21-08-2018, 01:36 Oxunub: 931

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

















Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.
Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.”
Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
Azərbaycanda benzin bahalaşdı: yeni qiymətlər Azərbaycanda benzin bahalaşdı: yeni qiymətlər Iqtisadiyyat Gecə-gecə Benzinlə bağlı əhaliyə bəd xəbər - Rəsmi Gecə-gecə Benzinlə bağlı əhaliyə bəd xəbər - Rəsmi Iqtisadiyyat Gecə-gecə Tarif Şurasından yeni qərar Gecə-gecə Tarif Şurasından yeni qərar Sosial Tarif Şurası Aİ-98-in qiymətinin bahalaşmasını gülməli şərh Tarif Şurası Aİ-98-in qiymətinin bahalaşmasını gülməli şərh Iqtisadiyyat Azərbaycanda benzin bahalaşdı - Bu dəfə 1.15 oldu Azərbaycanda benzin bahalaşdı - Bu dəfə 1.15 oldu Iqtisadiyyat