SOCAR-ın Rusiya səhmləri təhlükədə: Vaxt bitir
Iqtisadiyyat
Oxunub: 1 330
18 fev 2015 | 11:09
SOCAR-ın Rusiya səhmləri təhlükədə: Vaxt bitir

“SOCAR və Dövlət Neft Fondunun özünə aid əmlaklarını satmasına ehtiyac yoxdur”.

Azerinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib. O, rublun qiyməti ucuzlaşan zaman VTB bankının Azərbaycandan mənfəət götürə bilmədiyini deyib:

“Dövlət Neft Fondu və SOCAR öz investisiya istiqamətlərinin şaxələnməsi ilə bağlı vəsaitlərinin bir qismini Rusiya, eləcə də Türkiyəyə və digər ölkələrin bazarlarına yönəltdilər. Xüsusilə bu proses 2012 və 2013-cü illərdə daha geniş vüsət aldı. Şaxələnmə yaxşıdır, amma fond və SOCAR tərəfindən investisiyaların inkişafda olan ölkələrə yatırılması risk yaradırdı. Biz o zamanda qeyd etmişdik ki, Rusiya bazarına daxil olmaq, o cümlədən VTB bankının səhmlərini almaq müəyyən bir risk formalaşdırır. O baxımdan bu risk əslində elə investisiya qoyuluşları olan zaman baş vermişdi. Bu gün risk daha ciddi və aktualdır. Əmlakın qiyməti azaldı, həmçinin VTB bankının müflis olma mərhələsinə gəlməsinə qədər çıxdı. Bu da daha çox rublun dəyərinin azalması ilə bağlı idi. Əslində, maraqlıdır ki, rublun qiyməti aşağı düşdüyü zaman həmin bank Bakıda belə kreditləri rublla verir və dollara konvertasiya etmirdi. Bu əslində VTB-nin doğru olmayan investisiya siyasəti ilə bağlıdır. Çünki orada düşünürdülər ki, rublun qiyməti aşağı düşsə də, bu, müvəqqəti xarakter daşıyacaq. Təbii ki, bu baş vermədi. Buna görə də VTB nəinki Rusiya, hətta qonşu ölkələr və Azərbaycanda praktik olaraq mənfəət əldə edə bilmədi. Bu da ona gətirib çıxarır ki, VTB və ona daxil olan bəzi qurumlar müflisləşmə təhlükəsi ilə üz-üzə qalıblar. VTB isə həmin müflisləşmənin rəsmiləşdirilməsi ilə bağlı artıq məhkəmlərə müraciət edir”.

İqtisadçı SOCAR və Dövlət Neft Fondunun əlində olan səhmlərini satmasına ehtiyac yarandığını bildirib:

“Belə olan halda Dövlət Neft Fondu əslində nə etməlidir? Əslində, fond hesab edirdi ki, Rusiyada vəziyyət stabilləşəcək. Proseslər göstərir ki, hazırkı vəziyyət səhm sahiblərinin xeyrinə inkişaf etmir. Rusiyada durğunluq davam edir və bankların müflisləşməsi gedir. Əmlakla bağlı elə də böyük problem yoxdur. Bir az sonra hətta Rusiya bazarında əmlakın qiymətinin qalxacağı gözlənilir. İndiki halda fondun və SOCAR-ın əlində olan əmlakları satmasına ehtiyac yoxdur. Əsasən səhmlərlə bağlı qərarın verilməsi lazımdır. Fond səhmlərin qiymətinin aşağı düşməsindən itirir. Hesab edirəm ki, fondun müəyyən aylar deyil, həftələrlə gözləmək imkanı var. Bir neçə həftə müşahidə etdikdən sonra həmin səhmlərin satılmasına ehtiyac var. Əgər bu proseslər VTB-nin müflisləşməsinə gətirib çıxaracaqsa, indiki halda səhmlərin satılması daha çox arzuolunandır. Əks təqdirdə vəziyyət belə davam etsə, o zaman səhmlər daha çox ucuzlaşacaq. Hazırda Azərbaycanın vəsaitlərinin batması arzuolunan deyil. Səhmlərin satılması ilə bağlı çox az vaxtımız qalıb. Praktik olaraq növbəti həftələrdə həmin səhmlərin taleyi ilə bağlı qərarımızı artıq verməliyik ki, daha ciddi itkilərlə üzləşməyək”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ