Rüsumlar azaldıldı, amma qiymət enmir — Kərə yağı müəmması davam edir
Iqtisadiyyat
Oxunub: 769
12 mar 2018 | 00:15
Rüsumlar azaldıldı, amma qiymət enmir — Kərə yağı müəmması davam edir














2017-ci ilin noyabrında Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
"Ölkə.Az" xəbər verir ki, qərarın 4 aydır, qüvvədə olmasına baxmayaraq, kərə yağının qiymətində gözlənilən ucuzlaşma baş vermir. İllərdir qüvvədə olan ənənəyə uyğun olaraq, əksinə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qiymətlərin daha da bahalaşacağı gözlənilir.

İdxal azalır, qiymət isə yüksək olaraq qalır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir.

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında göstərilib ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bu, həcm baxımından 2017-ci ilin ilk iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bu barədə Modern.az-a danışan iqtisaçı Natiq Cəfərli bildirib ki, kərə yağına tətbiq olunan gömrük rüsumları azaldıldıqdan sonra idxalda ciddi artım olacağı, vəziyyətin sərfəli hala gələcəyi gözlənilirdi:

"Amma vəziyyət bunun əksini göstərir. Bildiyiniz kimi, rüsumlar 15 faizdən 5 faizə endirildi. Bundan sonra həm qiymətlərin enəcəyi, həm də idxalda artım olacağı proqnozlaşdırılırdı. Çünki idxalın daha sərfəli hala gələcəyi düşünülürdü. Amma proses gözlətilərin əksinə cərəyan etdi”.

Ekspert deyib ki, bunu 2 səbəblə izah etmək olar:

"Birincisi, ölkədə kərə yağının baha olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi tələbatın azalmasına gətirib çıxarıb. Digər tərəfdən, bazardakı inhisarçılıq rəqabətin yaranmasına imkan vermir. Kərə yağının idxalı ilə məşğul olan 5-6 firma daha az məhsul gətirməklə müəyyən tələbata uyğun qiymət siyasəti həyata keçirmək niyyətindədirlər. Məntiqlə ölkəyə gətirilən kərə yağının həcmi artmalı idi”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO