Bakının dollar bazarında canlanma: Dolların qalxacağı xəbərini kimlər yayır?
Iqtisadiyyat
Oxunub: 634
15 apr 2018 | 01:08
Bakının dollar bazarında canlanma: Dolların qalxacağı xəbərini kimlər yayır?















Kommersiya bankları dollar alışını artırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə banklar fevral ayında əhaliyə satdığı dollardan 71.272 milyon dollar çox alıb ki, bu da əvvəlki ayla müqayisədə 2 dəfə çoxdur. Hesabata əsasən, fevral ayında banklar əhalidən 222,427 milyon dollar alıb, əhaliyə isə 151,155 milyon nağd dollar satıb. Qeyd edək ki, hesabat nağd şəkildə aparılan əməliyyatlara aid edilir.

Maraqlıdır, əhali dollar satışına maraq göstərir, yoxsa banklar yenidən dollar yığmağa başlayıb?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində bankların dollar alışında yaranan müsbət saldonu ölkəyə gələn turistlərin çoxluğu ilə əlaqələndirdi. N.Cəfərli deyib ki, bu özlüyündə müsbət haldır: "Bu məsələdə bir qeyri-dəqiqlik var. Söhbət təkcə Azərbaycan əhalisindən getmir, həm də ölkəyə fiziki şəxs kimi gəlib valyutadəyişmə məntəqələrində pul xırdalayan əcnəbilərəndən gedir. Yəni, bu statistika sırf əhali ilə bağlı deyil. Son aylarda ölkəyə gələn turistlərin sayında kifayət qədər artım olub. Bu artımı biz də müşahidə edirik. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin hamısı dollarla gəlir. Nəticədə də dolları dəyişərək manata çevirirlər və xərcləmələr həyata keçirirlər. Əhalidə isə manatın uzun zaman dollar qarşısında sabit olması milli valyutaya inamı yavaş-yavaş bərpa etməyə başlayıb. Müəyyən ödənişlər də artıq manat üzərindən həyata keçirilir. Məsələn, avtomobil, mənzil satışında artıq əsasən manat üzərindən qiymətləndirmə aparılır.

Digər tərəfdən, əhali əlində olan dollar ehtiyatlarını manata çevirərək, gündəlik ehtiyaclarını ödəyir. Çünki mənzil alanda bank vasitəsilə əməliyyat aparılır və bu da manat üzərindən həyata keçirilir. Mənzil alarkən alıcı vəsaiti depozit olaraq banka qoyur, sonra isə satıcı həmin pulu bankdan çəkir. Ona görə də bu əməliyyatların həcminin artması manata tələbatı artırıb. Amma bu, o demək deyil ki, manata inam tam bərpa olunub. Çünki hesabatda göstərilən rəqəmlər çox aşağı göstəricidir. Azərbaycan kimi 10 milyonluq ölkədə 70 milyon dollarlıq müsbət saldo çox aşağı göstərici hesab olunur. Bu rəqəmsal olaraq böyük rəqəm deyil. Amma turistlərin sayının artması, daşınmaz əmlak, avtomobil satışının manat üzərindən aparılması bu prosesə müsbət təsir göstərir. 2016-2017-ci illərdə bu əməliyyatlar dollar üzərindən həyata keçirilirdi. Artıq indi manata inamın yavaş-yavaş bərpa olması və satışların manat üzərindən həyata keçirilməsi əhalinin dollar ehtiyatlarını satışa çıxarmasına səbəb olur”.

Natiq Cəfərli dollar alışında yaranan artımın digər bir səbəbini isə əhalinin gəlirlərinin azalmasında gördüyünü deyib: "Digər məsələ isə ondan ibarətdir ki, 2014-cü ildən başlayaraq əhali bütün ehtiyatlarını dollarda saxlayırdı. İndi əhalinin bir qismində gəlirlərin aşağı düşməsini nəzərə alsaq, artıq həmin valyuta ehtiyatlarından istifadə etməyə başlayıb. Bunun özü də bir göstəricidir. Ümumi olaraq satılan və alınan dollar arasında müsbət saldonun olması özü-özlüyündə pozitiv xəbərdir. Amma bunun dayanıqlı olub-olmaması yaxın aylarda bəlli olacaq.

Bu uzun zaman davam edə bilməz. Çünki yaxın aylarda valyutaya olan ehtiyac da artacaq. Yay mövsümü gəlir və Azərbaycan əhalisinin böyük hissəsi istirahət üçün xarici ölkəyə gedir. Xaricə getdikcə valyutaya olan tələblər də artacaq və nəticədə turistik səfər edənlər manatı dollara çevirib özüylə aparacaq. Mərkəzi Bankın bu məlumatları ilboyu təkarlanarsa, o, zaman müsbət bir tendensiyanın yarandığını demək mümkün olacaq”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...