“Standart Sığorta” qanunları necə pozur - GİLEY
Iqtisadiyyat
Oxunub: 653
6 in 2018 | 23:27
“Standart Sığorta” qanunları necə pozur - GİLEY
















Vətəndaş Cəfərov Fariz Xanoğlan oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, “Standart Sığorta” şirkətinin ona qarşı etdiyi qanunsuzluqdan danışıb. Şikayətçi bildirir ki, 10 may 2018-ci il tarixində onun idarə etdiyi 99 MB 061 seriyalı “Mercedes Vito” avtomobili Samux rayonu ərazisində, Göy-Göl istiqamətinə gedən yolda, Quliyev Həbib Məmmədəli oğluna məxsus 20 CG 312 seriyalı “Kamaz” markalı avtomobil tərəfindən vurulub:

“Hadisə nəticəsində mənim avtomobilimə ciddi ziyan dəyib. Prosedura uyğun olaraq, hadisə yerinə DYP əməkdaşları gəldi. Onların apardıqları araşdırmadan sonra, gəldikləri ilkin rəy bundan ibarət oldu ki, qəzada günahkar “Kamaz”-ın sürücüsüdür. Hər ikimizi müayinə etdilər. Heç birimizdə alkaqol aşkar edilmədi. “Kamaz”-ın sürücüsü verdiyi izahatda təqsirli olduğunu etiraf edib. “Kamaz”-ın icbari sığortası “Standart Sığorta”da olduğu səbəbindən, dəymiş ziyanı almaq üçün məni Heydər Əliyev Sarayının yaxınlığındakı “Standart Sığorta”nın ofisinə yönəltdilər. İki fərqli ekspetin verdiyi rəyə əsasən mənə dəyən ziyan 1960 manat dəyərində müəyyənləşdi.

Yuvarlaq olaraq 1700 manata razılaşdıq. Lakin sonra həmin sığorta şirkətində ekspert kimi çalışan Məmmədov Hicran adlı keçmiş polis işçisi qəribə məntiqlə ziyanın mənə verilməsinə maneçilik törətdi. Məmmədov Hicran deyir ki, həmin qəzada günah “Kamaz”ın sürücüsündə deyil, məndə olub. Onun məntiqi ilə, mənə müəyyənləşən ziyanın yarısı verilməlidir, yəni 850 manat. Başa düşə bilmirəm, sığorta işçisi nə vaxtdan DYP-nin yerinə kimin günahkar olduğunu müəyyənləşdirmək kimi funksiyanı mənimsəyib? Həmin Məmmədov Hicran mənə deyir ki, sən DYP-yə rüşvət verib bu rəyi alıbsan. Fikirini də belə əsaslandırır ki, onu özünü DYP saxlayanda 20 manat verib, yoluna davam edir. Şirkətin öz işçiləri belə Hicrana pulun mənə verilməli olduğunu izah edə bilmir. Açıqca deyir ki, bu oğlanı süründürəcəm, hara istəyir şikayət etsin”.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən və fotolardan aydın görünür ki, baş vermiş qəzanın günahkarı doğrudan da “Kamaz” avtomobilidir. Belə olan təqdirdə, sığorta şirkəti səlahiyyətini aşaraq, DYP-nin rəyini şübhə altına qoyaq cəhdi zərərçəkənə ziyanın ödənməsindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.

Zərərçəkən deyir ki, problemi həllini tapmasa, sığorta şirkətinə qarşı dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmə iddiası qaldıracaq.

Mövzu ilə bağlı “Standart Sığorta” şirkətinin də mövqeyini öyrənməyə çalışacayıq.

“Standart Sığorta” qanunları necə pozur - GİLEY

“Standart Sığorta” qanunları necə pozur - GİLEY

“Standart Sığorta” qanunları necə pozur - GİLEY
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi