Ölkədə yumurta istehsalının artması qiymətin azalmasına səbəb olur
Iqtisadiyyat
Oxunub: 1 246
24 fev 2015 | 19:00
Ölkədə yumurta istehsalının artması qiymətin azalmasına səbəb olurÖtən il ölkədə 1 milyard 562 milyon 700 min ədəd yumurta istehsal olunub və bu 2013-cü ilin göstəricisindən 161 milyon 300 min ədəd və ya 11,5% çoxdur. Bu isə təbii ki, yumurtanın qiymətinə təsir edən, yəni aşağı salan amildir. Artım da adıçəkilən yeyinti məhsulunun qiymətinin enməsinə səbəb olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ədəd yumurtanın qiymətində fərq 5-6 qəpik təşkil edir.

Bəli, 2011-ci ildə yumurtanın qiymətində baş verən astronomik artım çoxlarının yadındadır. Səbəb kimi, ev quşlarının kütləvi tələf olması göstərilir, yumurtanın qiyməti 20-25 qəpik arasında dəyişirdi. Hər halda indi bazar iqtisadiyyatı dövrüdür və qiymətlər bu və ya digər səbəblərdən asılı olaraq tənzimlənir. Əgər belə olmasa idi, 2011-ci ildə "ceyran belinə" qalxan yumurta qiymətləri indi belə münasib olmazdı.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda son 1 ayda yumurtanın qiyməti 57 faiz ucuzlaşıb. Yəni bir ay əvvəl yumurtanın 1 ədədi 11 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 7 qəpiyə düşüb. Hətta bəzi hallarda bazar və yarmarkalarda yumurtanın bir ədədi 5 qəpiyə də təklif olunub. Qiymətlərin ötən ilə nisbətən aşağı olmasına səbəb isə ölkədə yumurta istehsalının artmasıdır.
Mahir Hacıyev- Ümumdünya Quşçuluq Assosiasiyasının Azərbaycan bölməsinin sədri: "Bu gün Azərbaycanda quşçuluq sənayesi olduqca dinamik və intensiv inkişaf edir. Quşçuluq sənayesinin inkişafı dövlət proqramının meyarlarından olan bir səviyyədə, yəni yüksək səviyyədə yerinə yetirilib. Hazırda 2014-cü ilin sonuna qədər olan məlumatlara əsasən Azərbaycan 95,7 faiz öz yumurtaya olan tələbatını ödəyir".

Yumurtanın ucuzlaşması əsasən fevral ayının əvvəlindən müşahidə olunur. Azərbaycan əhalinin yumurtaya olan tələbatını daxili istehsal hesabına ödəmək gücündə olduğu üçün dolların artması bu qida məhsulun qiymətinə təsir etməz deyə düşünürdük, amma son iki gündə apardığımız müşahidə cüzi də olsa, qiymət fərqinin yarandığını göstərdi.

Mahir Hacıyev- Ümumdünya Quşçuluq Assosiasiyasının Azərbaycan bölməsinin sədri: "Azərbaycanda damazlıq təsərrüfatlarının olmaması səbəbindən, düzdür damazlıq təsərrüfatları var, amma final hibridlə işləyirlər. Yəni, yerli özümüzün elmi əsaslarla təşkil olunmuş damazlıq təsərrüfatı yoxdur və əksər təsərüfatlar yumurtalıq krosları xaricdən gətirirlər. Ümumiyyətlə yem əlavələri, yemlərin bir neçə komponentləri xaricdən gəlir".

İstənilən halda ucuzlaşma bu məhsulun əhaliyə maya dəyərindən aşağı qiymətə satılmasına səbəb olur. Bir müddət əvvəl yumurtanın topdansatış qiyməti 1 ədəd üçün 9 qəpik idisə, hazırda bu qiymət 5-6 qəpik təşkil edir. Ümumilikdə Azərbaycanda 50-yə yaxın quşçuluq təsərrüfatı var.

http://kepeztv.az
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb