İtaliya rəhbərliyi TAP-ı tənqid etməklə ABŞ-a təzyiq göstərir - İtaliya mətbuatı
Iqtisadiyyat
Oxunub: 730
6 avq 2018 | 18:44
İtaliya rəhbərliyi TAP-ı tənqid etməklə ABŞ-a təzyiq göstərir - İtaliya mətbuatı
















İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsini dayandırarsa, zərər 70 milyard dollar təşkil edəcək və bu da layihənin dəyərini bir neçə dəfə artıracaq.

Finans.az xəbər verir ki, bu barədə italiyalı icmalçı Paolo Darpininin məqaləsində deyilir.

Məqalədə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin həm ABŞ və Avropa, həm də Xəzər dənizi hövzəsi və Orta Asiya ölkələri üçün faydaları barədə danışılır.

"İtaliya ABŞ-ın dəstəklədiyi Azərbaycan boru kəməri layihəsini dayandırarsa, zərər 70 milyard dollar olacaq və bu da boru kəmərinin dəyərini iki-üç dəfə artıracaq. Lakin TAP yalnız İtaliya üçün nəzərdə tutulmayıb, onun "budaqları" həmçinin Balkan yarımadasından da keçir. Bundan əlavə, ilkin həcm çox aşağıdır - ildə 10 milyard kubmetr. Bunun bir hissəsi Rusiyanın "Türk axını" layihəsindən də imtina etməyən Türkiyəyə tədarük olunacaq", - məqalədə deyilir.

Müəllif xatırladır ki, ABŞ üçün TAP Qərbi enerji ilə təmin edən fundamental strukturdur.

"Onun strateji dəyəri İtaliyadan çox, Avropaya tranzit zamanı Rusiyanın "Qazprom" şirkətinin boru kəmərlərindən istifadə etməməkdə maraqlı olan Mərkəzi Asiya ölkələri (hazırda Azərbaycan və perspektivdə Türkmənistan və Qazaxıstan) üçün əhəmiyyətlidir. Amma hazırda bu, sadəcə, bir neçə əlavə alternativdən biridir: layihə Avropanın illik istehlakının heç iyirmidə birini əhatə eləmir", - müəllif yazıb.

Məqalədə TAP layihəsinin ABŞ prezidenti Donald Tramp üçün çox faydalı olduğu vurğulanır. Qeyd edilir ki, bu layihə vasitəsilə onun iki məqsədi var: Rusiyanın Avropaya enerji təchizatına təsir gücünü azaltmaq və Moskvanın "Nord Stream 2" qaz boru kəməri layihəsinin qarşısını almaq.

Müəllif qeyd edir ki, bu yaxınlarda TAP-ın İtaliyanın yüksək çinli rəsmiləri tərəfindən tənqid olunması dividendlər almaq üçün ABŞ-a təzyiq göstərməkdən başqa bir şey deyil.

"Əvvəlcə Rusiyaya qarşı sanksiyaları həvəslə ləğv etdirən İtaliyanın baş naziri Konte sonradan İtaliyanın Fransa, Misir və elə Rusiyanın özü ilə rəqabət apardığı Liviyada liderlik mübarizəsində ABŞ-dan dəstək almaq məqsədilə boru kəməri oyunundan istifadə edərək bütün siyasətini ABŞ-ın planlarına uyğunlaşdırıb", - Paolo Darpini yazır.
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ