Azərbaycanda manat qıtlığı yaranıb
Iqtisadiyyat
Oxunub: 1 542
9 fev 2015 | 11:06
Azərbaycanda manat qıtlığı yaranıb




“Bizim üçün qarşımızda bir Rusiya nümunəsi var. Qonşu ölkədə kredit və ipoteka ödəyiciləri üçün vəziyyət rahatdır. Çünki rubl getdikcə dəyərdən düşür və əvvəlki məbləğ olmur. Amma əsl həqiqəti xarici valyuta ilə ipoteka götürənlər yaşayır. Ona görə də bu halda banklar güzəşt yolunu seçdilər, kredit müddətini uzatmalı oldular”.

Azerinfo.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a iqtisadçı-ekspert Samir Əliyev manat ucuzlaşacağı halda kredit ödəyicilərinin vəziyyəti barəsində danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda manat devalvasiya olarsa, bu, kredit faizlərinin bahalaşmasına gətirib çıxara bilər: “Bu, o cümlədən əmanətlərin faizlərinə də təsir edəcək. Eyni zamanda ilk növbədə kredit müqaviləsinə baxmaq lazımdır. Müqavilədə qeyd olunubsa ki, kredit faizləri ölkənin makro-iqtisadi vəziyyətindən asılı olmayaraq dəyişməyəcək, o halda düzəliş edilə bilməz”.

İqtisadçıya görə, manatın ucuzlaşması istənilən halda kredit ödəyicisinə sərf edir: “Dünyada bu proses müxtəlifdir. Azərbaycanda isə fiksə edilib. Dünyada üzən faizə uyğun dəyişir, yəni faizlər artır və azalır. Əgər müqavilədə dəyişiklik olacağı qeyd edilməyibsə, o halda əvvəlki şərtlərlə kredit ödəniləcək. Bu zaman manat devalvasiya olarsa, kredit ödəyicilərinin xeyrinə olacaq, pul dəyərdən düşəcək. Amma xarici valyuta ilə kredit ödəyənlərin zərərinə olacaq. Məsələn, 100 dollara görə 79 manat ödəyirdisə, 110 manat verməli olacaq. Onu da deyim ki, son 2-3 ayda banklar xarici valyuta ilə kredit verməyə başlayıb”.

S.Əliyevin fikrincə, banklar xarici valyuta ilə kredit verməklə iki prosesin qabağını almağa hazırlaşır: “Birincisi ehtimal olunur ki, manatın kursu dəyişə bilər və dollar bu halda daha sərfəlidir. İkincisi, bank sektorunda manat qıtlığı yaranıb. Əməliyyatlar üçün milli pul tapılmır. Pulun həcmi iqtisadiyyata uyğun deyil. Mərkəzi Bank inflyasiyanı tənzimləmək üçün pulu sıxıb. Amma hökumət manatı buraxmayacağını bəyan edib. 2009-cu ildə verdiyi bu sözə əməl etdi. Sadəcə, indiki situasiya daha ağırdır, arzuolunmaz vəziyyət yaranıb. Manatın hazırkı kursu imkan vermir ki, qeyri-neft sektoru inkişaf etsin. Ölkə idxalla doludur. Azərbaycanda ixrac 7-8 faizdir, Rusiyada isə 40 faizdir. Ona görə də çıxılmaz vəziyyətdir. Prezidentin son çıxışından belə görünür ki, ixracı gücləndirmək lazımdır”.

İqtisadçı bununla belə, parlament seçkilərinə qədər hökumətin manatın kursunu saxlamağa çalışacağını və gedişatın neftin qiymətindən asılı olacağını düşünür: “Dünya bazarında neftin qiyməti aşağıdır. Düzdür, son bir həftədə işıq ucu görünür, qiymətdə artım var. Əgər neft 48 dollara düşsə birmənalı olaraq manat devalvasiya olacaq. 60 dollara qalxsa hökumət manatın kursunu saxlamağa çalışacaq. Yəni hökumət neftə baxır”.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb