Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Iqtisadiyyat
Oxunub: 1 458
25 fev 2015 | 18:45
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?Manatın məzənnəsinin enməsi təbii ki, iqtisadiyyatın bütün sahələrinə, xüsusən də bank sektoruna təsirsiz ötüşməyib. Banklar dərhal bu dəyişikliyə reaksiya veriblər. Müştərilərini itirmək istəməyən bu maliyyə qurumları faiz dərəcələrində dəyişiklik etməklə onlar üçün maksimum cəlbedici mühit yaratmağa çalışırlar. Bəs krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?

Manatın ucuzlaşmasından ən çox narahat olanlar dolların məzənnəsi 78-79 qəpik olduğu vaxt bu valyuta ilə kredit götürən insanlardır. Onların əksəriyyəti indi çaşqın halda "Mən kreditimi hansı kursla qaytarmalıyam?, necə oldu ki, banka borcum birdən-birə 34 faiz artdı? deyə sual verirlər. Məsələyə bank rəsmisi Elnur Həsənov Mülki Məcəllənin 439.7-ci maddəsinə əsaslanaraq aydınlıq gətirdi.

Elnur Həsənov- bank rəsmisi: "Əgər borc alanların kredit müqaviləsində məzənnə dəyişərsə kreditin həmin məzənnə ilə ödənilməsi nəzərdə tutulubsa mövcud məzənnə ilə ödənilməlidi. Yox əgər kredit müqaviləsində bununla bağlı hər hansı bənd nəzərdə tutulmayıbsa onda kredit götürülən anda kurs nə idisə bağlandığı tarixdəki məzənnə ilə ödənilməlidi".
Müsahibimizin sözlərinə görə, kredit müqaviləsində bu halı qeyd etməyən bank yeni məzənnə ilə ödəniş tələb edə bilməz. Bununla belə müxtəlif bankların məsələyə yanaşması da fərqlidir. Bəzi banklar dollarla kredit götürmüş müştərilərinə aylıq ödənişlərin manatla ediləcəyi təqdirdə yeni məzənnəni nəzərə almaları barədə xəbərdarlıq göndəriblər. Buna görə də məsələyə aydınlıq gətirməyin ən yaxşı yolu xarici valyuta ilə krediti olan şəxsin bu sualla müvəkkil banklara müraciət etməsidir. Depozitlərlə bağlı situasiya isə nisbətən asan həll ediləcək. Əhalinin banklara olan etibarını təmin etmək və əmanətləri stimullaşdırmaq üçün Mərkəzi Bank sığortalanmış əmanətlərə hesablanan faizlərin artırılması haqqında qərar qəbul edib.

Elnur Həsənov- bank rəsmisi: "Əmanətlərin sığortalanması üzrə faiz dərəcəsi 9%-dən 12%-ə qaldırılıb. Və 30 min manatadək olan və 12 %-lik əmanətlər artıq sığortalanmış əmanətlər hesab olunacaq".

Görülən tədbirin effektivliyini və əhalinin manatla depozitlərə inamının nə vaxt bərpa olunacağını isə zaman göstərəcək.

http://kepeztv.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?