Elman Rüstəmov bankları çətin duruma salıb - İDDİA
Iqtisadiyyat
Oxunub: 555
19 apr 2018 | 17:48
Elman Rüstəmov bankları çətin duruma salıb - İDDİA
















Azərbaycan bankları əllərində olan pulu kreditə verməkdə çətinlik çəkirlər. Mərkəzi Bankda keçirilən depozit hərracları da bunu təsdiq edir. Banklar əhalidən cəlb etdikləri əmanətlər üzrə faizləri endiriblər. Çünki kreditlərə tələb azalıb, banklarda izafi vəsaitlər yüksək məbləğlərdədir. Banklar isə əhalidən cəlb etdikləri vəsaitləri kredit şəkilində yerləşdirməkdə çətinlik çəkirlər.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ümumi məsələ ondan ibarətdir ki, banklar problem içində idi, yəni yüksək pulları yox idi: “Ona görə də əmanət faizlərini yüksəltdilər ki, əhali əmanətləri çıxarmasın. Sadəcə cəlb etdikləri pulların hamısını kredit kimi verə bilmirdilər. İlk növbədə ona görə ki, ödəniş qabiliyyətli borc alanların sayı indi məhduddur. Banklar indi kredit verməyə risk etmir. Yüksək faizlə isə kredit götürmək imkanları yoxdur. Digər tərəfdən bankların Azərbaycanda iki əsas mənbəyi, daha doğrusu maliyyələşməsi var. Bu əsasən əmanətlərdir və Mərkəzi Bankın kreditləridir. Mərkəzi Bank son iki ay ərzində öz uçot dərəcəsini 15 faizə salıb (əvvəl 13, sonra da 11 faizə salıb). Təbii ki, belə şəraitdə banklar yüksək əmanət cəlb etməkdə çətinlik çəkirlər”.

Ekspert qeyd edib ki, əvvəl Mərkəzi Bank krediti 15 faizlə təklif edirdi və buna görə əhalidən 10, 11 faiz tələb olunurdu: “ İndi isə Mərkəzi Bank banklara 11 faizlə əmanət verəcəksə, onlar yüksək faizlə əmanət qəbul edə bilməyəcək. Əsas səbəb budur ki, götürdükləri pulu qazana bimirdilər və yüksək faizləri də ödəyə bilmirdilər. Ümumiyyətlə, faizlərin aşağı düşməsi normal haldır. Kreditlər üzrə faizlər düşmür. Ona görə ki, banklar bir qədər acgözlük edirlər. Çox qazanmaq istəyirlər. Amma başqalarına az qazandırırlar. Ola bilər ki, bu mənada sonra kredit faizləri nisbətən aşağı düşsün. Bankların bütün cəlbedici əmanətləri yüksək faizlədir və onların da müddəti hələ bitməyib. Yəni banklar o yüksək faizləri ödəməlidirlər. Bunlar hazırda əmanət faizlərini cəlb etsinlər ki, ucuzluq var idi. Ucuz krediti də verə bilmirlər. Bunu hələlik başa düşmək olar. 6 aydan sonra bunlar yenə də kredit faizlərini saya almasalar, əlbəttə ki, bu ədaləti deyil. Amma hələlik onları başa düşmək olar...

Əmanət faizlərinin azaldılmasının vətəndaşlara zərərinə gəlincə, ekspert qeyd edib ki, bunun əmanətçilərə təsiri qaçılmazdır: “Bir sözlə, birmənalı şəkildə əmanətlərə marağı azaldacaq. Çünki əmanətləri o məqsədlə saxlayırdılar ki, çox pul qazansınlar”.
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək