Hər il 10 milyard kubmetr Azərbaycan qazı Avropaya ixrac ediləcək
Iqtisadiyyat
Oxunub: 628
9 in 2018 | 20:43
Hər il 10 milyard kubmetr Azərbaycan qazı Avropaya ixrac ediləcək
















Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində "Enerji təhlükəsizliyi" paneli keçirilib.
APA xəbərinə görə, paneldə çıxış edən SOCAR-ın marketinq və biznesin inkişafı departamentinin rəhbəri Emil Qasımlı Cənub Qaz Dəhlizinə dair video-çarx təqdim edib. O əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə bir neçə gün sonra ilk qaz Türkiyəyə çatdıralacaq və layihə qrafikə uyğun icra edilir.

İtaliyadan olan siyasi analitik Alberto De Santis vurğulayıb ki, İtaliya TAP layihəsində maraqlıdır: "Hər il 10 milyard kubmetr Azərbaycan qazının Avropaya ixracı nəzərdə tutulub. Bu marşrut Cənub Qaz Dəhlizini özündə ehtiva edir. Bu layihə Avropanın Xəzər dənizi və Yaxın Şərqə çıxışını təmin edəcək. Layihə ABŞ, Avropa tərəfindən dəstəklənir və Rusiya qazından azad olunma məqsədini daşıyır. Hər il 10 milyard kubmetr qaz qitədə qaz tələbatının 2,2 faizini təmin edəcək. İtaliya üçün TAP hələ ki Aralıq dəniz qaz habının təmin edilməsində böyük rol oynayır. Bu qərar Avropa tərəfdaşlarının marağına uyğundur. Layihə ilə bağlı daxildə olan şəbəkə, anbar imkanlarının artırılmasını planlaşdırmışıq".
O əlavə edib ki, İran və Türkmənistanın da qaz ehtiyatlarının Cənub Qaz Dəhlizinə daxil olması istisna olunmur: "Amma dünyada enerji şəbəkələrinə təcavüzlər olur. Ona görə bunu nəzərə almalıyıq. Bu, ilk növbədə Rusiya qazından asılılığa azad olmaqla bağlı məqsədlərə nail olmaq üçün uyğun layihədir".

O, bu yaxınlarda İtaliyada TAP-a qarşı sərt yanaşma nümayiş edilməsi məsələsinə də toxunub: "Hamı hesab edir ki, bu, İtaliyanın layihə ilə bağlı mövqeyinə zərər verə bilər. Hətta düşünürlər ki, bu məsələnin arxasında Rusiya durur. Amma TAP, Azərbaycan qazı İtaliyanın gələcək inkişafı üçün fundamental əhəmiyyət kəsb edir. Vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq. Yeni hakimiyyətin addımlarının necə olacağı önəmlidir, çünki bu böyük məsələdir".

Qazaxıstan və Rusiyada, qaz beynəlxalq təşkilatının hüquq məsləhətçisi Qəni Abadildinov ilk əvvəl Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı Azərbaycanı təbrik edib: "Beynəlxalq təbii qaz təchizatçısına çevrilmək çox önəmlidir. Bu layihənin icrası ilə Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin bu kluba qoşulmaq üçün imkanları yaranacaq".
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ