İlham Əliyev: "Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub"
Iqtisadiyyat
Oxunub: 784
19 iy 2018 | 10:00
İlham Əliyev: "Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub"















“Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi var:

“Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük. Xarici banklar öz maliyyə dəstəyini göstərmişdir. Bu zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib.

Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir. Beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır. Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq.

Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq.

Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır.

Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılmışdır. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək.
İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir. Mən İtaliya Prezidentini və onunla bərabər mərasimdə iştirak etmək üçün gəlmiş bütün qonaqları salamlayıram. Zavoda uğurlar arzulayıram”.

Daha sonra prezident “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu mərasimdə bizimlə bərabər İtaliya Prezidenti cənab Sercio Mattarella iştirak edir. Buna görə, cənab Prezident, Sizə minnətdaram. İtaliyanın Prezidentinin bu mərasimdə iştirakı müəssisənin əhəmiyyətini daha da artırır. Eyni zamanda bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranmışdır. İtaliya şirkəti “Maire Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə aparmış və gözəl bir əsər yaratmışdır”.- deyə vurğulayıb.

Dövlət başçısı bildirib ki, Polipropilen Xavodunun istifadəyə verilməsi və ilin sonunda Polietilen Zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq:

“Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır.

Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük.

2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilmişdir - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir.

Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var”.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş