Dollarla krediti olanlara 3 faizlik güzəşt
Iqtisadiyyat
Oxunub: 2 083
10 mar 2015 | 11:21
Dollarla krediti olanlara 3 faizlik güzəşt


"Mən kreditimi dollarla götürmüşdüm. 10 min dollara görə, manatla ifadədə hər ay 700 manat ödəyirdim. Ancaq dollar bahalaşandan sonra bu ödənişim artıb. İndi krediti ödəməkdə çətinlik çəkirəm. Hazırda əvvəlkindən 250 manat artıq pul ödəyirəm. Bu isə kifayət qədər böyük rəqəmdir".

Azerinfo.az xəbər verir ki, bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Nəsibə Məhərrəmova söyləyib. Xanımın sözlərinə görə, o, qızıl alveri ilə məşğul olur, krediti də məhz bu səbəbdən götürüb. Nəsibə xanım deyir ki, gəlir əldə etmək üçün kredit götürsə də, indi məzənnənin cərimələrini ödəyir. Çıxılmaz vəziyyətdə olduğunu deyən xanım kredit götürmək üçün evini girov qoyduğunu söyləyib. Xanım borclarını qaytara bilməyəcəyi təqdirdə evinin əlindən alınacağını söyləyir.

Mütəxəssislər isə dollarla kredit götürənlər üçün bir sıra çıxış yolları təklif edirlər. İqtisadçı Samir Əliyev hesab edir ki, hökumət müşahidəçi mövqedən konkret addıma keçməlidir. Burda kompromis variantlar tapılmalıdır, Mütəxəssisin fikrincə, banklar konkret güzəştlər etməlidir: "Banklar kreditin ödənilmə müddətini uzatmaqla və illik faiz dərəcəsini bir qədər aşağı salmaqla müştərilərə güzəştə gedə bilərlər. Hökumət də öz növbəsində banklara dəstək verməlidir. Bütün valyuta kreditləri olmasa da, istehlak kreditlərinin zərərini dövlət üzərinə götürməlidir".

İqtisadçı qeyd edir ki, hazırda xarici valyuta kreditlərinin 35%-i istehlak kreditlərinin payına düşür. S.Əliyev bildirir ki, söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir: "Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq 380 milyon manata yaxın zərərə düşər (bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır. Dövlət bu vəsaiti banklara vergi güzəşti və ya maliyyə yardımı şəklində ödəməlidir. Əks halda ölkə iqtisadiyyatını böhrandan qurtarmaq üçün daha çox pul xərcləməli olacaq və bunun səmərəsi indikindən də az olacaq", - deyə iqtisadçı vurğulayıb.

Banklar isə son iki həftə ərzində kredit ödənişlərində gecikmələri nəzərə alaraq müştərilərinə güzəştlər tətbiq etməyə başlayıb. Belə ki, bəzi iri banklar dollarla kredit götürən müştərilərinin kredit faizlərini azaldıblar. Bankların müştəriləri üçün etdiyi bu jest təxminən 2-3% civarındadır. Banklar bu yolla müştərilərində stimul yaratmağa çalışır.

Görünür bankların bu son faiz kampaniyası vətəndaşların banklara qarşı azalan inamı bərpa etmək üçündür. Banklar həmçinin, ödənişdə çətinlik çəkən vətəndaşlara uyğun imkanlar yaradır. Hətta bəzi banklar müştəriləri itirməmək üçün kredit ödənişlərini köhnə məzənnə ilə qəbul edir. Ancaq təəssüf ki, bu güzəştlər yalnız bir neçə bank tərəfindən tətbiq edilir. Ölkədə 45 bankın fəaliyyət göstərdiyini nəzərə alsaq, 4-5 bankın bu addımı kredit götürən əhalinin çox az hissəsini əhatə edir. Geridə qalan böyük bir hissə bu güzəştlərdən yararlana bilmir.

Banklar dollarla kredit götürən müştərilərinə, həmçinin aylıq ödənişlərin yüksək olduğunu nəzərə alaraq əlavə müddət verirlər. Belə ki, müştərinin kredit ödənişi cədvəlinə yenidən baxılır və hazırki məzənnə ilə hesablama aparılır. Son nəticədə, vətəndaş məzənnə artımına görə yaranmış artıq ödənişi bir neçə aya bölərək ödəyir. Ancaq hüquqşünaslar bu vəziyyətin yalnız bankların xeyrinə olduğunu və bunun çıxış yolu olmadığını deyirlər. Mütəxəssislərin fikrincə, Mülki Məcəllədə boşluqlar var və bu boşluq vətəndaşın əleyhinə vəziyyət yaradır.

Belə ki, Mülki Məcəllənin 439.2-ci maddəsində yaranmış bu vəziyyətlə bağlı qeyd var. Bildirilir ki, “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Burdan belə başa düşülür ki, xarici valyutada olan borc manatla ödənilə bilər. Ancaq əvvəlki məzənnə ilə yox, ödəniş gününə mövcud olan məzənnə əsasında. Yəni, kimin dollarla banka nə qədər borcu varsa heç bir güzəşt olmadan ödəməlidir.

Məcəllədə digər bir məqam 439.7-ci maddədə əks olunub. Burada isə qeyd edilir ki, xarici valyutada olan kreditlərin müqavilə bağlanan halda olan məzənnə əsasında ödənilməlidir. Yəni, burada əsas kimi Məcəllədə göstərilən “öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. Əslində isə qanunvericilikdə xarici valyuta ilə kredit verilməsi yolverilməzdir. Millət vəkili Əli Məsimli parlamentin plenar iclasında xarici valyuta ilə kredit verilməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib: “Bunlar mülki məcəllənin müvafiq maddələrində öz əksini tapıb. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər”, - deyə deputat bildirib.

Qeyd edək ki, Mərkəzi Bank məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddənin birmənalı izah etmək mümkün olmadığını əsas gətirir. AMB bank müştərilərinə Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət görür. Yəni, vətəndaş dollarla götürdüyü krediti əvvəlki məzənnə ilə ödəmək fikrindədirsə məhkəməyə müraciət etməlidir.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər