı ailәlәrinin (pәtәk) sayına görә illik 10 manat subsidiya verilәcәk. Hazırda 100-200 arı ailәsinә sahib olan çox sayda arıçı var. Düşünürәm ki, ilin әvvәlindә 1000-2000 manat subsidiya almaq müәyyәn xәrclәri qarşılamaq üçün yaxşı stimuldur. Burada söhbәt yalnız 10 manatdan getmir, arıçılar hazırda bu sahәyә ayrılan diqqәtә görә yaxın zamanlarda onlara daha böyük imkanların yaradılacağından mәmnundurlar”.

Assosiasiya sәdri qeyd edib ki, subsidiyaların verilmәsi arıçılığın inkişafı ilә bağlı 5 illik Dövlәt Proqramının bir bәndidir vә proqram artıq qәbul edilmәk әrәfәsindәdir. Proqramda arıçılığın inkişafı üçün kadr potensialı, bal bazasının yaxşılaşdırılması, arı xәstәliklәri, damazlıq vә s. mәsәlәlәr әn xırda detallarına kimi nәzәrdә tutulub. Bundan başqa, sәrәncamın arıçılığa әn böyük töhfәlәrindәn biri arı ailәlәrinin dәqiq qeydiyyatının aparılacağıdır:

“Biz indiyәdәk müxtәlif rәqәmlәrlә qarşılaşırdıq. Kimisi vergi alınacağını düşünüb pәtәk sayını az deyirdi, kimisi arıçı olmadığı tәqdirdә sәrgilәrdә arıçı kimi iştirak edirdi. İndi isә konkret olaraq bilinәcәk ki, kim arıçıdır, nә qәdәr arı ailәsi var vә harada saxlayır”.
Bildirək ki, proqrama əsasən potensialı olan arıçılara 5 ildә 5 min arı ailәsi dövlәt tәrәfindәn pulsuz verilәcәk. Bundan əlavə bal qablaşdırması, arıçılıqda istifadә olunan avadanlıqların hazırlanması ilә mәşğul olmaq istәyәnlәrә xüsusi imtiyazlar verilәcәk, yem bazasının artırılması, bal ixracı ilә bağlı dövlәt dәstәyi göstәrilәcәk.

“Proqramın hazırlanmasında assosiasiya olaraq biz dә iştirak etmişik vә çalışdıq ki, heç nә diqqәtdәn kәnarda qalmasın”, - deyə B.Həsrətov əlavə edib.

Bәdrәddin Hәsrәtov onu da bildirib ki, prezident İlham ?liyevin imzaladığı sәrәncam vә yaxın zamanlarda qәbul olunacaq Dövlәt Proqramı arıçıların sürәtlә artmasına vә arı ailәlәrinin sayının 300-350 minә çatmasına sәbәb olacaq. Bu isә Azәrbaycanın özünü arıçılıq mәhsulları ilә tam tәmin etmәsi, elәcә dә ixrac imkanlarının artması demәkdir.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!