“SOCAR xərclərini bir qəpik də azaltmayacaq”
Iqtisadiyyat
Oxunub: 1 418
3 mar 2015 | 12:40
“SOCAR xərclərini bir qəpik də azaltmayacaq”

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq. SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın”.


Azerinfo.az bizimyol.info-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin açılışında çıış edən X. Yusifzadə bildirib ki, bu il hasilatın ümumi həcmi 8,3 milyon barel səviyyəsində planlaşdırılır. Bu rəqəm 3 ildir stabil saxlanılır. Bu il də bu proqnoz yerinə yetiriləcək.

"SOCAR Rusiyanın iri neft-qaz şirkəti olan "Rosneft"lə birgə müəssisəsinin yaradılması ilə bağlı işlərin davam etdirildiyini deyən vitse-prezident bildirib ki, SOCAR Rusiya ərazisində bu ölkəyə məxsus neft-qaz yataqlarında işlərin aparılması ilə bağlı danışıqlar aparır. Xoşbəxt Yusifzadənin sözlərinə görə, bundan başqa, SOCAR neft-qaz hasilatı və kəşfiyyatının aparılması ilə bağlı bəzi Afrika ölkələrindən təkliflər alıb. Eyni zamanda İranla da bu cür işlərə başlanılacaq. Vyetnamla isə iş birliyinin əldə edilməsi mümkündür",-deyə X.Yusifzadə bildirdi.

O, axtarış işlərindən danışarkən deyib ki, Xəzərin dayaz sulu hissələrində, Mezozoy çöküntülərində axtarış işləri aparıla bilər: "Biz istəyirik ki, yeni yanacaq növü sayılan şist neft və qazın hasilatını həyata keçirək. Şist neft və qazı yerin tərkibinə hopan, ənənəvi buruq üsulu ilə çıxarıla bilməyən karbohidrogen ehtiyatlarının fərqli metodla, horizontal qazma yolu ilə hasil edilməsidir. Bu zaman quyulara yüksək təzyiqlə su və digər kimyəvi məhlullar vurulur.

Bizim şist neft və qazın hasilatını həyata keçirmək istəyimizin olduğunu biləndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş nazirə müraciət edib. Müraciətdə bildirilir ki, bu istəyimiz reallaşsa, guya ekologiyaya zərər vurulacaq. Biz hasilatda, qazmada və kəşfiyyatda hər bir vəziyyəti nəzərə alarıq".

X.Yusifzadə onu da bildirib ki, Azərbaycanın 2 milyard ton təsdiqlənmiş, 2 milyard ton isə perspektiv neft ehtiyatı var: "Təsdiq olunmuş qaz ehtiyatımız 2 trilyon 550 milyard kub metrdir. 4 milyard ton da qaz kondensatımız var".
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində