"Belə də Allahsızlıq olar?" - NikOilBank-dan daha bir GİLEY
Iqtisadiyyat
Oxunub: 683
20 sen 2018 | 15:55
"Belə də Allahsızlıq olar?" - NikOilBank-dan daha bir GİLEY














12 oktyabr saat 12.00-da 200 nəfər zərərçəkən şəxs maşın bazarının qarşısında yerləşən “Nikoil Bank”ın 6 saylı filialının və rəhbəri Emin Axundovun qanunsuz fəaliyyətinə etiraz olaraq aksiya keçirəcək.
Teref.az yazır ki, aksiyanın təşkilatçılarının verdiyi məlumata görə, aksiya iştirakçıları deyilən yerə toplanaraq, oradan öz şikayətlərini video müraciət etməklə şikayətlərini ölkə rəhbərliyinə çatdırmağı düşünürlər.
“Çünki cənab Prezidentimiz İlham Əliyevin daima məmurlara və xüsusən də banklara tapşırıqlar verməsinə baxmayaraq, bəzi belə banklar və Emin Axundov kimi yalnız öz mənafeyini düşünən şəxslər ictimai narazılıq yaradırlar” – deyə şikayətçilər bildirir.
Zərərçəkənlərdən biri Əzimov Eldəniz bildirik ki, 2013-cü ilin aprel ayında mülki etibarnamə ilə Muradov Qubad adlı şəxsdən 10 su 254 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil alıb. 36 aylıq kreditin 32 ayını ardıcıl olaraq qrafiklə ödəyib. Hər ay 281 ABŞ dollarından 4 ay, yəni cəmi 1 124 ABŞ dolları borcu qalıb. Ödənişin tamamlanmasına 4 ay qalmış evində yanğın baş verdiyi üçün ziyana düşüb, ödəmə qabiliyyətindən məhrum olub. Bu barədə “Nikoil Bank”ın baş idarəsinə email vasitəsiyə rəsmi xahiş göndərib və həmin zamanlarda “Nikoil Bank”ın Aydın adlı səlahiyyətli şəxsinə zəng vuraraq, hadisəylə bağlı məlumat verib. 2 ay əvvəl isə bank həmin avtomobili Əzimov Eldənizin əlindən alaraq şərt qoyub ki, “2800 dollar birdəfəyə nəğd ödəməsən sənə maşın yoxdur, maşın artıq bankındır.
“İndi necə olur ki, 1124 ABŞ dolları 2800 ABŞ dolları oldu. Hansı cəriməylə və hansı faizlə qalıq borcun üzərinə 160 faiz artım oldu. Allaha and olsun ki, uşaqlarım hər gün məndən soruşur ki, ata, maşın hardadır, bizi gəzməyə apar. Bütün varımı, dövlətimi qoymuşam bu maşına, 3500 ABŞ dolları ilkin ödəniş 8850 ABŞ dolları kredit. Yəni 12.350 maşına pul vermişəm, amma indi 1124 dollara görə maşını əlimdən almaq istəyirlər. Belə də Allahsızlıq olar? Erməni bunu öz vətəndaşına etməz, amma özümüzünkü bunu edir” - deyə müştəri sual edir.
Əzimov Eldəniz bildirir ki, məlum hadisə ilə bağlı bir neçə dəfə “Nikoil Bank”a gedib: “Orada yüzlərlə mənim halıma salınmış müştərilərlə rastlaşdım. Nizami adlı bir şəxs özüylə benzin gətirmişdi ki, indi özümü yandıracam. Lakin orada olan ağsaqqaların söhbətindən sonra Nizamini sakitləşdirdik. Orada olan şəxslərdən biri bildirdi ki, 5-6 ay bundan öncə onun gözü qarşısında bir cavan oğlan üzərinə benzin töküb yandırmışdı. Amma tez müdaxilə olunduğuna görə, yüngül yanıqla ötüşmüşdü və qolu yanmışdı. Sonra bank bu işi ört-basdır etmək üçün həmin şəxsin avtomobilini güzəştlə özünə qaytarmışdı. İndi məndə özümü yandırım? Lazımdırsa, yandıraram!
Orada qərara gəldik ki, banka sivil yolla etraz etmək üçün və ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün etraz mitinqi təşkil edək və mətbuat vasitəsiylə digər zərərçəkənləri məlumatlandırmaqla mitinqdə iştirak etməyə çağırış edək. Həmin mitinqdə bizim tələbimiz bankın rəhbərliyinin qanunla cəzalandırılması və hüquqları pozulmuş müştərilərin hüquqlarının bərpa olunmasıdır. Bu bankda həddən aşırı yüksək faizlər və yüksək cərimələr etməklə müştərini şok vəziyyətinə salmaqla, əmlakını əlindən alırlar. Müştəri barəsində məhkəmə vasitəsiylə elə bir qərar qətnamə çıxarırlar ki, müştərinin bunu ödəməyə praktik olaraq imkanı olmasın və maşını banka buraxıb getsin”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO