Seçkiöncəsi Azərbaycanda kredit borcları silinəcək?
Iqtisadiyyat
Oxunub: 693
8 apr 2018 | 19:00
Seçkiöncəsi Azərbaycanda kredit borcları silinəcək?














Rusiyada seçkilərdən sonra əhalinin banklara olan borcunun silinməsi istiqamətində addım atılmağa başlanılıb. Belə ki, Rusiya mətbuatının yazdığına görə, əhalinin banklara olan 38,6 milyard dollarlıq kredit borcu silinəcək. Azərbaycanda da problemli kreditlərin həcmi durmadan artır. Hazırda problemli kreditlərin həcmi 1,2 milyard dollara çatıb. Dəfələrlə, müxtəlif ekspertlər tərəfindən həmin həcmin müəyyən hissəsinin silinməsi vacibliyi gündəmə gətirilib. Amma hələ də məsələ öz həllini tapmayıb. Bu fonda nə banklar əhalidən kredit borclarını ala bilir, nə də vətəndaşlar həmin borcu ödəmək gücündədir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli yenicag.az-a açıqlamasında bildirib ki, seçkiöncəsi Azərbaycanda əhalinin kredit borclarının silinməsi istiqamətində hər hansı bir addımın atılması gözlənilmir:

"Çünki nə dövlət büdcəsində, nə də digər mənbələrdə bu addımın atılması üçün hər hansı bir vəsait nəzərdə tutulmayıb. Rusiyada atılan addım isə qaydalara uyğun olaraq, həm ölkənin Mərkəzi Bankının daxili ehtiyatları, həm də sığorta fondlarının müəyyən imkanları hesabına həyata keçiriləcək. Azərbaycanda isə sığorta fondlarında pul qalmayıb. Amma bütün hallarda Azərbaycanda da Rusiyada olduğu kimi problemli kreditlərlə bağlı əvvəl-axır belə bir addımın atılması qaçılmazdır.

Lakin məsələ ondadır ki, həmin istiqamətdə iki il öncə addım atılsaydı, bu məsələ dövlətə daha ucuz baha başa gələcəkdi. Təəssüf ki, proses uzadılır. Nəticədə, problemli kreditlərin həcmi idarəolunmaz bir vəziyyətə gəlib çıxıb. Bu gün də Azərbaycan məhkəmələrində baxılan işlərin 70 faizə yaxını məhz bankla vətəndaş və kommersiya qurumları arasında olan çəkişmələrlə bağlıdır. Açığı, Azərbaycanda problemli kreditlərin həlli üçün vəsaitin mənbəyi göstərilmir. Proses dövlət büdcəsi, Neft Fondu, ya da Mərkəzi Bankın ehtiyatları hesabına öz həllini tapmalıdır. Rusiyadan fərqli olaraq, Azərbaycanda bu istiqamətdə başqa mənbələr yoxdur.

Problemli kreditlər silinəndə banklarda ciddi çatışmamazlıqlar yaranacaq. Ona görə də bankların ayağa qalxa bilməsi üçün bu pulu onlara ödəyən mənbə lazımdır.

Gec-tez bu məsələ onsuz da həll olunacaq və problemin dövlət hesabına həll olunmasından başqa yol yoxdur. Amma prosesin seçkiyə qədər baş verəcəyi inandırıcı görünmür. Lakin may ayında dövlət büdcəsinə yenidən baxılacaq. Ola bilər ki, bu zaman həmin istiqamətdə də müəyyən büdcə xərcləmələri üçün vəsait ayrılsın. Ən azından 4-5 milyard manat lazımdır ki, problemin aradan qaldırılması üçün ilkin addımlar atılsın.

Vəsait tapılmadığı halda yaxın gələcəkdə Azərbaycanda belə bir qərarın veriləcəyini düşünmürəm. Lakin bütün hallarda dövlət əvvəl-axır problemi həll etməlidir. Çünki nə banklar öz vəsaitləri hesabına problemi həll edəcək, nə də vətəndaş həmin pulları qaytaracaq”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb