KapitalBank belə fırıldaq gəlir... - İTTİHAM
Iqtisadiyyat
Oxunub: 772
13 in 2018 | 20:12
KapitalBank belə fırıldaq gəlir... - İTTİHAM
















Zaman-zaman bankların vətəndaşlara yaratdığı problemlərlə bağlı bir çox şikayətlər olub. Bankların müştərilərini aldatması, başlarına min cür oyun gətirməsi ilə bağlı mətbuatda kifayət qədər şikayətlər işıqlandırılıb.

Budəfəki şikayət “Kapital Bank”ın məhsulu olan, kredit və taksit funksiyalarını özündə birləşdirən “BirKart” kartındandır.

Yəqin ki, oxucularımızın bir çoxu “BirKart”ın reklamına sosial şəbəkələrdə, bəzi saytlarda və şəhərin müxtəlif yerlərində rast gəlmiş olar.

“Kapital Bank” hər yerdə ağızdolusu “Birkart”ını reklam edərək bu kartın vətəndaşlar üçün səmərəli bir kart olduğunu, bu kartla alış -verişin faizsiz olduğunu, 40 günə qədər faiz tutulmadığını, faiz dərəcələrinin daha az olduğunu və sairəni bəyan edir.

Hətta bu kartı, istənilən bankda əmək haqqı alan şəxslərin, yəni, iş yerində rəsmi qeydiyyatda çalışanların əldə edə bilməsi reklam olunur.

Ancaq əslində reallıq heç də reklam edilən kimi deyil.

“Kapital Bank”dan çoxsaylı şikayətçilərdən biri də “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov olub. Araz Məmmədov “Kapital Bank”da başına gələnləri LEGİON-la bölüşüb:
“Mən də bir çox vətəndaşlar kimi bu bankın reklamına inanıb “BirKart” əldə etmək istədim və bu haqda ətraflı məlumat əldə etmək üçün bankın “qaynar xətt”inə zəng etdim. Ancaq qaynar xətdə bununla bağlı heç bir məlumat verilmədi və filiala yaxınlaşmağımı məsləhət gördülər. Mən kartın, bankın , yaşadığım ünvana yaxın olan filialından ala bilib- bilməyəcəyimi soruşdum, operator isə “yox” deyərək şəhərin daha uzaq nöqtələrində olan filiallarını sayaraq ancaq onlara yaxınlaşıb ala biləcəyimi bildirdi. Mən bir neçə saat dəyərli vaxtımı sərf edib qeyd edilən filiala yaxınlaşdım, amma orada mənə verilən cavaba çox təəccübləndim. Bankın əməkdaşı harda işlədiyimi soruşduqdan sonra bildirdi ki, “sizə kart verə bilmərik”. Mən niyəsini soruşduqda isə o bildirdi ki “bizdə xüsusi siyahı var, ancaq o siyahıda olanlara veririk”.

Mən buna etiraz edərək “Axı reklamda belə yazılmayıb, orada qeyd olunub ki, rəsmi qeydiyyatla çalışan istənilən şəxs kartı ala bilər”dedim və soruşdum ki, ”niyə insanları aldadırsız?”. Bank əməkdaşı isə cavab olaraq bildirdi ki, ”bizə belə deyirlər, biz də deyirik”.

“Axı mən bura gəlməmişdən əvvəl opertorla əlaqə yaratdım, soruşdum. Əgər belə idisə niyə bu barədə mənə heç nə bildirmədilər?! Mən bilsəydim bu qədər yolu heç gəlməzdim, vaxtımı da itirməzdim ”,-deyə iradımı bildirdim.

Bank əməkdaşları isə bu haqlı iradlara heç bir cavab vermədilər və ya sadəcə “biz bilmirik” deyə deməklə kifayətləndilər.

Gördüyünüz kimi bu bank vətəndaşları belə aldadır. Hələ üstəlik saytlarında son “iş yerindən staj 3 ay olmalıdır” qeyd ediblər, ancaq banka yaxınlaşanda 6 ay staj tələb edirlər.

Məsələ ilə bağlı əməkdaşımız adıçəkilən bu bankın mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxlayaraq onun fikirlərini də öyrənib.
“Kapital Bank”ın mətbuat xidmətin rəhbəri Pərviz Sədrəddinov bildirdi ki:“Biz o siyahını birdən-birə bazara vermirik. Hər ay o siyahını genişləndirərək ora bir çox şirkətlərin adları əlavə olunur. Nə vaxtsa digər banklardan maaş alanlar da o siyahıda olacaq”.

Müxbirimiz “onda niyə reklam olunur ki, digər bankdan əmək haqqı alanlar da sizdən kart ala bilər” sualını verdikə isə Pərviz Sədrəddinov jurnalistimizi demoqoqluqda ittiham etdi və “siz elə danışırsız ki, elə bil mənim sizə borcum var”,- deyə cavab verdi.

“Sonda isə əməkdaşımızın bildirdiyi iradları Pərviz Sədrəddinov “haqlı iradlardır və bunlar nəzərə alınacaq” deyə bildrib”,- Araz Məmmədov LEGİON-a bildirdi.

Biz də LEGİON.AZ olaraq məsələ ilə bağlı araşdırma apardıq və sosial şəbəkələrdə “Kapital Bank”ın “Birkart”ı ilə bağlı daha çox şikayətə rast gəldik.

Fotolardan da göründüyü kimi “Birkart”dan şikayət edənlərin sayı yüzlərlədir və şikayətlərin əksəriyyəti də eynilə onun yalan reklamından və bankın “faizsiz” adı ilə vətəndaşları aldatmasından bəhs edir.

Maraqlıdır ki, “Birkart”ın reklamında da ziddiyət və yalan var. Belə ki,“Kapital Bank”ın saytında qeyd edilir ki, bu kart kredit və taksit kartıdır , amma “Birkart”ın reklamında yazılıb ki, o kredit kartı yox, taksit kartıdır.
KapitalBank belə fırıldaq gəlir... - İTTİHAM





Necə deyərlər şərhə ehtiyac yoxdur…

LEGİON.AZ olaraq həmin şikayətlərin bir hissəsini fotolarda təqdim edirik.

KapitalBank belə fırıldaq gəlir... - İTTİHAMKapitalBank belə fırıldaq gəlir... - İTTİHAMKapitalBank belə fırıldaq gəlir... - İTTİHAMKapitalBank belə fırıldaq gəlir... - İTTİHAMKapitalBank belə fırıldaq gəlir... - İTTİHAMKapitalBank belə fırıldaq gəlir... - İTTİHAM
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ