Tarif Şurasındən dizellə bağlı gecə AÇIQLAMASI - RƏSMİ!
Iqtisadiyyat
Oxunub: 5 350
17 apr 2018 | 00:32
Tarif  Şurasındən dizellə bağlı gecə AÇIQLAMASI - RƏSMİ!














Azərbaycanda dizelin qiymətinin artacağı gözlənilir

SOCAR dizel yanacağına olan daxili tələbatın artması ilə bağlı yaydığı məlumatdan sonra Azərbaycan sürücülərinin ən çox istifadə etdiyi yanacaq növünün qiymətinin arta biləcəyi barədə fikirlər səslənməyə başlayıb.

TopXeber.az xəbər verir ki, "Neft Araşdırmaları Mərkəzi"nin rəhbəri İlham Şaban BAKU.WS-ə açıqlamasında Azərbaycanda dizelə daxili bazarda tələbatın artmasının obyektiv səbəblərdən qaynaqlandığını bildirib. Belə ki, əvvəllər ölkədəki avtomobillərin işlətdiyi ən populyar yanacaq növü Ai-92 ilə dizel arasında qiymət fərqi 15-20 fərq olurdusa, ötən ilin yayında benzinin qiymət artımından sonra bu fərq 30 qəpiyədək yüksəldi.

Nəticədə fərdi avtomobil sahibləri arasında dizelə maraq artmağa başladı və həmin dövrdən Azərbaycana gətirilən işlənmiş avtomobillər içərisində dizelin xüsusi çəkisi artdı. Beləliklə, İlham Şabanın qənaətinə görə, dizelin qiyməti artacaq.

“2019-cu ilin sonlarına H.Əliyev adına NEZavodunun modernizasiyasının ilkin mərhələsi yekunlaşmalı və yeni dizel qurğusu işə düşməlidor. Bu qurğudan istehsal edilən dizel Avro-5 keyfiyyətində olacaq. Təbii ki, onun qiyməti hazırkı dizellə eyni səviyyədə çətin ki, olsun. Çünki SOCAR böyük kapital qoyuluşu edib və onun geri qaytarılması yanacağın satışı hesabına həyata keçirilməlidir. Bu məntiqlə qiymət artımı olmalıdır.”

İqtisadçı yeni dizel avtomobillərə marağın o qədər də böyük olmamasının səbəbini həmin avtomobillərin benzin analoqlarından daha baha olması ilə bağlayır.

Məsələ ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etdik. Qurumun mətbuat katibi Abbas Əliyevin sorğumuza cavabı belə oldu.

“Bu məsələ ilə bağlı heç bir müraciət olunmayıb. Müzakirə mövzusu deyil.”

Qeyd edək ki, SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib.

"Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır", - deyə məlumatda vurğulanıb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ