İbadoğlunun kəlləmayallaq pensiya "araşdırması"
Iqtisadiyyat
Oxunub: 554
16 mar 2018 | 20:30
İbadoğlunun kəlləmayallaq pensiya "araşdırması"













Özünü iqtisadçı alim kimi təqdim edən Qubad İbadoğlu yeni "araşdırması"nı təqdim edib və budəfəki "araşdırması"nı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan mühüm addımlardan olan pensiyaların indeksləşdirilərək artırılması məsələsinə həsr edib.

Son çıxışlarının birində məşğul əhali ilə muzdla çalışan əhalinin fərqini hələ də dərk etmədiyi aydın olan İbadoğlu bu dəfə bəyanatını statistik göstəricilər əsasında qurmaq istəyib. Lakin yenə də mərəzindən qalmayaraq mövzuya yanaşmasında öz aşına bir az biclik duzu qatıb: iqtisadi alimlik zirvəsindən diqqətlə deyil, bilərəkdən bir az diqqətsizliklə nəzər salan İbadoğlunun qeyri-dəqiq yanaşmasına görə, cari ilin əvvəlindən pensiyaların 2017-ci ilin illik artım göstəricisinə uyğun olaraq artırılmasında gərək 5,7 faiz yox, 5,9 faiz götürüləydi.

Niyə? Ona görə ki, heç kim yox, məhz İbadoğlu nəzər salanda görüb ki, sən demə, ötən il əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz artıb. Bu zaman fərziyyəsini nəyin bahasına olursa olsun əsaslandırmaq üçün bilərəkdən, yaxud elə öz sabit diletant mövqeyindən yenə də yanlışlığa yol verib. Belə ki, 2018-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqının 528,2 manat olduğunu qeyd edən "tanınmış iqtisadçı alimimiz" bu göstəricini Dövlət Statistika Komitəsinin rəsmi məlumatına, bu qurumun rəsmi saytındakı statistik məlumata baxmadan və Komitənin 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı barədə rəsmi olaraq təqdim etdiyi məlumatdakı 499,8 manatla deyil, 2017-ci ilin əvvəlinə orta aylıq əmək haqqı məbləği ilə bağlı həmin dövrdə operativ olaraq ilkin, yəni tam dəqiqləşməmiş məlumat kimi göstərilmiş 498,6 manat məbləği ilə müqayisə edir. Bununla da, İbadoğlu bəy belə nəticəyə gəlib ki, sən demə, ötən il orta əmək haqlarında artım 5,9 faiz olub və pensiyaların indeksləşdirilməsi də 5,9 faizə uyğun aparılmalıydı.

Halbuki İbadoğlu bu fərziyyəsini ortalığa atarkən, Dövlət Statistika Komitəsi ilə məlumatı dəqiqləşdirə, ən azı Komitənin hər kəs üçün açıq olan və hər kəsin asan şəkildə daxil ola bildiyi rəsmi saytındakı göstəricilərə nəzər sala bilərdi. O zaman İbadoğluna aydın olardı ki, 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı 499,8 manat, 2018-ci ilin əvvəlinə isə 528,2 manat təşkil edib və artım 5,68 faiz, yuvarlaq olaraq, 5,7 faiz təşkil edib və pensiyalar da dəqiq şəkildə bu göstərici əsasında indeksləşdirilərək artırılıb.

Eyni zamanda, əvvəlki dövrlərdə mövcud olmuş pensiyaların sığorta hissəsinin əvvəlki ilin inflyasiya göstəricisinə uyğun artırılması praktikasından fərqli olaraq, cari ildən pensiyaların ümumi məbləğinin orta aylıq əmək haqqının əvvəlki ilin artım tempinə uyğun indeksləşdirilərək artırılması pensiyalarda daha çox artımın edilməsinə imkan verir. Xüsusilə də bu tədbir aşağı məbləğdə pensiya alanlar üçün daha effektivliyi ilə seçilir. Aparılan təhlillər göstərir ki, hətta inflyasiya tempi orta aylıq əmək haqqının artım tempindən 2 dəfədən çox olduğu halda belə, yeni qayda - yəni pensiyanın ümumi məbləğinin əvvəlki ilin orta aylıq əmək haqqının artım faizi əsasında indeksləşdirilərək artırılması 220 manatadək olan pensiyalarda daha çox artımla nəticələnir. Bu amil də pensiya sahəsində hər bir islahatda hökumətin məhz pensiyaçıların maraqlarını nəzərə aldığını göstərir.

Lakin "tanınmış iqtisadçı alimimiz"ə, görünür, bu - reallığa, həqiqətə istinad eləmək sərf eləmir, çünki məqsədi əhalinin sosial müdafiəsinin güclənməsinə yönələn tədbirləri gözdən salmağa, bu tədbirlər barədə cəmiyyətdə şübhə toxumu səpməyə yönəlib.

Öz diletant fərziyyəsi ilə pensiyaların indeksləşdirilərək artırılmasında guya qeyri-düzgün hesablama aparılmaasına yol verildiyi qənaətinə gələn, bununla il ərzində pensiyaçılardan 7,5 milyon kəsildiyini iddia edən İbadoğlu unutmamalıdır ki, təkcə cari ilin əvvəlindən dövlət başçısının sosial ödənişlərin-pensiyaların, müavinətlərin, təqaüdlərin, əmək haqlarının artırılması ilə bağlı 40-dək fərman və sərəncamı imzalanıb. Həmin sənədlərə əsasən 3,1 milyondan çox insana, respublika əhalisinin 31,55 faizinə yönələn sosial ödənişlərdə müvafiq artımların edilməsi üçün hökumət il ərzində əlavə olaraq 600 milyon manat (o cümlədən 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə il ərzində isə 165,4 milyon manat) vəsaitin ayırılmasını nəzərdə tutur. Əlavə olaraq təkcə bu il həmin 600 milyon manat vəsaiti ayıran hökumətin guya pensiyaçılardan 7,5 milyon manat "kəsdiyini" bildirən İbadoğlunun bu iddiası isə sadəcə olaraq gülüncdür
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO