Bank sektorumuz iflic vəziyyətindədir... - Zərbə isə vətəndaşa dəyir...
Iqtisadiyyat
Oxunub: 760
12 sen 2018 | 16:16
Bank sektorumuz iflic vəziyyətindədir... - Zərbə isə vətəndaşa dəyir...














Azərbaycanda bank sektorunun durumu kritikdir.

Hətta bir neçə bankın bağlanma ehtimalı var. Bankların bağlanması məsələsinin gündəmə gəlməsi isə əmanətçilərin ciddi narahatçılığına səbəb olur. İki il əvvəl baş verən manatın devalvasiyası zamanı dollarla qoyulan əmanətlərlə bağlı yaşanan problemlər vətəndaşlarda banklara qarşı ciddi inamsızlıq yaradıb. Bundan sonra isə bir neçə bank üçün bağlanma təhlükəsi yarandı. Məlumdur ki, Azərbaycanda əmanətlərin sığortalanması haqqında qanun mövcuddur.

Qanuna görə, əmanətlər müəyyən məbləğə qədər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Qeyd edək ki, bu məbləğ manatla qoyulan əmanətlərdə 30 min manatədək, dollarla qoyulan əmanətlər də 30 min manat ekvivalentinə qədər sığortalanır. Bank bağlanan zaman əmanətlərin qaytarılması və ya başqa bir hesaba köçürülməsi bu qədər olan hissəsini əhatə edir. Sığortalanmayan hissənin təhlükəsizliyindən danışmaq isə yersizdir. Yəni, bağlanan bankda 30 mindən artıq əmanətiniz varsa, bu zaman onun yalnız 30 min manatının qaytarılmasını gözləyə bilərsiniz. Qeyd edək ki, əmanətlərin sığortalanması məcburidir və bu qanun həm dövlət, həm də kommersiya banklarına şamil olunur. Bəs, sığortalanan məbləğlərin qaytarılması zamanı problemlər olurmu? Yaxın keçmişdə yaşanan təcrübə bu məsələdə hansı problemlərin üzə çıxmasına səbəb olub?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirir ki, bankların bağlanması elə ilk növbədə iş yerlərinin bağlanmasıdır. Digər tərəfdən, mövcud müxbir hesablarının, hüquqi, fiziki şəxslərin hesablarının yerdəyişməsi zərurəti yaranır ki, bu da zaman tələb edən prosesdir: “Məsələn, ticarət, biznes sektoru ilə məşğul olan, o cümlədən, xarici ticarətlə əlaqəli olan iş adamları üçün problemlər yaranır. Hesabların bir bankdan digərinə köçürülməsi, aktivlərin hərəkətində manelər yaranır. Məsələn, bu cür vəziyyətlə qarşılaşma halları olur - İş adamı xaricdə olarkən ona məlum olur ki, bank bağlanıb və əlindəki vəsaitlər bloklanıb. Bu proseslə bağlı təəssüf ki, Mərkəzi Bankın strateji yol xəritəsi yoxdur. Buna görə də mexanizmlər çox primitiv formada həyata keçirilir”.

Əmanətçilərlə bağlı ciddi problemlər yaranmadığını qeyd edən Razi Abbasbəyli deyir ki, Əmanətlərin Sığortalanması Fondu bu vəsaiti sığortaladığına görə, əmanətçilər gec-tez bu vəsaiti qaytara bilirlər: “Amma böyük məbləğli, sığortalanmayan əmanətlərin geri qaytarılmasında çətinliklər yaranır. Bu səbəbdən də ötən ilin sonundan bu ilin birinci yarısına qədər olan statistikalar göstərir ki, artıq banklara qoyulan əmanətlər sığorta məbləğindən aşağıdır. Artıq vətəndaşlar iri həcmli əmanətləri banka qoymağa ehtiyat edirlər”. Bankların bağlanması zamanı əmanətlərin qaytarılmasında zaman probleminin yaranıb - yaranmamasına gəldikdə isə iqtisadçı deyir ki, bu 1-2 ay çəkir. Amma əmanətçilər həmin müddət üçün nəzərdə tutulan faizlərdən məhrum olurlar: “Ümumiyyətlə, Azərbaycan banklarında əmanətlər üçün qoyulan faizlər az - 2-3, ən çox 5 faizdir. Xüsusilə xarici valyutaya qoyulan faizlər çox aşağıdır. Doğrudur, həmin faizlər toplu əmanətlərdə böyük məbləğ edir, amma Əmanətlərin Sığortalanma Fondu bu prosesdə iştirak etmir. Bank bağlanan zaman əmanət üçün ayrılan faizlər dayandırılır”.

Bankların durumunun yaxşı olmadığını vurğulayan Razi Abbasbəylinin sözlərinə görə, dövlət xarici borcların həcminin çox olmasına görə bankların sağlamlaşdırılması prosesində iştirak edə bilmir: “Bankların özlərinin isə vəsait əldə etmək imkanları məhduddur, əlavə gəlir sahələri yoxdur. Azərbaycan bank sektorunun problemlərindən biri də odur ki, bank aktivlərinin şaxələnməsi prosesi həyata keçirilmir. Bankların istehsal, satış və s. şaxələndirilmiş gəlir sahələri olmadığına görə, onlar öz siyasətlərini yalnız əmək haqları, əmanətlər, kredit siyasəti üzərində qurublar. Bu da müəyyən mərhələdə problemlərin yaranmasına səbəb olur”. İqtisadçı deyir ki, Azərbaycanda bankların bağlanması prosesi davam edəcək. Bu proses bankların etibarının sarsılmasına gətirib çıxarır ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatına ciddi zərbə vurur.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...