Bakının dollar bazarında nə baş verir? - Manat ucuzlaşacaqmı?
Iqtisadiyyat
Oxunub: 782
12 may 2018 | 18:52
  Bakının dollar bazarında nə baş verir? - Manat ucuzlaşacaqmı?














Azərbaycanda əhali arasında Amerika valyutasına olan tələbat artmaqda davam edir. Bu, özünü xüsusilə də aprel ayında, AR Dövlət Neft Fondunun (ARDNF) valyuta ticarətində dollar satışının rekord həddə — 802,6 milyon dollar həcmində qeydə alınmasında göstərib.

ARDNF-in aprel ayında valyuta satışı təkcə cari ildə rekord həddə olmayıb. Ötən il də dolların aylıq satışı ortalama 300 milyon dollar olub. 2018-ci ilin yanvar-aprel ayları ərzində 2,1 milyard dollar satılıb ki, bu da son iki ilin dörd ayı üçün maksimal həddə valyuta satışıdır.

Azərbaycanda dollara tələbatın artmasının səbəbi milli valyutanın devalvasiyaya uğrayacağı barədə şayiələrdir. 2015-ci ildə dünya bazarında neftin qiymətlərinin qəflətən 1 barelə görə 30 dollara qədər düşməsi manata güclü təzyiq göstərmişdi. Lakin indi "qara qızıl"ın bir barelinin qiyməti 75 dollardır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu il dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan nəzərdə tutulub.

Hazırkı fonda onu gözləmək olar ki, Dövlət Neft Fondunun valyuta vəsaitlərinin bir hissəsini Azərbaycan Mərkəzi Bankının hərraclarında əldə etmək mümkündür. Lakin AMB-nın məlumatlarına görə, aprel ayında valyuta ehtiyatlarının həcmi 43 milyon dollar ixtisar edilərək 5,465 milyard dollara (son 16 ay müddətində) çatıb.

AMB-nin əhalinin əmanətlərinin qorunması ilə bağlı bu ilin mart ayına olan gecikmə ilə təqdim etdiyi statistikasına görə, fiziki şəxslərin banklara qoyduğu dollar depozitlərində yüksələn tendensiya müşahidə edilib və 91 milyon manata (AMB-nin məzənnəsinə əsasən 53,5 milyon dollara) çatıb.

Bununla yanaşı, belə bir təhlükə də var ki, il ərzində fiziki şəxslərin banklara öz əmanətlərini milli valyutada yatırması halları azalıb. Əhali qərara gəlib ki, banklarda dolları illik 3% —lə qorumaq, manatı 10% və daha artıq faizlə qorumaqdan yaxşıdır.

Aydın məsələdir ki, əhalinin fəal şəkildə dolları alaraq "döşəyin altına" yığması manatın devalvasiyaya uğrama təhlükəsindən yaranan qorxu ilə əlaqədardır. Hətta dollar inflyasiyaya məruz qalsa belə, təkcə iş adamları deyil, elə sadə vətəndaşlar da maliyyə vəsaitlərini "ölü kapital" olaraq saxlayacaqlar.

2015-2016-cı illərdə olduğu kimi, hazırda da biznesmenlərin öz kapitallarını qonşu ölkələrə — Türkiyəyə, Gürcüstana, Rusiyaya və bir sıra digər Avropa ölkələrinə çıxararaq orada daşınmaz əmlaka və digər sahələrə yatırması mümkündür. Lakin unutmaq lazım deyil ki, son bir ayda türk lirəsi və rus rublu bu ilin əvvəli ilə müqayisədə dollara nisbətən nəzərəçarpacaq dərəcədə zəiflədi, manatın məzənnəsi isə dəyişməz qaldı.

Bununla yanaşı, neftin qiymətlərinin hazırkı səviyyəsi — bir barelə görə 75 dollar ölkə xaricindəki işgüzar dairələrə imkan verir ki, öz kapitallarını ağrısız bir şəkildə sərmayə olaraq bura yatırsınlar.

ARDNF-nin xarici valyutanın satışı hesabına yerli bazarda dollara olan tələbat azalmışdı və həyəcan aradan qaldırılmışdı. Amma bir sual açıq qalır: ARDNF valyuta ticarətində dolların rekord həcmini nə qədər saxlamağa çalışacaq? Və əgər neftin qiymətləri Azərbaycan üçün psixoloji hədd olan 45 dollardan aşağı düşsə, nə baş verəcək?

Hal-hazırda xarici valyutanın satışında nəzərəçarpacaq artım və manatın mümkün dəyərsizləşməsi ilə bağlı vətəndaşların həyəcanı fakt olaraq qalır. Yüksək vəzifəli məmurların manatın sabitliyinə dair təsəlliləri, tədiyyə balansının ödənilməsi, xarici ticarətdə müsbət saldonun izlənməsi, ölkədə inflyasiyanın aşağı düşməsi ilə bağlı arqumentləri əhalinin şübhə və narahatlığını hələ aradan qaldırmayıb.

2018-ci ilin dörd ayının nəticələrinə görə, ARDNF 2,1 milyard dollarlıq xarici valyuta satışını həyata keçirib. 2017-ci ildə satılmış valyutanın həcmi 3,6 milyard dollar olub. 2016-cı ildə isə bu göstərici 4,9 milyard dollar idi.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!