"Ticarət dövriyyəmiz 3,3 milyard dollara qədər yüksəlib" - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 612
18 sen 2018 | 19:44
"Ticarət dövriyyəmiz 3,3 milyard dollara qədər yüksəlib" - TƏHLİL














Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Kommersant.az"ın xəbərinə görə, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib. Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Qeyd edək ki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

"Aviqdor Libermanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında keçirilmiş müzakirələr, imzalanmış sənədlər, bölgədə Azərbaycanın nüfuzunun artdığını bir daha sübut etdi".

Bunu redaksiyamıza açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yevda Abramov bildirib. Onun sözlərinə görə, Azərbaycanla İsrail arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb:

"İsrailin Azərbaycanda partnyor ölkə kimi maraqları var. İsrailin müdafiə naziri Azərbaycana hərbi sənaye obyektlərinin tələbatını, əsgərlərin təchizat məsələlərini, qərargah təlimlərini öyrənmək üçün səfər etmişdi. Səfər bir daha göstərdi ki, Yaxın Şərqdə İsrail dövləti, Cənubi Qafqazda isə Azərbaycan güclüdür. Artıq Azərbaycan Müdafiə Nazirliyində İsrail texnologiyası ilə bir sıra məmulatlar istehsal olunur. Hərbi əməkdaşlıq ölkənin müdafiə qabiliyyətinin daha da güclənməsini, əsgərlərin sağ-salamat xidmət keçərək evlərinə qayıtmasını təmin edəcək. Hətta bir sıra texnologiyaları hərbi parada da çıxardılar. Çünki vaxtı çatmışdı".

Azərbaycanla İsrail arasındakı ticarət əlaqələrindən danışan iqtisadçı alim Vüqar Bayramov isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, iki ölkə arasında maksimum ticarət dövriyyəsi 2008-ci ili əhatə edib:

"Azərbaycan İsrail ilə tərəfdaş ölkələrdən biridir. Azərbaycan enerji məhsullarını İsrailə ixrac edir, oradan isə fərqli məhsullar idxal edir. Dövlət Statistika Komitəsinin də rəsmi rəqəmləri göstərir ki, İsrail Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır. Baxmayaraq ki, İsarilin əksər müsəlman ölkələri ilə münasibətlərində gərginlik var, Azərbaycan İsrail ilə praktik olaraq tərəfdaşlıq münasibətlərindədir. 2008-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,3 milyard 685 milyon dollar təşkil edib. 2009-cu ildə bu rəqəm 1 milyard 317 milyon dollar, 2010-cu ildə isə 1 milyard 804 milyon dollar olub. Son illər iki ölkə arasında ticarət dövriyyəsi 670 milyon dollar həcmindədir. 2016-cı ildə ölkələrarası ticarət dövriyyəsi 679 milyon dollar, 2017-ci ildə isə 671 milyon dollar təşkil edib. Azərbaycanın İsraildən idxalının həcmi 32 milyon dollar ətrafında dəyişir".

İqtisadçı bildirib ki, İsrail Azərbaycan ixracatında əsaslı paya malik ölkədir:

"Azərbaycan 2017-ci ildə İsrailə 638 milyon dollarlıq məhsul ixrac edib. Xüsusilə innovasiya sahəsində Azərbaycan İsraillə əməkdaşlığı gücləndirir. İsrail, innovasiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi baxımından vacib ölkədir. Qlobal səviyyədə də iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlıq müşahidə olunur. Gələcəkdə də ölkələrarası münasibətlərin inkişafı gözlənilir".
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb