Banklar böyük məbləğdə kredit vermir
Iqtisadiyyat
Oxunub: 1 453
4 mar 2015 | 11:29
Banklar böyük məbləğdə kredit vermir


Azərbaycanda bəzi banklar istehlak krediti verməyi dayandırıblar, iri məbləğdə kredit verməyə isə ürək etmirlər. Üstəlik də kreditlər manatla yox, dollarla verirlər. Hərçənd bu sonuncu elə də təzə xəbər deyil. Bütün bunları banklara bir neçə zənglə öyrənmək mümkündür.


Azerinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı Azadlıq Radiosu araşdırma aparıb. “Bank Technique”dən deyiblər ki, müştərilərə maksimum 10 min dollar kredit təklif edə bilirlər. 50 və ya 100 min dollar kredit verməyə bank elə də həvəsli deyil. Hər halda, bankın əməkdaşının danışdıqlarından belə başa düşmək olar. Ancaq təkidlərdən sonra əməkdaş deyir ki, müştərinin ödəmə qabiliyyətini arayıb-araşdırmalıdırlar, iş yerindən necə deyərlər “daşdan keçən” arayışı olmalıdır, ya da girov qoyulacaq dəyərli bir şey: “Amma bir şeyi də nəzər alın, 30 min manatlıq ev girov qoyacaqsınızsa, 20 min manatlıq kredit götürə biləcəksiz. İllik 24-26 %-lə...”

“Bank Standart”dan bildirdilər ki, 1500 dollara qədər kredit verə bilələr. Bir az böyük məbləğ istəyəndə əməkdaş azca susduqdan sonra dedi ki, bunun üçün banka getmək, bütün detalları orda dəqiqləşdirmək lazımdır. Bankdan onu da əlavə etdilər ki, dövlət müəssisəsində işləyənlər üçün kreditlər iki ilədək 24 %-lə, özəl müəssisələrdə çalışanlara 27 %-lə verilir.

“Bank Respublika”dan eşitdiklərimiz: “Nağd istehlak kreditini dayandırmışıq. Lombard krediti veririk. Lombarda qoyulan qızıl-zinət əşyasının 80 %-i dəyərində kredit təklif edirik”.

“Turan Bank”dan da bildirdilər ki, krediti ancaq dollarla verirlər. Vətəndaşlara ilkin olaraq 2000 dollar kredit təklif olunur, özü də zaminsiz. Ancaq məbləğ arta da bilər, bu zaman zaminlərin də sayı artırılır.

İqtisadçı Nazim Məmmədov bankların böyük məbləğdə kredit verməməsini onların risklərdən sığortalanması ilə izah edir. Bir də onu deyir ki, bu gün əksər kommersiya bankları gözləmə mövqeyindədir. Elə iqtisadçı bəzi bankların istehlak kreditini dayandırmasını da mümkün risklərlə bağlayır: "Alıcılıq qabiliyyəti düşəndə risklər də çoxalır. Ona görə də banklar istehlak krediti verilməsini təxirə salıblar”.

O ki qaldı bankların krediti milli valyuta ilə deyil, dollarla verməsinə, Nazim Məmmədov vurğulayır ki, qanunlar bankların krediti məhz hansı valyuta ilə vermələrinə şərt qoymurlar: “Banklar da bu şəkildə gələcək risklərdən özlərini sığortalayırlar. Ancaq Mərkəzi Bankın üzərində məsuliyyət var, o bankları milli valyuta ilə təmin edə bilər”.

Bəs, Mərkəzi Bank bunu necə edə bilər?

Nazim Məmmədov Azərbaycanın xarici banklarda çox cüzi faizlə valyuta yerləşdirməsini yada salır. O hesab edir ki, Mərkəzi Bank həmin vəsaiti bu gün Azərbaycan banklarına yerləşdirməklə bank sektoruna da nəzarət edə bilər. Amma Mərkəzi Bank xaricdəki pulları yerli banklara vermək bir yana, həm manatın devalvasiyası, həm də ondan öncə bankların nizamnamə kapitalını 50 milyon dollara qaldırmaqla onları pis vəziyyətdə qoydu.

İqtisadçı çıxış yolunu bank sahəsində, eləcə də iqtisadiyyatda köklü islahatlar aparmaqda görür.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi